Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   98
Müh 2016

2. SEL. 
 Sel
– leysan yağışlarından və isti havalar zamanı qar əriməsindən su səviyyəsinin 
və su sərfinin adətən intensiv və qısamüddətli artması ilə xarakterizə olunan, ilin 
müxtəlif fəsillərində təkrarlana bilən çayın su rejiminin bir fazasıdır, dağ və 
dağətəyi çaylarda, dərələrdə qısamüddətli, müxtəlif gətirmələrlə zəngin olan su 
axınıdır. Sel axınları su hövzələrinin dağılmasından, zəlzələ və vulkanlardan sonra 
da yarana bilər.
 
 
Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür: 
 -
Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
- Kiçik Qafqaz dağlarının şimal-şərq yamacları;
- Naxçıvan Muxtar Respublikası; 
- Talış dağları. Bunlardan, daha güclü sel mənbələri Balakənçay və Talaçay 
(Balakən rayonu), Qaraçay (Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), 
Kişçay və Şinçay (Şəki rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), 
Qayçay, Ağçay (Oğuz rayonu), Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay 
(Şəmkir rayonu), Gəncəçay (Xanlar rayonu), Gilyançay və Ordubadçaydır 
(Naxçıvan Muxtar Respublikası). Böyük və Kiçik Qafqazın yamajlarından axan 
digər çaylarda, sel törədə bilər. Belə sel axınları respublikanın xalq təsərrüfatına 
xeyli ziyan vurur, bağları məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, 
körpüləri rabitə və elektrik xətlərini, tikililəri və s. 


3. Sürüşmə və uçqunlar.
Sürüşmə
– dağ yamaclarında və yarğanlarda, dənizlərin, göllərin və çayların 
sıldırım sahillərində seysmik təkandan, sürüşən kütlənin öz ağırlığından, yamacın 
altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur 
kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə 
zamanı qruntun həcmi onlarla və 100 minlərlə m3, ayrı-ayrı hallardaisə hətta daha 
çoxdur. 
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamacın aşağı sürüşməsi Qafqaz 
dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı 
(Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay , 
ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin 
Dəvəçi, Zaqatala, Qusar, Oğuz rayonlarında də müşahidə edilir. Talış dağları 
zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir.
Uçqun — dağ süxurlarının ağırlıq qüvvəsi təsiri altında dağ zirvələrindən qopub 
aşağı dığırlanmasıdır.
Sürüşmə və uçqun halları Şamaxı - Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-
Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir. Bir çox 
hallarda geniş sürüşmələrə sel və zəlzələlərdə səbəb olur. Məsələn, 1986-cı ildə 
İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş vermişdir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin