Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Radioaktiv çirklənmə və ya radioakiv zəhərlənmə



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   98
Müh 2016

4. Radioaktiv çirklənmə və ya radioakiv zəhərlənmə.
Radioaktiv çirklənmə 
nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini 
uzun müddətdə öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsu-
siyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün 
deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. 
Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. 
Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb 


qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində 
yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. 
Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji 
təşkil edir. 
Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə 
çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı 
anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və 
tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara 
çevrilir. Hündürə qalxan hava axınları yerdən toz- torpağı göyə qaldırır və onları 
radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz -torpaq radioaktivləşir. İri toz 
buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür, qalan hissəcikləri 
isə buludun tərkibində qalıb hava axınları vasitəsi ilə partlayış mərkəzindən 
yüzlərlə km. məsafələrə aparılır.
Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən 
asılıdır. Bundan əlavə partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə 
qədər olan məsafədən, meterioloji şəraitdən, küləyin istiqamətindən və yerin 
relyefindən asılı olur.
Yerin radioaktiv çirklənməsi radiasiya səviyəsi ilə xarakterizə olunur və R\saatla 
ölçülür. Radiasiya səviyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində 
aldığı şualanma dozasını göstərir. Radiasiya səviyəsi 0,5R\saat və ondan çox olan 
ərazilər zəhərlənmiş sayılır.
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xusussiyəti ondan ibarətdir ki, 
radioaktiv maddələrin təbii surətdə parçalanması nəticəsində radiasiyanın səviyəs 
aşağı düşür. Vaxt 7 dəfə artdıqca radiasiya səviyəsi 10 dəfə azalır.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığınacaqlardan və radiasiya 
əleyhinə daldalanacaqlardan, həmçinin fərdi mühafizə vasitələrindən istifadə 
etmək lazımdır. Bədənin səthini radioaktiv çirklənmədən adi paltarlarla da 
mühafizə etmək mümkündür.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin