Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   98
Müh 2016

Təhlükəsiz radiasiya dozaları:
– sülh dövründə təhlükəli obyektlərdə işləyənlər – bir il ərzində 5R. (həmin 
obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R).
– müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çoxdəfəlik dozalar: bir 
ay ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edilir. 
5. Elektromaqnit impulsu. 
Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit 
sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması 
Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında 
küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, 
ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld 
elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri 
istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik 
cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə 
ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar. Nəticədə bu 
mühit elektrik keçirici olur. Elektrik sahəsinin təsiri altında, yaranmış cəld 
elektronların, zəif elektronlara qarşı hərəkətə başlamasından elektronlarda cərəyan 
keçiriciliyi yaranır.


Elektromaqnit impulsu radioelektron cihazlara və elektrotexniki avadanlıqlara 
(kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, elektrik təchizatına və 
digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla işləyən insanların 
təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi 
ilə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi 
qoruyucu avtomat tərtibatlarından istifadə edilir. 
Adi qırğın vasitələrini aşağıdakı kimi qruplarla da təsnif etmək mümkündür: 
1. Qəlpəli silahlar; 
2. Fuqas döyüş sursatları;
3. Kumulyativ döyüş sursatları; 
4. Beton dağıdan bombalar;
5. Yandırıcı silhalar;
6. Həcmli partlayış döyüş sursatları;
7. Dəqiq silahlar. 
Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, İran və Çinin silahlı 
qüvvələri nüvə silahına malikdirlər. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin