Yoluxucu xəstəliklər müəyyən patogen mikroblar tərəfindən törədilir. Onların əsas
nümayəndələri:
Bakteriyalar,
Viruslar, Riketsiyalar, Göbələklərdir.
Bakteriyalar
– sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir
və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba,
sibir xorası, tulyaremiya, qarın yatalağı,
təbii çiçək, qızılca və başqa yoluxucu
xəstəliklər törədə bilirlər.
Viruslar
– bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər.
Adi qidalı mühitdə onları yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir,
qrip və quduzluq kimi xəstəliklərin törədiciləridir.
Riketsiyalar
– viruslar kimi canlı hüceyrələrdə yaşayırlar.
Bunlara yatalaq
xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar.
Göbələklər
müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər
(bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər
insanlarda aktinomikoz
(dəri xəstəlikləri) xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif
göbələk xəstəliklərinə rast gəlmək olur.
Bakterioloji silahların tətbiqi zamanı
insanlar – yoluxmuş hava ilə nəfəs alarkən,
yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə yoluxmuş həşərətların dişləməsi
və xəstə adamlarla təmasda olmaq nəticəsində xəstələnə bilərlər.
İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici
Dostları ilə paylaş: