Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


İnsan orqanizminə təsir xarakterinə görə ZM aşağıdakı qruplara ayrılır



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   98
Müh 2016

İnsan orqanizminə təsir xarakterinə görə ZM aşağıdakı qruplara ayrılır: 
– sinir iflicedici ZM (Zarin, Zoman, V-qazlar); 
– ümumzəhərləyici maddələr (Sianid turşusu, Sianxlorid); 
– dəridə yara əmələ gətirən ZM (İprit, Lyuizit); 
– boğucu ZM (Fosgen, Difosgen); 
– qıcıqlandırıcı ZM (Adamsit, Sİ-EC); 
– psixokimyəvi ZM (Bi-zet, DLT (dietilamid lizergin turşusu)); 
– göz yaşardıcı ZM (Xlorasetafenon, Xlorpikrin). 


1. Sinir-iflic edici ZM. 
Zarin –
adi halda rəngsiz və ya zəif sari rəngli, iysiz mayedir. Su ilə istənilən 
nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm 
də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm 
sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su 
tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. 
Zarinin zədələyici əlamətləri:
göz bəbəklərinin daralması, ağız boşluğunda 
ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, 
qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə 
nəticələnir. 
Zoman
–rəngsiz, zəif kamfora iyi verən mayedir. Suda həll olmur, üzvi 
həlledicilərdə isə yaxşı həll olur. Kimyəvi xassələri zarinin xassələri ilə eynidir. 
Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin 
buxarlarından 3-4 dəfə çox toksikdir. Maye - damla halında isə zarindən 15-20 
dəfə toksikdir. Su tutumlarında zoman öz zəhərləyici xassələrini 2,5 ayadək 
saxlayır. 
Zəhərlənmənin ilkin əlamətləri
– göz bəbəklərinin daralması (mioz), bronx 
tutmaları, ağız suyu və tər ifrazının artması, ürək fəaliyyətinin qısamüddətli 
şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar. 
İlk yardım:
Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli 
zonadan çıxarmaq lazımdır. Əgər varsa, zərərçəkənə tibbi preparatlar: şpris - 
tyubik vasitəsi ilə antidot yeritmək, yaxud atropin tableti vermək lazımdır. 
İstənilən halda zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq 
lazımdır. Bu ZM-in damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, 
həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimya paketdə olan 
maye ilə təmizləmək lazımdır. 
V-qazları
yüksək qaynama tempraturasına malik, az uçucu mayedir, ona görə də 
onun davamlılığı zarindən çox yüksəkdir. Xarici mətbuatın məlumatlarına görə 
digər sinir-iflic ZM nisbətən 100-1000 dəfə toksikidir. Xüsusilə də maye-damcı 
halında dəri örtüyünə təsiri yüksək effektlidir; V-qazlarınin insan dərisinə düşmüş 
bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin