yaxşı həll olur.
Toksiki xassələri
: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs
aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir.
DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu.
Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan
orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq, həyəcan, baş
gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və
titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması,
istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma
əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə
zəifləyir. Başlanğıc faza dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma
yollarından asılı olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər.
Psixoz faza zəhərlənmiş insanın emosional əhvalının dəyişməsinə və özünü
aparmasına təsir edir. Bəzi insanlarda əhvalın pis olması, vahimə hissi, iradənin
zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, səbəbsiz gülüş, yersiz
danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu hisslər 5-8 saat davam edir.
Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 16-18 saat,
hərdən 1,5-2 sutkayadək davam edir.
İlk yardım:
Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ
gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər
psixokimyəvi zəhərləyici maddələr mədəyə düşərsə, onu yaxşı yuduqdan sonra 10-
15 qram aktivləşdirilmiş kömür verilir.
Dostları ilə paylaş: