Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   98
Müh 2016

Zərərsizləşdirmə üsulları.
Sulfit anhidridini neytrallaşdırmaq üçün qələvilərin su 
məhlullarından, ammonyakdan, söndürülmüş əhəngdən və 1:90 nisbətində (1 kq 
sulfit anhiridi üçün 90 kq su) sudan istifadə etmək lazımdır. 
Kimyəvi zədələnmə ocağı.
Kimyəvi silahın tətbiq edildiyi ərazidə kimyəvi zədələnmə zonası, onun hüdudları 
daxilində isə kimyəvi zədələnmə ocağı yaranır. Düşmən tərəfindən bilavasitə 
kimyəvi silah istifadə edilən ərazi və zədələyici konsentrasiyalarda ZM buludun 
yayıldığı ərazi və ya kimyəvi silahın təsirindən insanların, heyvanların və bitkilərin 
kütləvi zədələndiyi əraziyə kimyəvi zədələnmə ocağı deyilir. Kimyəvi zədə 
ocağının ölçüsü və xarakteri təkcə ZM növündən deyil, həm də hançı üsulla tətbiq 
edilməsindən, metereloji şəraitdən, ərazinin relyefindən, bitki örtüyünün 
vəziyyətindən və yaşayış məntəqələrindəki tikililərdən asılıdır. 
Həmin ərazidə dəstələr əleyhiqazlarda olmalıdırlar. İtkilərin miqdarı və strukturu 
ZM xüsusiyyətlərindən və hansı döyüş vasitəsilə tətbiqindən asılıdır. Ən böyük 
itkilər yüksək toksiki təsirli, tez bir müddətə təsir edən ZM havadan kütləvi tətbiqi 
zamanı baş verir. 
Kimyəvi döyüş sursatı partladıqda əmələ gələn ZM buxarları və aerozolları havanı 
zəhərləyir və birincili zəhərli hava buludu külək istiqamətində yayılaraq ZM olan 
döyüş sursatı bilavasitə partlamış ərazidən qat-qat böyük sahələri zəhərləyir. 
Zəhərləyici maddənin bir hissəsi torpağa və obyektlərə damcı şəklində çökür və 
buxarlandıqda ikincili zəhərli hava buludu əmələ gəlir və yenidən insanları 
zədələyir. Aydın günəşli havada zəhərli hava buludunun yayılması 2 dəfəyə qədər 
azalır, sıx tikili yaşayış məntəqələrində və meşə massivlərində zəhərli havanın 
yayılması 3-3,5 dəfə azalır. 
Havanın, obyektlərin, texnikanın və insanların kimyəvi döyüş sursatları tətbiq 
edilən zaman zədələnməsi birincili kimyəvi zədələnmə adlanır. ZM tətbiq 
ediləndən sonra səthlərdən buxarlanan zəhərli maddə buxarları ilə zədələnmə 
ikncili zədələnmə adlanır. Bu cür zədələnmə həmçinin, insanların zədələnmiş ərazi 
ilə, əmək alətləri ilə və cihazlarla təması zamanı yaranır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin