Respiratorlar.
Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə
aerozollarından (tozlarından) mühafizə üçün respiratorlardan istifadə olunur. ZM
buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.
Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2
respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12
saatdək mühafizə olunmaq mümkündür.
R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə
malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.
Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir.
Məsələn, havasında çoxlu zəhərli toz olan zavodların işçiləri, eləcə də bitkilərin
mühafizəsi üçün kimyəvi maddələr tətbiq elən tarlalarda mexanizatorlar üzlərinə
respirator taxırlar.
R-2 və R-2d respiratorları süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün
qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və
burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib. espiratorun
çəkisi 50-60 qram olur və polietilen kisədə saxlanılır.
Dostları ilə paylaş: