FH-da əhalinin mühafizəsinin əsas prinsipləri bunlardır :
1) Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-istehsalat prinsipi üzrə təşkil edilir . Bu o deməkdir ki, əhalinin mühafizəsi respublikanın
bütün ərazisində, Naxçıvan Muxtar Vilayətində, digər şəhər, rayon, qəsəbə və
kəndlərdə müvafiq İcra Hakimiyyətinin və FH Nazirliyinin Regional Şöbələrinin
xətti ilə istehsal və qeyri-istehsal obyektlərində onların rəhbərlərinin təşkilatçılığı
ilə həyata keçirilir;
2) Mühafizə tədbirlərinin qabaqcadan planlaşdırılması, iqtisadi və sosial inkişaf layihələrində nəzərdə tutulması və yerinə yetirilməsi; 3) Mühafizə tədbirlərinin diferensial (fərqli) surətdə aparılması; Bu o
deməkdir ki, görüləcək tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat
obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən
asılı olaraq müəyyən edilməlidir.
4) Mühafizə tədbirlərinin kompleks halında yerinə yetirilməsi; Adətən, FH-ın
nəticələrindən yalnız bir üsulla qorunmaq mümkün olmur, eyni zamanda müxtəlif
üsul və vasitələrdən əlaqəli surətdə istifadə etmək lazım gəlir və bu da mühafizənin
etibarlılığını təmin edir.
5
) MM tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi; Bu prinsip hər adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət
daşımağı, MM siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət
göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə
FH-da davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir. Bütün
bunlara isə MM biliklərini əhaliyə müntəzəm və fasiləsiz öyrətməklə nail olmaq
mümkündür.
Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün vacib