Rayonda, obyektdə rabitənin və xəbərdarlığın təşkili
.
Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün
mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə
(MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda
planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə
nail olmaq mümkündür. Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri
mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq
müəssisənin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə
vasitələrini özündə cəmləşdirir.
İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat avtomat-telefon stansiyası
(İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərlə, şöbələrlə dispetçer
rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator (telefon
stansiyası), radiorabitə vasitələri (əsasən ultraqısadalğa radiostansiyaları), siqnal
vasitələri, vacib obyektlərdə isə həmçinin son blok xəbərdarlıq aparatı olmalıdır.
MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon
kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər
avadanlıqdan ibarətdir.
Obyektlərdə də rabitə aşağıdakı qaydada istifadə olunur:
Məftilli rabitə
– rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:
obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və
obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür.
Radiorabitə
– obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya
dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin
radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir.
Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri
aparılarkən istifadə olunur.
Səyyar rabitədən
– texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə
vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə
edilir.
Siqnalla rabitə vasitələri
– sirenalar, siqnal raketləri və bayraqcıqları həm
xəbərdarlıq üçün, həm də MM-nin sərəncam və komandalarını çatdırmaqdan ötrü
yardımçı vasitələr kimi işlədilir.
Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional
şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal,
məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən
verilə bilər. Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional
şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən
təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM
rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.
İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə
paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində
əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə
və xəbərdarlıq sxemi tərtib edilir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin
özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik
sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA)
və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir.
S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən
idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən
işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı
proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin
iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı
barədə
Dostları ilə paylaş: |