təxliyə edilən əhali adətən fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən
yaşayış məntəqələrində təşkil edilmiş müvəqqəti yerləşdirmə məntəqələrində
yerləşdirilir.
Yerli təxliyə orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı rayonları və kənd rayonları
fövqəladə hal zonası təsiri altına düşdükdə keçirilir. Bu zaman təxliyə edilən və
təhlükəsiz rayonlarda yerləşdirilən əhalinin sayı bir neçə mindən on minlərlə insan
təşkil edə bilər.
Regional təxliyə zədə faktorları xeyli ərazilərə təsir etdikdə, əhali sıxlığı yüksək və
tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir.
Regional təxliyə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali yaşayış
yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər.
Hərbi konfliktin miqyasından, inkişafından, şəraitin konkret xüsusiyyətlərindən və
əhalinin təxliyə tədbirlərinə cəlb edilməsindən asılı olaraq
əhalinin təxliyyəsinin
Dostları ilə paylaş: