Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


aşağıdakı növləri vardır: ümumi təxliyə və qismən təxliyə



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   98
Müh 2016

aşağıdakı növləri vardır: ümumi təxliyə və qismən təxliyə. 
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə—ümumi və qismən köçürülə 
bilər. Göstərilən təxliyə variantlarının seçilməsi təhlükənin miqyas və 
xarakterindən, onun baş vermə proqnozunun gerçəkliyindən, fövqəladə hal 
mənbəyi zərbə faktorlarının təsir zonasında yerləşən istehsal obyektlərinin 
təsərrüfat məqsədləri üçün istifadə perspektivlərindən asılı olaraq 
müəyyənləşdirilir. 
Ümumi təxliyə fövqəladə zonadan əhalinin bütün kateqoriyalarının çıxarılmasını 
tələb edir. Bütünlüklə (ümumi) köçürmə halları zamanı səfərbərlik vəsiqəsi olan 
şəxslərdən, köçürülməsi qeyri—mümkün olan xəstələrdən və onlara xidmət edən 
tibbi heyətdən başqa, qalan bütün əhali köçürülür. 
Qismən təxliyə fövqəladə zonadan iş qabiliyyəti olmayan, məktəbəqədər və 
məktəb yaşlı uşaqların çıxarılması məcburiyyəti yarandıqda həyata keçirilir. 
Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət 
sahələrində çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə 
• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti və 
onların ailə üzvləri ilə birlikdə; 
• həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət; 
• uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqları təhlükəli 
rayonlardan çıxarılır. . 
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini 
pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir. 
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi ərazilərində fövqəladə hal baş 
verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə 
qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir. 
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə tədbirlərinin təcili olmasından 
asılı olaraq yerli və regional xarakterli təcili və ya qabaqlayıcı təxliyə müvafiq 
mülki müdafiə rəislərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir. 
Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uyğun fəaliyyətini 
davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən 
ailə üzvləri ilə birlikdə) ilk növbədə köçürülür. Eyni zamanda yeni bazada 
fəaliyyətini davam etdikmək üçün lazımi avadanlıq və sənədlər; müharibə 


dövründə fəaliyyətini dayandıran müəssisələrin fəhlə və qulluqçuları, həmçinin 
əmək qabiliyyəti olmayan və istehsalatda çalışmayan qalan əhali köçürülür. 
Yerləşdirilmə—dərəcəli şəhərlərdə hərbi vəziyyətdə öz fəaliyyətini davam etdirən 
iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçularının mütəşəkkil surətdə şəhərlərdən 
çıxarılaraq təhlükəsiz zonada yerləşdirmək, yaşayış və istirahətni təşkil etmək üçün 
tədbirlər kompleksidir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin