Yadelli düşmənlər belə bərəkətli torpaqları əlimizdən
almağa bütün tarix boyu
can atmışdır. Əcdadlarımız onlarla Şah İsmayil Xətai,Qəncəli Cəvad Xan, Qubalı
Fətəli Xan, Şirvanlı Mustafa xan və yüzlərlə digər Vətən oğulları bu sahədə bizə
örnəkdir,ən gözəl nümünədir.Torpaqlarımıza göz dikənlər indidə var.Yaşadığımız
sonuncu yüzillkdə yalnız daşnaq ermənilər torpaq iddiası ilə bizə 3dəfə silahli
münaqişəyə girişmişlər.Onlar hazırda ərazimizin bir qismini tutaraq
orada yaşayan
azərbaycanlıları ev –eşiklərindən didərgin salıblar.
Müəllim erməni təcavüzünə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş və ya şəhid
olmuş kəndin,şəhərin 1-2 sakini haqqında qısa
məlumat verdikdən sonra öz
söhbətini davam etdirir.
Vətəni müdafiə etmək hər bir adamin ən şərəfli borcudur.Hər kəs ən əvvəl
düşmənin işlətdiyi silahlardan qorumağın üsullarını,yəni müasir silahlardan
mühafizə olunmağın qaydalarını bilməlidir.Elm və texnika inkişaf etdikcə dünyada
daha güclü,dağıdıcı və zəhərləyici təsirli silahlar meydana çıxır.Hazırda lazimi
biliklərə və bacarığa malik olmadan
adam nə özünü qoriya bilər,nə də
Vətəni.Mülku müdafiə məşğələlərində öyrəniləcək biliklər bu işə yardım edir.
Mülku müdafiyə sülh və müharibə dövrlərində adamların həyatını mühafizə
etmək üçün görülən işlərə deyilir .Müharibə vaxtı adamları düşmənənin atdığı
bombalardan,top güllələrindən qorumaq lazımdır.
Sülh dövründə isə təbii fəlakətlər hamı üçün təhlükə törədir.Təbii fəlakət –
zəlzələ,sel,daşqın və s.kimi qorxulu hadisələrə deyilir.Belə hallar respublikamızın
hər bir rayonunda yarana bilər.Kimyəvi maddələr işlədilən zavodlardakı qəzalar isə
daha qorxuludur.Bu zaman ətrafa yayılan zəhərli qazların adamları zəhərlənməsi
mumkundur.Qəzalar zamanı baş verən partlayışlar,guclu yanğınlar da adamların
həyatı ucun təhlukəlidir.Mulki mudafiənin əsas vəzifəsi butun
belə hallarda
adamların muhavizə etməkdir.bu məqsədlə MM aşağıdakı işləri yerinə yetirir:
-muhavizənin usullarını əvvəlcədən hamıya öyrədir.8 yaşdan butun vətəndaşlar bu
usulları bilməlidirlər.
Butun əhaliyə əleyhqaz və respiratorlar paylayır;
-Lazım gəldikdə adamları muhavizə yerlərində gizlədir;
-Yaralilara
yardim göstərmək,zəhərlənən yerləri təmizləmək və s. kimi işləri təşkil
edir. MM işlərində hamının iştirakı vacibdir. Bunlar adamlara
yerlərində və
məktəblərdə öyrədilir.
Ən əvvəl Mulki mudafiənin xəbərdarlıq siqnallarını bilmək lazımdır. Bu siqnallar
yaranmış təhlukə barədə hamıya xəbər vermək ucundur. MM siqnalları verilərkən
davranma qaydalarını öyrənəcəyik. Əleyhqaz, respiratoru
geyib cixarmaq
qaydalarını da yaxşı bilməliyik. Bunlar adamın tənəffus orqanlarını, gözlərini,
üzünü zəhərlənmədən qorunmaq ücündür.Əleyhqaz olmadıqda tozdan qoruyan
parca, maska tikmək yaxud pambıqlı tənzif sarğı duzəltmək olar.Bunu
da hər
birimiz bacarmalıyıq. Düşmən havadan hücum edəndə adamlar qorunmaq ucun
muxtəlif binalarda, zirzəmilərdə gizlənirlər. Belə yerlər sığınacaq və daldalanlar
adlanır.hər bir şagird qəza,fəlakət baş verdikdə muhavizə olunmaq yollarını da
bilməlidir. Bax MM məşğələlərində biz bütün bilikləri öyrənməliyik.
Dostları ilə paylaş: