Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


-ci mövzu:Fövqəladə hallar və davranış qaydaları barədə əhaliyə xəbər və



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   98
Müh 2016

2-ci mövzu:Fövqəladə hallar və davranış qaydaları barədə əhaliyə xəbər və 
məlumatlar verilməsi. 


Bu müvzunun məzmunu şərh edərkən belə xəbərlərin üsulunu və siqnal üzrə 
əhalinin ,o cümlədən də məktəblilərin davranış qaydalarını izah etmək 
lazımdır.Yaxşı olarki,bu zaman elan və xəbərlərin maqnitafona yazılmış mətni 
səsləndirilsin,müvafiq diafilimdən kadrlar göstərilsin. 
Müəllim izah edirki ,təhlükə barədə əvvəlcədən xəbər verildikdə adamlar 
mühafizə işləri görməyə imkan tapırlar. 
Hamı dərhal xəbər tutsun deyə ,təhlükə barədə xəbərlər radio verlişi şəbəkəsi və 
televiziya vasitəsilə verilir.Bu xəbərləri mənzillərdə,məktəblərdə,küçələrdə radio 
cihazlarından eşitmək olar.Adamların diqqətini tez cəlb etmək üçün zavodların fit 
səslərindən istifadə etməklə səs siqnalı verilir. Bu siqnal “hamının 
diqqətinə!”siqnalı adlanır. Bu siqnalı eşidərkən dərhal radionu ,televizoru işə 
salmaq ,oradan verilən xəbərləri diqqətlə dinləmək tələb olunur.Təhlükə haqqında 
xəbərlə birlikdə düzgün davranmaq haqqında qısa məsləhət və göstərişlər də 
verilir.Bunları dinləmək və yerinə vacibdir.Yaranmış vəziyyətdən asılı olaraq 
“hamının diqqətinə”siqnalından sonra daşqın,sel təhlükəsi haqqında ,qəza barədə 
,eləcədə başqa məzmunlu xəbər və göstərişlər də verilə bilər (lazim hallarda 
müəllim məktəbin yerləşdiyi rayon, kənd üçün səciyəvi olan digər qəza və təbii 
fəlakətlər barədə xəbərdarlıq qaydasından qısa danışır). Belə siqnal və xəbərlər 
verilərkən hər kəs təmkinli olmalı ,çaxnaşmaya düşməməli, cəld, həm də 
mütəşəkkil davranmalıdır. Belə hallarda aşağı sinif şagirdləri adətən yaşlıların 
rəhbərliyi ilə mühafizə olunurlar. Şagirdlər məktəbdə olarkən sinif rəhbərinin 
göstərişini yerinə yetirməli ,intizamlı olmalıdır. Binalardan çıxarkən ,daldalanma 
yerlərinə gedərkən vurnuxma ,basabas salmaq olmaz. Bu əlavə təlafata səbəb ola 
bilər. Evdə valideyinlərin,digər yaşlı adamların dediklərini düzgün yerinə yetirmək 
lazımdır. Əgər belə xəbərlər evdə yaşlı adamlar olmadığı zaman verilmişsə,şagird 
cəld yığışıb geyinməli ,özündən kiçik bacısı və ya qardaşı varsa,onu da geydirməli 
, qazı, işığı söndürüb ən yaxın qonşulara müraciət etməli ,onlarla birlikdə mühafizə 
olunmalıdırlar.
Əgər siqnal verilərkən şagird evdən ,yaxud məktəbdən uzaq küçədə olarsa,polis 
işçisinin,mülkü müdafiə postunun göstərişi ilə davranmalıdır. Onlara rast 
gəlmədikdə ,digər yaşlı adamların kömək və məsləhətlərindən istifadə etmək 
olar.Müharibə dövründə düşmənin havadan bilavasitə hücumu gözləndikdə “hava 
həyacanı”siqnalı verilə bilər. Düşmən yaşayış məntəqələrinə top-raket atəşləri 
acmağa başlayanda da “hava həyacanı”siqnalı verilməlidir. Bu siqnal da digər 
siqnallar kimi elan edilir. 
“Diqqət”!Danışır mülki müdafiə qərərgahı!Vətandaşlar!Hava həyacanıdır! 
Bundan sonra isə dərhal adamların daldalanması barədə göstərişlər verilir. 
Top-raket atəşləri zamanı dəqiq davranış qaydaları yerli şərait nəzərə almaqla 
hökumət və MM orqanları tərəfindən müəyyən edilib əvvəlcədən əhaliyə 
öyrədilir.Lakin bütün hallarda belə siqnallar verilərkən şagirdlər digər adamlarla 
birlikdə zirzəmilərdə ,digər daldalanma yerlərində gizlənməlilirlər ki,top gülləsinin 
mərmilərin qəlpələrindən qorunsunlar.Evdə,məktəbdə,küçədə olarkən harada 
daldalanmaq mümkün olduğunu şagirdlər evdə -valideyinlərdən,məktəbdə isə 
müəllimlərdən soruşub öyrənməlidirlər.Onlar lazım gəldikdə müstəqil surətdə belə 
yerdə daldalanmağı,düzgün davranmağı bacarmalıdırlar. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin