Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


-cü mövzu:Reseiratorun əhəmiyyəti və ondan istifadə qaydası.Tənəfuus



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
Müh 2016

3-cü mövzu:Reseiratorun əhəmiyyəti və ondan istifadə qaydası.Tənəfuus 
üzvülərini mühafizə edən ən sadə vasitələr.(Pambıqlı tənzif sarğı,tozdan 
qoruyan parça maska). 
Bu mözunun öyrədilməsində uşaqlara əvvəlcə respiratorun əhəmiyyətli,ümumi 
quruluşu izah edilir,onu geyməyə hazırlamaq və geymək üsulları izah edilir,bundan 
sonra pambıqlı tənzif sarğını hazıriayıb,taxmaq və tozdan qoruyan parça maskanı 
işlətmək qaydaları göstərilir.Bu məşğələnin səmərəli keçirilməsi üçün əsas şərti-
məktəbdə olan bu mühafizə vasitələrinin,onlara aid diafilimlərin,plakatların,əlavə 
vəsaitin(xətkeş sarğı düzəltmək üçün tənzif,pambıq və s.)əvvəlcədən 
hazırlanması,həmçinin müəllimin onları düzgün işlətmələri bacarmalıdır.
Məşğələnin əsas məzmunu belə ola bilər. 
Respirator-tənəffus orqanlarını tozdan və zərərli qazlardan qoruyan 
cihazdir.Məs:havasında coxlu zərərli toz olan zavodların işçiləri,eləcədə tarlalarda 
bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə 
respirator taxırlar. 
Yaşli adamlar üçün P-2,7yaşdan 17 yaşadək uşaqlar üçün R-2D maskalı 
respiratorlar olur. 
Müəllim əyani şəkildə izah edir:gördüyümüz bu R-2D respiratoru süzücü 
yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir.Maskada 2 
nəfəsalma klapanı , bir nəfəsvermə klapanı vəburun sıxıcısı var.Bərkidici qaytanlar 
maskanin kənarlarına bənd edilib.Respiratorun çəkisi 50-60 qr olur.O,politelin 
kisədə saxlanılır. 
Yarımmaska 2 qatdan ibarətdir.Xarici qat məsaməli sintetik materialdandır.Belə 
material havanı yaxşı keçırir.İçəri qat isə hava keçirməyən nazik plyonkadandır.Bu 
2qatdan ibarətdir.Xarici qat məsaməli sintetik materialdandır.Belə material havanı 
yaxşı kecirir .İcəri qat isə hava kecirməyən nazik plyonkadandır.Bu 2qat arasında 
xüsusi süzücü material yerləşdirilib.Nəfəsalma klapanları respiratorun içəri qatına 
sağ sol tərəflərdən bənd edilib. Nəfəsvermə klapanı isə orta hissədədir. 
Respirator taxmış adam nəfəs alarkən hava maskanın üst qatından və süzücü 
materiallardan keçib təmizlənir,sonradan nəfəsalma klapanlarından keçərək adamın 
tənəffüs orqanlarına daxil olur.Nəfəs verərkən isə hava maskanın nəfəsvermə 
klapanından keçib kənara çıxır.R-2D respiratoru 4 ölçudə(0,1,2,3) olur.Onun 
ölçüləri maskanin çənəaltı hissədə rəqəmlərlə göstərilib.Respiratorun ölçüsünü elə 
secmək lazımdır ki,o,üzə kip yapışsın,yoxsa,zəhərli hava maskanın altına keçib 
adamı zəhərləyə bilər. 
Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu,yəni 
burnunun yuxarı hissəsinin ən çökək yerindəki nöqtə ilə çənənin ən aşağı nöqtəsi 
arasındakı məsafənin millimetr bölgülü xətkeşlə ölçüriər.Üzün ölçüsü 80-100 mm 
oiduqda “0”,100-115 mm-olduqda -1-ci,115-125 mm olarsa 2-ci,125mm-dən artıq 
olduqda 3-cü ölçülü respirator lazımdır.(yaxşı olarki,hər bir şagird üçün 
yarımmaskanın ölçüsü təyin edilsin və jurnalda qeyd aparılsın. 
Müəllim “Respiratoru necə geyməli və cıxarmalı plakatı üzrə respiratordan 
istifadə qaydalarını izah edir və onu geymək qaydasını göstərir. Respiratoru 
geymək üçün onu paketdən çıxarmalı, qaytanları yuxarı tərəfdə saxlamaqla 
yarımmaskanı üzə keçirməli, (çənə və burun bütünlüklə maskanın içərisində 


yerləşməlidir), sonra baş qaytanlarını elə düzəltməli ki, dartılmayan (qeyri-elastik) 
qaytanı biri başın əmgək (təpə) hissəsində, o biri isə peysər hissəsində dayansın. 
Bu halda bərkidici hissə başda “ papaq” əmələ gətirərək yarımmaskanı üzdə 
möhkəm saxlayır. 
P-2D respiratorunun düzgün geyildiyini və üzə kip yatdığını yoxlamaq üçün sol 
əlın ovcu ilə nəfəs vermə klapanını tutur yüngülcə nəfəs verirlər. əgər bu zaman 
hava yarımmaskanın üzə yatan kənarlarından çölə çıxmırsa respirator düzgün 
seçilmiş və geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub 
yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini 
silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə 
bağlayırlar. Bundan sonra tənəffüs orqanlarını zəhərli tozlardan mühafizə edən ən 
sadə vasitələr öyrədilir. Izah edilir ki, əleyhqaz və respirator olmadıqda nəfəs 
orqanlarını qorumaq üçün ən sadə vasitələrdən istifadə etmək mümkündür. Bunlar 
pambıqlı tənzif sarğıdan və tozdan qoruyan parça maskadan ibarətdir.Belə 
vasitələri hər kəs özü üçün düzəltməyi bacarmalıdır. 
Pambıqlı tənzif sarğı-tənəffüs üzvüiərini toz və tüstü şəkilli zərərli maddələrdən 
qorumaq üçündür.Bu sarğını80*40sm ölçüdə tənzif parçasının orta hissəsinə 
20*15sm ölçüdə 1-2sm qalınlığında pambıq qatı döşəməklə hazırlayırlar. Tənzifin 
uclarını isə hər iki tərəfdən 25-30sm uzunluqda ortadan uzununa kəsirlər 
ki,bağlamaq mümkün olsun.Əgər pambıq yoxsa,onu 5-6 qat tənziflə əvəz etmək 
olar.Sarğını taxdıqda o çənəni,ağızı və burunu gözlərə qədər öyrətməlidir.Sarğının 
aşağı uclarını çənədə,yuxarı uclarını isə peysərdə,qulaqların arxasında 
bağlayırlar.Gözləri qorumaq üçün toz əleyhinə eynək taxmaq məsləhətdir.Belə 
sargı yalniz bir dəfə istifadə üçündür,istifadə olunmş çirkli sarğını məhv edirlər.
Əlacsız qaldıqda tənəffüz üzvülərini mühafizə etmək üçün daha sadə vasitələrdən 
–hər hansı parçadan,şərfdən,üz və ya əl dəsmallarından (1neçə qat bükməklə) 
istifadə etmək olar. 
Tozdan qoruyan parça maskadan-da pambıqlı tənzif sarğının işlədildiyi məqsədlər 
üçün istifadə edilir.Belə maska 2hissədən-üzlük və bərkidici hissələrdən 
ibarətdir.Üzlük 4-5 qat ,bərkidici hissə isə bir qat parçadan hazırianır .Üzlükdə 
şüşə salınmış gözlük olur.Parça maska 7 ölçüdə tikilir.Bunlardan 1-3-cü ölçülər 3 
yaşdan yuxarı uşaqlar üçündür.Üzün uzunluğu 80 mm olarkən 1-ci;81-90 mm 
olduqda 2-ci;91-100 mm olduqda 3-cü ölçülər tələb oiunur.Məşğələni 
yekunlaşdırarkən müəllim izah edirki,tanış olduğunuz bu fərdi mühafizə 
vasitələrini düzgün işlətmək qaydalarını məşq edəcəyik. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin