göstərmək və onları salamat qalmış xəstəxanalara müalicəyə göndərmək üçün
özünün həkimlərdən ibarət dəstələrini zərər çəkməmiş rayonlardan zədələnmə
ocaqlarının, zədələnmiş adamlar olan yerlərin yaxınlığına gətirməyə çalışacaqdır.
Bu tədbirlərin həyata keçirilməsi üçün həmin işlərdə bir sıra mülki müdafiə
orqanlarının iştirakı, habelə bütün əhalinin fəal köməyi tələb olunacaqdır. Belə
vəziyyət əhaliyə əvvəlcədən tibb işlərinin öyrədilməsinin əhəmiyyətini artırır.
Mülki müdafiənin tibb xidməti ölkənin səhiyyə sisteminin xüsusi təşkilatıdır ki,
dinc quruculuq illərində əhaliyə tibb yardımı göstərən səhiyyə müəssisələri
əsasında yaradılır. Bu təşkilat düşmən tərəfindən kütləvi qırğın silahına məruz
qalmış rayonda ilk tibbi yardım göstərməyə xidmət edir. Mülki müdafiə tibb
xidmətinə muxtar, vilayət, şəhər, kənd və rayonlarda dinc quruculuq illərində
səhiyyə xidmətinə başçılıq edən şəxslər rəhbərlik edir.
Dostları ilə paylaş: