Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Mülki müdafiə tibb xidmətinin əsas vəzifələri aşağıdakılardır



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   98
Müh 2016

Mülki müdafiə tibb xidmətinin əsas vəzifələri aşağıdakılardır: 
1.Təbii fəlakətdən zərər çəkmiş əhaliyə hər cür tibbi yardımın təşkili və vaxtında 
göstərilməsi. 
2.Təbii fəlakətin mənfi təsirinin azaldılmasına yönəldilmiş müalicə-profilaktika 
tədbirlərinin yerinə yetirilməsi (əsəbi - psixi pozuntuların, somatik və endokrin 
xəstəliklərin profilaktikası). 
3.Əhali arasında kütləvi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması. 
Müasir qırğın silahlarının zədələyici amillərindən əhalinin müdafiə edilməsi üçün 
tədbirlər kompleksini həyata keçirmək. 
Belə tədbirlər kompleksinə:
epidemiya 
əleyhinə tədbirlər, əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının 
öyrədilməsi, onların dərman maddələri ilə təmin edilməsi, ərzaq məhsullarının və 
suyun radioaktiv kimyəvi və bakterial maddələrlə çirklənməsinə laboratoriya 
nəzarəti kimi işlər daxildir. 
Beləliklə, tibb xidməti zədələnmə ocaqlarında müxtəlif travmatik zədələnmələrə, 
əsəb - psixi pozuntulara məruz qalmış zərərçəkənlərə, tibbi yardım göstərməyə,
kütləvi yoluxucu xəstəliklərin qarşısını almağa yönəldilən tədbirləri həyata 
keçirməyə hazır olmalıdır. Bunlardan əlavə mülki müdafiə tibb xidməti əhaliyə, 
müəssisələrin fəhlə və qulluqçularına təbii fəlakət, güclü qəzalar və bədbəxt 
hadisələr zamanı zərərçəkən adamlara ilk tibbi yardım göstərməyin qayda və 
üsullarını öyrətməli, zədələnmələrin miqdarını azaltmaq üçün əhaliyə düzgün 
davranış qaydalarını izah etməklə əhalinin mənəvi - psixoloji hazırlığı tədbirlərində 
iştirak etməlidir. 
MM tibb xidmətinin təşkilində əsas prinsiplərdən biri odur ki, o idarə tabeliyindən 
və mülkiyyət formasından asılı olmayaraq sülh dövründə fəaliyyət göstərən 
səhiyyə orqanları və təşkilatları əsasında yaradılır. MM tibb xidmətinin rəisləri 
vəzifəsinə müvafiq səhiyyə naziri, şəhər və rayonlarda səhiyyə şöbələrinin 
müdirləri , habelə xəstəxanaların, tibb sanitariya bölmələrinin baş həkimləri təyin 
olunurlar. Tibb xidməti müxtəlif təyinatlı tibb dəstələri yaradır və lazımi vasitələrlə 
təchiz edir. Onlara rəhbərlik etmək üçün tibb xidmətinin rəislərinin qərargahları 
yaradılır ki, bu qərargahların heyyətinə səhiyyə orqanlarının rəhbər işçiləri daxil 
edilir. Şəhər və rayon tibb xidmətinin rəisləri şəhər və rayonların icra hakimiyyəti 
başçısına tabedilər.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin