-rəhbərlik orqanları
-köçürmə (səyyar) bölmələr
-müəssisələr.
MM tibb xidmətinin rəhbərlik orqanlarına daxildir:
-tibb xidmət qərargahları
-xəstəxana bazalarının operativ idarələri.
MM tibb xidmətinin qərargahları bütün xidmət rəisliklərində təşkil olunur.
Bütün
bunlar müəssisələrin nəzdində olan tibb xidmətinin sərəncamında mövcud olan
vəsait və canlı qüvvələrin gündəlik və təxirəsalınmaz işlərini həyata keçirilməsinə
xidmət edir:
-bütün tibb xidmətlərini, o cümlədən rəhbər işçiləri hazırlamaq;
-xidmətin tərkibində olan müəssisələrin köçürülməsinə hazırlığı;
-köməkçi xidmətlərin tədbirlərini müharibə vaxtı planlaşdırılması;
-müəssisələrin operativ rəhbərliyini xilasetmə işləri apararkən hər cür vəsait və
canlı qüvvə ilə təmin etmək;
-tibbi sanitar təsərrüfatı və xüsusi vəsaitlərin ehtiyatını toplamaq və onu öyrənmək;
-müharibə vaxtı düşmən hücumuna məruz qala
bilən şəhərlərin müalicə
müəssisələrini şəhərkənarı təhlükəsiz yerlərə köçürülməsinin hazırlanması;
-əhalinin nəqliyyatla köçürülməsi zamanı toplanmış məntəqələrində, eləcədə yol
uzunu və təyin olunmuş düşərgələrdə epidemiyaya qarşı tibb işçilərilə təmin
edilməsinin təşkili.
MM səyyar tibb xidmətinə aiddir:
-sanitar drujinaları
-sanitar drujina dəstəsi
-ilk tibbi yardım dəstəsi
-ixtisaslaşdırılmış tibbi yardım dəstəsi
-səyyar epidemiya əleyhinə dəstələr.
MM tibb müassisələrinə aiddir:
-şəhərdənkənar zonalarda yerləşən xəstəxana bazalarının tərkibində olan
xəstəxanalar;
-aptek müəssisələri
-sanitar - epidemioloji stansiyalar
-qan köçürmə stansiyası
-tibbi və sanitar təsərrüfat əşyalarının anbar və bazaları.
MM tibb xidmətinin qüvvələri hərbiləşməmiş tibb dəstələrindən və tibb
müəssisələrindən ibarətdir.
Onlar tibbi tədbirləri, yəni zədələnən və xəstələrə tibbi
yardım göstərmək üçün nəzərdə tutulmuşdur. MMTX – nin hərbiləşməmiş tibb
dəstələri aşağıdakılardır: sanitar drujinaları, sanitar postu, ilk tibi yardım dəstəsi,
epidemiya əleyhinə səyyar dəstə.
MM zədələnənlərə və xəstələrə tibbi yardım göstərilməsi iki mərhələli müalicə
köçürmə təminatı sistemi prinsipi (MKT) əsasında təşkil edilir. Bu sistemin
mahiyyəti ondan ibarətdir ki, bu zaman tibbi yardım tədbirləri ardıcıl və
arasıkəsilmədən yerinə yetirilir, tibbi yardım göstərməklə birlikdə zədələnənlər ilk
tibbi yardım dəstələrindən xəstəxanalar bazasının müalicə müəssisələrinə
köçürülür. Tibbi köçürmə mərhələsi tibbi köçürmə yollarında yerləşərək
zədələnənləri qəbul etmək, qruplaşdırmaq, onlara müəyyən ilk tibbi yardım
göstərmək üçün nəzərdə tutulan eyni vəzifəli tibb
dəstələri və müəssisələri
qruplarına deyilir.
Zədələnənlərə və xəstələrə bilavasitə zədələnmə yerində ilk tibbi yardım
göstərdikdən sonra onları ilk tibbi yardım dəstələrinə və ya zədələnmə ocağında,
onun yaxınlığında salamat qalmış müalicə müəssisələrinə köçürülür. Məhz bunlar
tibbi köçürmənin birinci mərhələsi sayılır. Burada zədələnənlərə ilk həkim yardımı
göstərilir və onlar ikinci mərhələyə köçürülmək üçün hazırlanır.
Tibbi köçürülmənin ikinci mərhələsi şəhərdənkənar zonadakı xəstəxanalar
bazasında birləşən müalicə müəssisələrindən ibarətdir. Burada zədələnənlərə və
xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərilir və onları müalicə edirlər.
İlk tibbi yardım və onun təşkili.
Mülki müdafiə sistemində zədələnənlərə və xəstələrə göstərilən tibbi yardım
aşağıdakı növlərə ayrılır : ilk tibbi yardım, ilk həkim yardımı və ixtisaslaşdırılmış
tibbi yardım.
İlk tibbi yardım döyüş meydanında, zədələnmə ocağında (və ocaqdan kənarda)
xəsarətə uğrayanın özü (özünə yardım) , yoldaşları tərəfindən (qarşılıqlı yardım) ,
habelə tibb heyəti tərəfindən (sanitarlar və sanitariya təlimatçıları) tərəfindən
göstərilir. İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq.) göstərilməlidir.
Zədələnən adamların həyatının xilas edilməsi , çəkdikləri əzabın
yüngülləşdirilməsi və əmək qabiliyətinin bərpa edilməsi onlara göstərilən ilk
yardımın tez və düzgünlüyündən asılı olacaqdır. Bütün vətəndaşlar ,
o cümlədən də
tələbələr ilk tibbi yardım göstərilməsi üsullarına tam yiyələnməlidir.
İlk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsulları bilmək tələb olunur :
adamın əynindəki yanan paltarın söndürülməsi , süni tənəffüs verilməsi , tənəffüs
üzvlərinin (əleyhqaz , pambıq – tənzif maskası geyməklə) və bədənin açıq
hissələrinin zəhərləyici və radioaktiv maddələrdən , bakterial vasitələrdən
mühafizəsi , qanaxmaların müvəqqəti olaraq dayandırılması , yara və yaxud yanıq
yerinin sonrakı kirlənmədən qorumaq üçün yaraya və yanıq yerlərinə sarğı qoyulur
, sınıq baş verdikdə zədələnmiş sümüklərin immobilizasiyası həyata keçirilir
(sümüklərin hərəkətsiz hala salınması) , zəhərləyici maddələr olduqda əleyhqaz
geydirilir və zəhərə qarşı xüsusi antidot verilir. Lazım gəldikdə zədələnənləri
müəyyən qədər sanitar təmizləmədən
keçirir , zədələnmiş adamları təhlükəsiz yerə
çıxarır və tibb məntəqələrinə və ya ilk tibbi yardım dəstələrinə aparırlar. Bu
tədbirləri ardıcıllığı zədələnmənin ağırlığından , xarakterindən və başqa şərtlərdən
asılı olacaqdır. Bütün hallarda ilk tibbi yardım tez və qətiyyətlə , 1 dəqiqə belə
itirmədən göstərilməlidir. İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi
yaralanmanın son nəticəsinə . zədələnmiş şəxsin həyatının xilas edilməsinə
həlledici təsir göstərir. Güclü qanaxma zamanı , elektrik cərəyanı vurarkən,
boğulma , ürəyin fəaliyyəti dayanan və tənəffüs kəsilən hallarda ilk tibbi yardım
dərhal göstərilməlidir. İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox
ehtiyatla icra edilməlidir. Ehtiyyatsız kobud ilk yardım zədələnmişə əlavə əziyyət
verib onun halını ağırlaşdıra bilər. Zədələnmə ocağında ilk yardım göstərilməsi
üçün çoxlu miqdarda sarğı vasitələri , tənzif , bintlər , müxtəlif sarğı vasitələri ,
pambıq və s. tələb olunur. Qanaxmanı dayandırmaq üçün turnalar, sınıqları ,
burxulan və əzilən yerləri immobilizasiya
etmək üçün şinlər , müxtəlif dərmanlar
tələb olunacaqdır. Bu məqsədlə əvvəlcədən hazırlanmış tibbi əmlakın xüsusi
komplektləri “sanitar çantası” vardır. Bundan başqa hər bir tələbə ilk tibbi yardım
göstərmək üçün əlaltı vasıtələrdən istifadə etməyi bacarmalıdır.
Sanitar çantasında müxtəlif ölçülü steril tənzif bintlər , sarğı ləçəkləri , yaraya sarğı
qoyulan zaman işlədilən ağ (hiqroskopik) steril pambıq , immobilizasiya şini
qoyulan zaman işlədilən boz pambıq olur. Bundan əlavə zədlənən adamlara yardım
göstərmək üçün sanitar çantasında cürbəcür dərmanlar: 5 %-li yod məhlulu,
ampulda naşatır spirti, ampulda amin nitrit, valeriyan məhlulu, şpris-tyubikdə 2 %-
li promedol məhlulu, 0,5 q sulfadimetoksin tabletdə, taren həbi, sistamin həbi,
xlortetrasiklin tabletləri, kalium permanqanat, çay sodası (NaHCO
3
) paketdə və s.
Çantada sadə tibbi alətlər də olur: tibb termometri, qayçı, bağban bıçağı,
menzurka
stəkan, leykoplastır, turna, habelə bloknot və qələm , tənəffüs üzvlərini və gözləri
bakterial vasitələrdən qorumaq üçün “ləçək” tipli qoruyucu maska. Sanitar
çantasında ümumiyyətlə 10 - 12 yaralıya ilk tibbi yardım göstərməyə imkan verən
miqdar əmlak olur. 10 saatlıq iş ərzində sanitar çantasını 1-2 dəfə doldurmaq
lazımdır.
Bütün bu əmldak dəsti çantada yerləşdirilir və çantanın sathində qırmızı xaş şəkli
olur. Çanta sağ böyürdə daşınır. Hər bir adamın isə fərdi sarğı paketi, fərdi kimyəvi
paketi və fərdi apteçkası (Aİ-2) olmalıdır.
Dostları ilə paylaş: