Sanitar çantası. Zədələnmə ocağında ilk yardım göstərilməsi üçün çoxlu miqdarda sarğı vasitələri:
tənzif, bintlər, müxtəlif sarğı vasitələri, pambıq və s. tələb olunur. Qanaxmanın
dayandırmaq üçün turnalar, sınıqları, burxulan və əzilən yerləri immobilizasiya
etmək üçün şinlər, müxtəlif dərmanlar tələb olunacaqdır. Bu məqsədlə əvvəlcədən
hazırlanmış tibbi əmlakın xüsusi komplektləri “sanitar çantası” vardır. Bundan
başqa hər bir tələbə ilk tibbi yardım göstərmək üçün əlaltı vasitələrindən istifadə
etməyi bacarmalıdır.
Sanitar çantasında müxtəlif ölçülü steril tənzif bintlər, sarğı ləçəkləri, yaraya sarğı
qoyulan zaman işlədilən ağ (hiqroskopik) steril pambıq, immobilizasiya şini
qoyulan zaman işlədilən boz pambıq olur. Bundan əlavə zədələnən adamlara
yardım göstərmək üçün sanitar çantasında cürbəcür dərmanlar: 5%-li yod məhlulu,
ampulda naşatır spirti, ampulda amilnitrit, valerian məhlulu, şpris-tyubikdə 2%-li
promedol məhlulu, 0,5 q sulfadimetoksin tabletdə, taren həbi, sistanın həbi,
xlortetrasiklin tabletləri, kalium permanqanat, çay sodası (NaHCO
3
) paketdə və s.
Çantada sadə tibbi alətlər də olur: tibb termometri, qayçı, bağban bıçağı,
menzurka-stəkan, leykoplastır, turna, habelə bloknot və qələm, tənəffüs üzvlərinin
və gözləri bakterial vasitələrdən qorumaq üçün “ləçək” tipli qoruyucu maska.
Sanitar çantasında ümumiyyətlə 10-12 yaralıya ilk tibbi yardım göstərməyə imkan
verən miqdarda əmlak olur. 10 saatlıq iş ərzində sanitar çantasını 1-2 dəfə
doldurmaq lazımdır.
Bütün bu əmlak dəsti çantada yerləşdirilir. Çantanın səthində qırmızı xaç şəkli
olur. Çanta sağ böyürdə daşınır. Hər bir adamın isə fərdi sarğı paketi, fərdi kimyəvi
paketi, fərdi apteçkası olmalıdır.
Fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya əleyhinə fərdi paket
İPP-8 və fərdi sarğı paketi aiddir.