Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   98
Müh 2016

Kimya əleyhinə fərdi paket İPP-8 
Kimya əleyhinə fərdi paket (İPP-8) - dəri səthinin zəhərli maddələrin damcıları və 
ya dumanı ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə 
zəhərlənmiş açıq sahələrini, bu sahələrə toxunan paltar hissələrini qismən 
sanitariya təmizlənməsindən keçirmək (təmizləmək) üçündür.
Bu paket içərisində hər cür zəhərli maddələrini zəhərsizləşdirmək üçün 
polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən 
ibarətdir.
Bir sıra zəhərli maddələr, xüsusən fosforlu-üzvi maddələr, hətta fiziki zədələnməsi 
olmayan dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın 
səmərəliliyi zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması 
müddətindən bilavasitə asılı olur. Qismən sanitariya təmizləməsi zəhərli 
maddələrdən mühafizə edilmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəq. 
müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır.
İPP-8 işlətmək üçün:
-
paketi cırıb oradan şüşə qabı və salfetləri çıxarmalı;
-
şüşə qabın qapağını burub açmalı və ondakı maye ilə salfetlərdən 
birini yaxşıca islatmalı;
-
əgər əleyhqaz üzə geyilmiş vəziyyətdə olarsa, boyunun və əllərin 
açıq səthlərini, əleyhqazın üz hissəsini bu salfetlə yaxşıca silib təmizləməli;
-
əgər əleyhqaz geyilmişsə, onda gözləri yumaraq, üzü və boynu yaş 
salfetlə silməli (bu zaman ehtiyatlı olmaq lazımdır ki, gözlərə salfetdən maye 
düşməsin), sonra gözləri açmadan, gözlərin ətrafını quru tamponla silib qurulamalı 
və əleyhqaz geyməli;
-
salfeti ikinci dəfə islatmalı və bu salfetlə əlləri, paltarın boynuna və 
qoluna biləklərinə yatan hissələrini silib təmizləməli.
Fərdi kimyəvi paketdən istifadə edərkən yadda saxlamaq lazımdır ki, əvvəlcə 
bədənin səthi, sona isə paltar, əleyhqaz və alətlər təmizlənməlidir və maye 
damcılarının gözə düşməməsinə yol verilməməlidir.
Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ 
qanaxmaları dayandırmaq üçün işlədilir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin