Bütün yeni daxil olunmuş zədələnmişlər qabaqcadan çeşidləmə meydançasında 3
qrupa bölünürlər:
1. sanitariya təmizlənməsinə ehtiyacı olanlar, yəni zəşərləyici və radioaktiv
maddələrə məruz qalanlar, bakterial vasitələrə yoluxanlar. Onlar burada
zədələnmənin dərəcəsindən asılı olaraq tam və qismən təmizlənmədən keçirilir.
2. izolyasiyaya ehtiyacı olanlar (infeksion xəstə və şübhəli xəstələr). Belə xəstlərə
t/yardım izolyatorda ya ayrıca sarğı otağında göstərilir.
3. ətrafdakılar üçün təhlükəli olmayanlar şəxslər. Bunlar ağır və yüngül
xəstələnmişlərə bölünüb, müvafiq şöbələrə göndərilir.
Belə çeşidləmədən əlavə qəbul-köçurmə şöbəsində xəstəxananın başqa şöbələrində
zədələnmiş şəxslər 4 qrupa bölünür a. həmin mrəhələdə yardıma ehtiyacı olanlar;
b. irəliyə köçürülməli olanlar, c. sağalana qədər həmin mərhələdə qalib sıraya
qaytarıla biləcək yüngül xəstələr, d. yalnız ağır vəziyyətlərinin yüngülləşdirlməsinə
ehtiyacı olanlar.
Zədələnmişlərin çeşidləməsi həmçinin məntəqədaxili və köçürmə – nəqletmə
formasında həyata keçirilir.
1.
məntəqədaxili çeşidləmə. Xəstənin hansı şöbəyə və hansı növbədə
göndərilməsi müəyyən edilir.
2.
köçürmə – nəqletmə çeşidləmədə isə xəstənin hansı nəqliyyatda, hansı
vəziyyətdə (oturaraq, uzanmış, halda) və haraya köçürülməsi müəyyən edilir.
Tibbi köçürmədən məqsdə – xəsarətə uğrayana həmin mərhələdə göstərməli olan
tibbi yardımın növbəliyini və xarakterini müəyyən etmək və həmçinin gələcək
köçürmənin növbəsini və istiqamətini təyin etməkdir.
Nüvə partlayışı, kimyavi və bakterioloji hücum zamanı əhali arasında sanitar-
gigiyena və epidemiya əleyhinə tədbirlər həyata keçirirlər. Bu vəzifələrin yerinə
yetirmək üçün sanitar-epidemioloji stansiyaları əsasında səyyər epidemiya əleyhinə
dəstələr yaradılır. Bu dəstələrin əsas vəzifəsi əhalinin bakteriya əleyhinə
mühafizəsini təşkil etməkdir. Bu məqsədlə ərazidə bakterioloji kəşfiyyatı aparılır,
ərazinin və suyun labarator analizi edilir, əhali arasında sanitariya təmizliyi,
dezinfeksiya və deratizasiya işləri aparılır, epidemioloji yoxlamalar aparılır.
Dostları ilə paylaş: