Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   98
Müh 2016

MÖVZU14.
İlk həkim yardımı.
İlk həkim yardımı və onun təşkili.
İlk həkim yardımı anlayışına hər şeyden əvvəl bilavasitə həyat üçün təhlükə təşkil 
edən hadisələri aradan qaldırmağa doğru yönəldilmiş tədbirlər daxildir. İlk həkim 
yardımının əsas məqsədi zədələnmələrin qanaxma, asfiksiya, şok və s. kimi 
təhlükəli nəticələri ilə mübariza aparmaqdır. Bundan əlavə ilk həkim yardımının 
vəzifələri sırasına yara infeksiyasının inkişaf etməsinin qarşısını almaq və 
zədələnənləri daha iləriyə köçürməyə hazırlamaq da daxildir.
İlk həkim yardımı – ilk tibbi yardım dəstələrinin müvafiq bölmələrində və ya 
zədələnmə ocağında salamat qalmış müalicə müəssisələrində həkimlər tərəfindən 
göstərilir.


İlk həkim yardımının əsas vəzifələrinə aiddir: 
1.
Xarici qanaxmanın dayandırılması. 
2.
Nəqliyyat immobilizasiyasının şok törətmək cəhətdən təhlükəli olan 
nöqsanlarının düzəldilməsi və ya artıq şok inkişaf etmiş olduğu şəraitdə belə 
nöqsanların düzəldilməsi. 
3.
Ürəyin fəaliyyəti və tənəffüs dayandıqda ürəyin qapalı masajının, ağızdan – 
ağıza, ağız – buruna üsulları ilə ağciyərlərin süni ventilyasiyası. 
4.
Şok halında olanlara ağrıkəsici dərmanların və ürək dərmanlarının 
yeridilməsi, bədənin isidilməsi, isti içkilərin verilməsi. 
5.
Şiddətli qan itkiləri və ağır şok zamanə qan əvəzedicilərin inyeksiyası (şərait 
imkan verdikdə yerinə yetirilir) . 
6.
Geniş yanıqlar zamanı ilk sarğının bağlanması. 
7.
Radiasiya xəsarətləri zamanı – mədə bağırsaq sistemindən radioaktiv 
maddələrin çıxarılması üçün tədbirlərin görülməsi. 
8.
Kimyəvi zəhərlənmələr zamanı əzələ içərisinə antidotların yeridilməsi, süni 
tənəffüs, yaranın qismən kimyəvi maddələrdən təmizlənməsi, ürək dərmanlarının 
tətbiqi, mədənin yuylması, adsorbentlərin verilməsi və s. 
9.
Bakterioloji zədələnmələr zamanı: 

özlərində infeksion xəstələnmə olmasına dair şübhə oyanan zədələnənlərin 
təcrid edilməsi; 

zədələnmə ocağından gələnlərə əleyhqazın geydirilməsi;

antimikrob maddələrlə və s. ilə təcili profilaktikanın aparılması. 
10.
Yaranın və xəstəliyin ağırlaşmasının qarşısını almaq, orqanizmin pozulmuş 
həyat fəaliyyətini bərpa edib saxlamaq və zədələnənləri müalicə müəssisələrinə 
köçürməyə hazırlamaq.
Zədələnənlərə və xəstələrə bilavasitə zədələnmə yerində ilk tibbi yardım 
göstərildikdən sonra onları (ilk tibbi yardım dəstələrinə) və ya zədələnmə 
ocağında, onun yaxınlığında salamat qalmış müalicə müassisələrinə köçürürlər. 
İTYD şəhər və kənd müalicə profilaktika idarələrinin əsasında yaradılır. İlk TYD 
MMTX-nin əsas formasıdır. İTYD zərbəyə məruz qalmış ocaqda əsas ilk tibbi 
yardımın və ilk həkim yardımı göstərən tibb məntəqəsidir. Bu dəstənin əsas 
vəzifəsi: 

əhali arasında zədələnmiş şəxslərin axtarılmasını təşkil etmək, ilk tibbi 
yardım göstərmək və dəstəni tibb məntəqəsinə gətirmək. 

san.drujinalarının, xilasedici dəstələrin işinə rəhbərlik etmək; 

köçürmənin 1-ci mərhələsi olan tibb məntəqəsi açmaq; xəstələrin tibbi 
növlərə ayrılması ilk həkim yardımının göstərilməsini və həyatı göstəriş olduqda 
cərrahi və terapiya yardımının göstərilməsini təşkil etmək 

köçürülməsi mümkün olmayan zədələnmiş şəxslərin müalicəsini təşkil 
etmək; 

dəstənin işlədiyi ərazidə dozimetrik nəzarətin təşkili, qismən sanitariya 
təmizliyinin aparılmasını, ayaqqabı və paltarların dezinfeksiyasını təşkil etmək; 

2-ci mərhələyə köçürülməsi lazım olan şəxsləri köçməyə hazırlamaq və 
sanitar nəqliyyatına yerləştirmək;



öz dəstəsinin və ona kömək üçün verilmiş san.drujinalarının tibbi ləvazimatı 
ilə təchiz etməkdən ibarətdir. 
İTYD 146 nəfərdən, o cümlədən 8 həkim, 38 tibb işçisi ,3 siyasi işçi, 72 sanitardan 
və 23 qulluq edəndən təşkil olunur. 
İTYD-də işləyən şöbələr; 

idarə heyyəti. 

əsas şöbələr (qəbul və növlərə ayırma şöbəsi, cərrahiyə sarğı şöbəsi, hospital 
şöbəsi, köçürmə şöbəsi). 

Köməkçi şöbələr: aptek, laboratoriya, qismən sanitariya təmizliyi və 
dezaktivasiya şöbəsi və təsərrüfat şöbəsi. 
İlk TYD – nin başında təcrübəli və təşkilatçı həkim durur. Onun iki köməkçisi 
olur: siyasi hissə üzrə köməkçi – zərərçəkmiş şəxslər arasında siyasi iş aparır. 2-ci 
köməkçi bütün sanitar drujinaların işinə, zədələnmiş şəxslərin axtarılmasına və 
onlara ilk yardım göstərilməsinə rəhbərlik edir. 
İTYD – ixtiyarına səyyar elektrostansiyalar, radiostansiya, yük və minik maşınları 
verilir. 
İTYD şəraitdən asılı olaraq 100 və 180 nəfərdən ibarət ola bilər. 
İlk həkim yardımının həcmi. 

Zədələnmiş şəxslərin hansı növbədə və hansı həcmdə ilk TYD köməyə 
ehtiyacı olduğunu təyin etmək, şəhərkənarı zonaya göndərilənlərin təyin edilməsi 
və növbələşdirmək; 

İlk tibbi vəsiqənin doldurulması (İTYD – də qalanlara və xəstəxana 
bazasına göndərilənlərə). 

Göstəriş olduqda tetanus əleyhinə zərdab vurulması; 

Profilaktika məqsədilə antibiotik verilməsi. 

Şok əleyhinə mübarizə (bədəni qızdırmaq, qan və qanəvəzedicilərin 
köçürülməsi, ağrıkəsici və sakitləşdirici dərmanlar, ürək – qan damarlarını nizama 
salan dərmanlar). 

Qanaxmanın tamamilə dayandırılması. 

Yaralara sarğı qoymaq və ya əvvəlcədən qoyulmuş sarğıları düzəltmək. 

Sınıqlarda, iri yaralarda şin qoymaq. 

Tənəffüs pozğunluğunda oksigen və süni tənəffüs verməklə tənəffüsü 
bərpa etmək. 

Həyatı göstəriş olduqda operasiya etmək (böyük sahəli yanıqlarda 
cərrahi işləmə aparmaq və s.). 
İTYD - nin həcmi daxil olmuş zədələnmiş şəxslərin miqdarindan, dəstənin tibb 
işçiləri ilə, tibb ləvazimatı ilə təmin olunması dərəcəsindən aslıdır. Nüvə 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin