Nüvə partlayışı azalanda dəstənin işi aşağıdakı prinsipin əsasında qurulur.
Zədələnmişlərin yolu üstündə bölüşdürmə postları təyin edilir və onun tərkibində 1
tibb işçisi və 1-2 dozimetrik nəzarətçi daxil edilir. Bölüşdürmə postunda
zədələnmişləri qruplara ayırırlar; yüngül və ağır zədələnmişlər, radioaktiv
məddələrlə zəhərlənmişlər, san. təmizliyi şöbəsinə - yoluxucu xəstələr izolyatora
göndərilirlər. İTYD hücumdan sonra salamat qalmış mənzillərdə aşağıdakı
funksional şöbələr açır;
-
Qəbul və növbələrə ayırma şövbəsi
-
Operasiya və sarğı şöbəsi
-
Hospital şöbəsi
-
Köçürmə şöbəsi
-
izolyator
-
aptek
-
klinik laboratoriya
-
aqismən sanitariya təmizliyin meydançası.
Bundan başqa dəstənin işciləri üçün istirahət və yemək otağı ayrılır, səyyar
elektrostansiyası, morq və başqa köməkçi şöbələr üçün otaqlar ayrılmalıdır.
Qəbul və növlərə ayırma
şöbəsi sahəsi böyük olan mənzildə açılmalıdır.
Meteoroloji şərait, hava əlverişli olduqda yüngül yaralıları qəbul etmək üçün bu
şöbəni açıq havada da düzəltmək olar. Yüngül yaralıların sarğı şöbəsinin qəbul və
növbələrə ayırma şöbəsi ilə birlikdə qurmaq əlverişli olar.
Qəbul və növbələrə ayırma şöbəsində 2 briqada işləyir: biri yüngül yaralılara, o biri
isə ağır yaralılara qulluq edir. Briqdanın tərkibində 1 həkim 1 tibb işçisi, 1 qeydə
alan olmalıdır.
Qəbul və növbələrə ayırma şöbəsinin əsas vəzifəsi: tibbi növbələşdirmədən və
həmin zədələnmiş şəxsin İTYD - də köməyə ehtiyacı olub olmadığını, hansı
şöbədə yardım almasını və hansı şöbəyə göndərilməsini təyin edir.
Qəbul və növbələrə ayırma şöbəsində göstərişə görə tetanus əleyhinə zərdab
yeridilir, ilk tibbi hesabat vərəqəsi doldurulur, sarğıların qoyulması yoxlanılır,
göstəriş olanlara antibiotiklər və b. dərmanlar verilir. Bu şöbə zədələnmiş şəxslərə
isti çay içmək, yemək vermək imkanına malik olmalıdırlar.
Qəbul və növbələrə ayırma şövbəsində aşağıdakı zədələnmiş şəxslər göndərilə
bilər.
-
Ilk həkim yardımına ehtiyacı olanlar operasiya şöbəsinə;
-
Şok halında olanlar – şokla mübarizə palatasına;
-
Köçürməyə ehtiyacı olanlar – köçürmə meydançasına;
-
İTYD qalanlar – hospital şöbəsinə;
-
Yoluxucu xəstələr izolyatora göndərilir;
-
Yüngül yaralıları yüngül yaralılar üçün sarğı otağına və oradan yüngül
yaralılar üçün meydançaya göndərilir.
Dostları ilə paylaş: