Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Çeşidləmə briqadası zədələnmənin xarakterindən asılı olaraq yaralı və



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə95/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   98
Müh 2016

Çeşidləmə briqadası zədələnmənin xarakterindən asılı olaraq yaralı və 
xəstələri aşağıdakı qruplara bölür: 
1) həyatı göstərişlərə uygun olaraq təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar (o 
cümlədən nəql olunması mümkün olmayan xəsarətalmışlar). 
2) ağır zədələnməsi olanlar (döş,qarın,diz,oynaq) 
Profillər üzrə. 
1) yolxucu və sinir-psixi pozğunluğu olan xəstələr təcridxanalara və ya 
xəstəxanalara göndərilir. Xəstələrin qəbulu,qeydiyyatı, baxış və çeşidlənməsi qısa 
bir müddətdə başa çatdırılmalıdır. Xəstəlik tarixi savadlı əməkdaş tərəfindən dəqiq 
və tez doldurulmalı və ilkin tibbi xəritə xəstəlik tarixinə əlavə edilməlidir. 
Çoxprofilli xəstəxanaların şəhərkənarı ərazidə MRX-si və digər müalicə-
profilaktika müəssisələrinin bazasında yaradıla bilər və əsas təyinatı döş , qarın, 
çanaq, müştəərək və kombinasiyalı travması olanlara tam həcmdə 
təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardım göstərməkdir. Zərurət yaranan 
hallarda çox profilli xəstəxananın tərkibində çeşidləmə meydançasında xəstəxana 
bazasınln yükü artıq olduqda xəsarətalmışların xəstəxanalara bölüşdürülməsi 
həyata keçirilir. 
ÇPX-in əsas şöbələri bunlardır. 
1.Tərkibində qəbul,diaqnostika, sarğı,rentgen kabinet otağı olan qəbul-diaqnostika 
şöbəsi. 


2.Təxirəsalınmaz tibbi yardım şöbəsi.Bu şöbədə baş,döş,qarın,çanaq zədələnmələri 
ilə təmiz və irinli cərrahi kontingent müalicə olunur.
3.Hospital şöbəsi 
4.Anaerob şöbə sarğı otağı ilə birlikdə. 
5.Doğum şöbəsi. 
6.Kombinasiyalı radiasion zədələnmələr üçün palatalar. 
7.Uşaq cərrahiyə şöbəsi. 
Maddi-texniki bazanın imkan verdiyi hallarda çöx profilli xəstəxanada terapiya 
şöbəsinin açılması məqsədəuyğun hesab olunur. Profilləşdirilmiş (PX) 
Xəstəxanalar xəsarətin profilinə uyğun olaraq xəsarətalmışlara son nəticəyə qədər 
təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə 
tutulmuşdur. Profilləşdirilmiş xəstəxana aşağıdakı vəzifələri yerinə yetirir. 
-kütləvi şəkildə daxil olan xəsarət almışların qəbulu və qısa bir müddət ərzində 
tibbi çeşidləmənin təşkili. 
-xəsarətalmışların dozimetriya nəzarəti və sanitar təmizlənməsi, habelə ayaqqabı 
və geyimlərin dezinfeksiya və dezaktivasiyasının təşkili. 
-yoluxucu və ruhi xəstələrin aşkar edilməsi və müvəqqəti təcridolunması, daha 
sonra profil üzrə şəhərkənarı-ərazidən xəstəxanalara göndərilməsi. 
-xəstə və xəsarətalmışlara təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın 
göstərilməsi.
-Profilləşdirilmiş xəstəxananın şəxsi heyəti, yaralı və xəsarətalmişların kütləvi
qırğın silahlarından mühavizəsinin təşkili. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin