zədələnmələrində və yanıqlar zamanı xəsarətalmışlara təkmilləşdirilmiş tibbi
yardım göstərməkdir.
Xəstəxananın tərkibində 2 əsas şöbə vardır:
1.Travmatologiya.
2.Yanıqlar.
Çarpayı fondunun 50% -İ yanıqlar üçün nəzərdə tutulur.Qeyd
etməliyik ki,
xəstəxanada dayaq-hərəkət aparatı zədələnmələri dominantlıq təşkil edən
kombinəolunmuş zədələnmələr,yəni yanıq və kəskin
şüa xəstəliyi olanlar da
müalicə olunurlar.
Xəstəxananın tərkibində aşağıdakı şöbələr var:
1.Travmatologiya şöbəsi.
2.Şöbədə qapalı sınıqları,(təmiz və açıq) sınıqla daxil olan irinli infeksiyalı
kontingent müalicə olunur. Bu şöbədə ixtisaslaşdırılmış ortopedik xidmət göstərilir
və həkim ekspertizası üçün əmək qabiliyyətinin itirilməsi də qiymətləndirilir.
3.Yanıq şöbəsində yanıqlarla bərabər digər kombinəolunmuş
zədələnmələr
müalicə olunur.Şöbədə əməliyyat-sarğı bloku və müvafiq avadanlıq olmalıdır.
4.Anaerob infeksiya şöbəsində əməliyyat, sarğı otaqları və xəstələr üçün
palatalar
vardır.
5.Bərpaedici müalicə şöbəsində müalicə bədən tərbiyyəsi,fizioterapiya üçün
nəzərdə tutulmuş avadanlıq və digər zəruri vasitələr olmalıdır.
Terapevtik xəstəxana-rayon və şəhər xəstəxanalarının bazasında açılır.
Xəstəxananın əsas vəzifəsi əsasən kəskin şüa xəstəliyi
olanlara təkmilləşdirilmiş
və ixtisaslaşdırılmış tibbi yardım göstərməkdir. Bu məqsədlə 2 müalicə şöbəsinin
açılması nəzərdə tutulur.
1.
2, 3 və 4 dərəcəli kəskin şüa xəstələri üçün.
Şüa xəstəliyi dominantlıq təşkil edən kombinəolunmuş zədələnmələr üçün.
1-ci şöbədə infeksiya otağı və palatalar olduğu halda,2-ci şöbədə hər cür şəraiti
olan sarğı otağı açılmalıdır.
Kliniki laboratoriyada qanın və sümük iliyinin
bütün müayinələri təmin
edilməlidir. Qanın tədarükü və köçürülməsi kabinetinin( v ə ya şöbəsi) radiosion
zədələnmələrdə mühüm əhəmiyyəti vardır.
Terapevtik xəstəxana zərurət olan hallarda profilini dəyişərək yalnız ZM və BS –la
zədələnmişləri deyil,habelə somatik xəstələrin qəbulu və müalicəsini də təşkil edə
bilər.
Bu halda ZM-lə xəsarətalmışlar üçün əlavə olaraq reanimasiya şöbəsi açılmalıdır.
Psixonevralogiya xəstəxanası narkoloq, psixonevroloq və həkim-psixiatr ştatı ilə
təmin olunmaqla kənd xəstəxanalarında açıla bilər.Bu
xəstəxanada psixi və əsəb
pozğunluğu olan xəsarətalmışlara təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi
yardım göstərilir.Eyni zamanda psixi-əsəb pozğunluğu olan xəstələrin ekspertizası
da bu xəstəxananın mütəxəssisləri tərəfindən aparılır.
Psixo-nevrologiya xəstəxanasının 2 şöbəsi açılmalıdır.
1.Qəbul şöbəsi.
Bu şöbədə psixi, nevroloji və kontuziyalı xəstələrin qəbulu ayrı-ayrılıqda
həyata
keçirilir.
Dostları ilə paylaş: