Sakit xəstələr-narahat xəstələrdən müəyyən olunmuş fərqli müalicə və qulluq
rejimi nəzərə alınmaqla ayrılmalıdır.
İnfeksion xəstəxana-əsas vəzifəsi yolxucu xəstələrə təkmilləşdirilmiş və
ixtisaslaşdırılmış tibbi yardım göstərməkdir.Bu xəstəxana şəhərkənarı ərazidə
rayon və ya şəhər xəstəxanalarının bazasında açılır və xüsusi iş rejimində fəaliyyət
göstərir.Qəbul şöbəsində sanitar buraxılış kamerası və nəqliyyatın dezinfeksiyası
üçün meydança yaradılır.
Diaqnostika şöbəsində daxil olan bağırsaq və hava-damcı infeksiyaları ilə daxil
olan xəstələrin ayrılması həyata keçirilir.Xəstəxananın
idarə və tibbi hissəsinin
şəxsi heyəti qəbul, diaqnostika və müalicə şöbələrinin
şəxsi heyəti ilə kontakta
olmalıdır.
Laboratoriya şöbəsində 2 bölmə var .
1.Ümumi və biokimyəvi analizlər üçün.
2.Bakterioloji müayinə(patoloji materialların əkilməsi)
Dizinfeksiya
-duşxana qurğusu
xəstələrə qulluq, əşya, geyim və yataq
ləvazimatlarının dezinfeksiya üçün nəzərdə tutulmuşdur. Xəstəxananın ayrıca
çamaşırxanası olmalıdır. İnfeksion xəstəxana xüsusi təhlükəli infeksion
xəstələrin
(vəba, qarayara və taun) qəbuluna da hazır olmalıdır.
Bu halda şöbələrin profilli
dəyişdirilməli və tibbi heyət mühavizəedici geyimlərlə təmin edilməlidir.