Mühazirələr toplusu Giriş


I I FƏSİL. Mikroşanvari modelli mobil rabitə standartları



Yüklə 1,13 Mb.
səhifə4/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
I I FƏSİL. Mikroşanvari modelli mobil rabitə standartları

2.1 CT1 standartlı mobil rabitə sistemləri.

Mikroşanvari modelli mobil rabitə sistemlərinin vəzifəsi məhdud radiuslu ərazidə yerləşən abunəçilər arasında rabitəni təşkil etməkdir. Mobil rabitənin ən sadə standartı CT1 (Cordless telephone) standartıdır. Bəzi ölkələrdə bu standart CTO standartı kimi tanılır. CTO standartı iki radio kanallı analoq mobil telefon aparatından istifadə etməyə imkan vermişdir. Faktiki olarq CTO standartı ilk mobil rabitə sistemi kimi tarixə düşmüşdür. Zaman göstərdi ki, CT1(keçmiş CTO)- standartı etibarsız rabitə sistemi olub, aşağı xidmət keyfiyyətli kiçik təsir radiuslu kənar müdaxiləsi mümkün olan bir standart olmuşdur.

2.2 CT2 standartlı naqilsiz rabitə sistemli

İlk dəfə 1995-ci ildə BTİ-nin standartlaşdırma və sertifaktlaşdırma institutu (ETSI) naqilsiz telefonların ilk CT2 standartını qəbul etmişdir. CT2 standartı fərdi mobil sistemləri üçün 864,1 ÷ 868,1 Meqahers tezlik zolağı (spektri) seçilmişdir. Bu tezlik zolağında hər birinin tezlik spektri 100 kilohers olmaqla 40 ədəd dupleks (iki tərəfli) rejimli radio kanalı təşkil edilmişdir. Həmin sistemdə kanalları tezliyə görə bölünmüş rabitə sistemi deyil, FDMA/TDM texnologiyasında istifadə edilmişdir. FDMA ifadəsinin açılışı (Frequency Division Multiple Access) kanalları tezliyə görə sıçrayışla genişləndirilən çox stansiyalı daxilolma metodu deməkdir. CT2 standartı Böyük Britaniyada işlənilmişdir. Bu standartda danışığın məxfiliyi, kənar icasəsiz müdaxilələrin mümkün olmaması təmin edilir və xidmət keyfiyyəti kifayət qədər yüksək olur. CT2 standartı üçün radio portlarının işlənilməsi ÜİTŞ üçün nəzərdə tutulmuşdur. CT2 standartı üçün razılaşdırıcı radio interfeysin protokolu BTİ-nin ETSİ institutu tərəfindən qəbul edilmiş və ETS-360131 kimi adlandırılmışdır.

1992-ci ildə ETSİ ümumi Avropa mobil rəqəmli DECT (Diqital European Cordless Telephon) standartını qəbul etmişdir. Bu standart 1988-ci ildə rabitə inzibatçılığı və Poçt üzrə Avropa təşkilatı olan CEPT (Conterence of European Pastal and Telecommubication Administrations) tərəfindən qəbul etmiş və 1992-ci ildə ETSİ tərəfindən təsdiq edilmişdir. Həmin standart ilkin dövrdə,yüksək səthi telefon sıxlığına malik məhdud radiuslu ərazidə yerləşən mənzil və ofis abunəçilərinə xidmət üçün nəzərdə tutulmuşdur.DECT standartında kanalları tezliyə görə ayrılan FDMA texnologiyası ilə bərabər, eyni vaxtda TDMA/TDD texnologiyası da tədbiq edilir. TDMA/TDD texnologiyasını, səthi telefon sıxlığı 10000 Erlanq/m2 olan, yerli naqilsiz telefon şəbəkələrində istifadə etmək mümkün olmuşdur. Dünyanın bir çox ölkələrində, DEST tərkibində, CT2 standartının təbiqi geniş vüsət almışdır.

Qeyd etmək lazımdır ki, veriliş sürəti 72 Kbit/san. olan radio kanalları ilə veriliş prosesi təşkil edildikdə, standart tərkibində verliş sürəti 32Kbit/san. olan AD IKM metodu əsasında (rəqəm metodlu kodlama qurğusu-Koder) işlənilmiş kodeklədən istifadə edilir.

Mobil rabitə sisteminə daxil olan çağırış sellərinin sistem tərkibində azad radio kanallarının avtomatik üsulla adaptiv bölünməsi, axtarıcı adlanan (skaner qurğusu) elementi ilə həyata keçirilir. Həmin sistemin standart şüalanma gücü 5 mikrovattdır

Şəkil2.1 CT2 standartında radio kanalların təşkili sxemi

(maksimal qiyməti 10 mikrovattdır). Verici komplektin standartında paket veriliş prinsipi gücünün iki səviyyəli idarə edilməsi prinsipi nəzərdə tutulmuşdur. Bu isə baza stansiyasına qəbuledici komplekti qoşmadan şəbəkədə kənardan yaranan maneələrin səviyyələrini azaltmağa imkan verir. Şəkil 2.1 – də CT2 standartında paket veriliş prinsipi əsasında radio kanalların təşkili sxemi təsvir edilmişdir.

2.3 Tanqara RD mobil rabitə sistemi

Tanqara RD mobil rabitə sistemini Fransının SAT kompaniyası işləmiş və istismara buraxmışdır.Tanqara RD naqilsiz rabitə sistemi üç tezlik diapazonunda işləyə bilir .Bu tezliklərdən biri də 864,1—868, 1 MHs-dir.Tanqara RD sistemlində radio kanallarının dinamik paylanma rejimi istifadə edilir.Bu faktor isə sistemin asanlıqla layihə edilməsinə və onun montajının xeyli asanlaşdırılmasına imkan vermişdir. Sistemdə danışıq növlü informasiya selinin kodlanması ADİKM metodu əsasında həyata keçirilir. Nəticədə naqilli şəbəkələrdə olduğu kimi, xidmət keyfiyyətini təmin etməyə imkan



Şəkil 2.2 Tanqara RD mobil rabitə sistemli şəbəkənin strurtur sxemi

verməklə yanaşı, diskret məlumat selini 14,4 kbit/san. veriliş sürəti ilə ötürməyə imkan verir.Tanqara RD fərdi mobil radio rabitə sistemli(şəkil2.2)ilk növbədə ənənəvi telefon xidmətlərini təmin etmək üçün nəzərdə tutulmuşdur. Hal- hazırda Rusiya operatorları tərəfindən nəzərdə tutulan radio rabitə sistemində səthi telefon sıxlığı çox nadir hallarda 500—1000 ab/ m2 çox olur. Məhz Tanqara mobil rabitə sistemi, bu göstəricilət əsasında, sistemə məxsus optimal tutumunu çatdırmağa hesablanmışdır.

Şəkil 2.2 Tanqara RD fərdi radio rabitə sistemin strurtur sxemı

Tanqara RD fərdi mobil rabitə sistemi aşağıdakı funksional hissələrdən təşkil edilmişdir.

•Baza stansiyasının kontrolleri (Base Station Controlle-BSC);

Baza stansiyası(Base Station-BS)4;

Abinəçi terminalı AT (Remote Nerwork Terminal-RNT);

Baza stansiyasının kontrollerinin vəzifəsi baza stansiyasını və abunəçi terminallarını idarə etməkdir.Onun avadanlığı ATS binasında qurulur və müxtəlif təyinatlı interfeyslərlə ümumi istifadəli şəbəkələrin ATS -ə qoşulma(daxil olma) prosesini təmin edir.Bir kontroller iki naqilli fiziki dövrələrlə(traktlarla) 512 ədəd E1 xətt dəstəsi ilə isə 960 abunəçiyə xidmət edmək imkanına malikdir.Tanqara RD mobil rabitə sisteminin ümümi tutumunu (radio kanalların sayını) artırmaq üçün, bir neçə kontrolleri vahid idarəedici sistem halında birləşdirməklə təşkil etmək mümkündür. Baza stansiyasının kontrolleri 30 ədəd 6 kanallı, 96 ədəd 2 kanallı və 48 ədəd 4 kanallı baza stansiyasını idarə etmək imkanına malikdir.Hətta radio kanalların kombinə edilmiş variantlarında belə, kontrollerin işləmək imkanı vardır. Tanqara RD mobil radio rabitə stansiyasının bir çox üstün cəhətləri vardır. Bunlardan biri sistemin kontrollerinin geniş imkanlı proqram təminatına malik olmasını göstərmək olar. Hətta sistemin köməyi ilə standart olmayan funksiyaları belə yerinə yetirmək mümkündür. Tanqara RD sistemli baza stansiyaları modul quruluşa malik olub, 2--6 ədəd radio kanala xidmət göstərmək imkanına malikdir . Mobil şəbəkənin telefon yükündən və çağırışların bloklanmasının yol verilən ehtimalından asılı olaraq (xidmət keyfiyyəti) baza stansiyası 6—80 abunəçiyə xidmət edə bilir. Tanqara RD mobil rabitə sistemli ayrı- ayrılıqda fərdi olaraq, hər biri baza stansiyası üçün, tövsiyyə edilən optimal yükü 60 abunəçiyə çatdırmaq imkanına malikdir. Sistemin xidmət edə biləcəyi abunəçilərin sayını və xidməti sahənin (əhatə dairəsini) daha da artırmaq - bir neçə baza stansiyasını ardıcıl olaraq öz aralarında birləşdirməklə həyata keçirtmək mümkündür. Bu işi görməklə çoxsektorlu baza stansiyasına malik yeni bir xidməti zona yaratmaq mümkündür.Nəticədə, səthi telefon sıxlığı (bir hektar sahəyə düçən istifadəçilərin sayı) həm yüksək, həm də aşağı olan ərazilərdə geniş spektrli tezlik zolağına malik, rəqabətə davamlı fərdi mobil rabitə şəbəkəsi yaratmaq imkanı yaranır .

Tanqara RD mobil rabitə sistemi kontrolleri və baza stansiyaları iki naqilli telefon

kabelləri (cüt burumlu aşağı tezlikli simmetrik mis damarlı telefon kabeli) tədbiq etməklə, heç bir əlavə kanaləmələ gətirmə avadanlıq tələb etmədən , öz aralarında birləşdirilir. Lakin texniki imkanlar olarsa bu məqsədlə padio-rele və yerin süni peyk rabitə sistemlərindən müvəffəqiyyətlə istifadə etmək olur.

Tanqara RD mobil rabitə sistemi enerji sərfiyyatının az olması, baza stansiyaları üçün məsafədən qidalanma sxemlərinin tədbiqinə imkan verir. Tanqara mobil rabitə sisteminin abunəçi terminalları kiçik ölçülü rabitə modullarından təşkil edildiyindən, onları binaların daxilində və ya pullu telefon köşklərində divardan asılan yüngül montajlı variantlarda qurulması nəzərdə tutulmuşdur. Abunəçi terminallarının normal işləməsi üçün yığcam, yüngül çəkili , asanlıqla yığılıb- sökülə bilən istiqamətlənmiş quruluşlu şaqili antenalardən istifadə edilir. İstiqamətlənmiş antenlər binaların damında quraşdırılır və xüsusu polad troslarla ətrafa bərkidilir. Antenlərin tipindən və istifadə edilən gücləndiricilərin gücündən asılı olaraq terminallar ilə baza stansiyaları arasında, təsir radiusu bir başa görüntüsü şəraitimndə, 5---12 kilometrə çatır. Tanqara RD mobil rabitə sisteminin tədbiqi zamanı CT2 standartlı mobil mikrotelefon dəstəklərinin istifadə edilməsi nəzərdə tutulmuşdur.Mobil abunəçilər bir baza stansiyasının təsir radiusunda işləyə bilir, lakin eyni kontrollerin təsir zonasınıa aid dıgər baza stansiyaları qeydiyyatdan keçdikdən sonra, digər baza stansiyaları ilə də işləmək nəzərdə tutulmuşdur. İxtiyari baza stansiyasının təsir zonasında çoxlu sayda mobil terminala malik abunəçi olarsa, bu halda rabitə şəbəkəsinin artıq yüklənməsi prosesinin olması halları baş verə bilər . Ona görə də Tanqara RD mobil rabitə sistemi layihələndirilməsi prosesində artıq yüklənmə halları nəzərə alınmalıdır. Eyni şəbəkədə eyni vaxtda həm stasionar, həm də mobil (hərəkətli) abunəçilərinin olması sistemin funksional imkanlarını xeyli yüksəldir və şəbəkə operatorlarına bütün ikateqoriyadan olan istifadəçılərinə əlavə servis xidmətlərini təklif etməyə imkan yaradır.

Tanqara RD mobil rabitə sisteminin mərkəzləşdirilmiş idarə etməyə malik olması, şəbəkənin məsafədən idarə etmə mərkəzindən birbaşa şəbəkə konfiqurasiyasını dəyişməyə, radio kanallarda səhvlərin monitorinqini aparmağa və proqram təminatını məsafədən yükləməyə imkan verir. Tanqara RD mobil rabitə sistemlinin avadanlığı elə bir mobil formaya malikdir ki, onu istənilən inzibatı binada sürətlə, çevik formada yerləşdirmək və şəbəkənin təsir radiusunu artırmağa imkan verir. Belə ki, bir baza stansiyasının orta montaj olunma və istismara verilmə müddəti (Antenlərin binanın damına qaldırılması və onların damda bərkidilməsi prosesləri də bura daxildir) 6 saat, abunəçi terminallarının son abunəçi məntəqələrində quraşdırılması və montajı isə təqribən 2 saat təşkil edir.Tanqara RD mobil rabitə sisteminin əsas üstün cəhətlərindən biri layihə olunmanın sadəliyi, avadanlığın bina daxilində asanlıqla yerləşdirilməsi və şəbəkənin dinamik üsulla idarə edilməsidir. Şəkil 2.3 də şəhər ərazilərində, şəkil2.4.- də isə kənd ərazilərində Tanqara RD mobil rabitəsistemli şəbəkənin struktur semi təsvir edilmişdir.

1990-cı ilin əvvəlində Erıcsson kompaniyası Avropa CT3 standartlı rabitə sistemlərinin texnologiyasını işləmişdir. Bu standart yüksək abunəçi sıxlığına malik naqilsiz idarə-müəssisə telefon stansiyalarının qurulması üçün nəzərdə tutulmuşdur. Texnologiyanın əsasını TDMA/TDD metodu təşkil edir. Sistem üçün 862-866 MHs olan tezlik spektri ayrılmışdır. Sistemin köməyi ilə çağırışları göndərmək və qəbul etmək, həmçinin abunəçiləri bir baza stansiyası ərazisindən digərinə keçdikdə veriliş prosesini pozmadan idarəetməni bir baza stansiyasının xidməti zonasından digər baza stansiyasının xidməti zonasına daxil olmaq qabiliyyətinə malikdir .CT3 standartlı sistemlərdə buraxma zolağı 1MHs olan 4 radio kanal nəzərdə tutulur. İKM metodu əsasında 4 radio kanal əsasında 8 telefon kanalı təşkil edilir.(bir telefon kanalı 4kHs bir sadə radiokanal isə 8 kHs tezlik zolağına malikdir) Bu kanallarla adi telefon verilişləri ilə bərabər, radiokanalları birləşdirməklə veriliş sürəti 640Kbit/san. olmaqla diskret verlişləri də təşkil etmək nəzərdə tutulur. İnformasiyanın məxfiliyini saxlamaq üçün radiokanallar kodlanır.



b)

Şəkil 2.3 a Kənd, şəhər ərazisində və izolə edilmiş yaşayış məntəqəsində (Şək 2.3 b)

fərdi naqilsiz rabitə şəbəkələrinin struktur sxemləri

2.3 CT3 standartlı mobil rabitə sistemi

1990-cı ilin əvvəlində Erıcsson kompaniyası CT3 mobil rabitə standartı sistemlərin texnologiyasını işləmişdir. Bu standart mobil telefon kimi böyük abunəçi sıxlığına malik idarə-müəssisə ATS-i üçün nəzərdə tutulmuşdur. Texnologiyanın əsasını TDMA/TDD metodu təşkil edir. Sistem üçün 862-866 MHs tezlik spektri ayrılmışdır. Sistemin köməyi ilə çağırışları göndərmək və qəbul etmək, həmçinin abunəçi bir baza stansiyası ərazisindən digərinə keçdikdə veriliş prosesini pozmadan idarəetməni bir stansiyadan digərinə keçirtmək qabiliyyətinə malikdir .

CT3 standartlı fərdi mobil rabitə sistemlərində ümümi buraxma tezlik zolağı 1MHs olan 4 radio kanalın təşkili nəzərdə tutulur. İKM metodu əsasında 4 radio kanalla 8 telefon kanalı təşkil edilir. Bu kanallarla adi telefon verilişləri ilə bərabər, kanalları birləşdirməklə veriliş sürəti 640 Kbit/san. olmaqla diskret verliş kanalları təşkil edilir və informasiyanın məxfiliyini saxlamaq üçün radio kanallar kodlanır.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin