Şəbəkə səviyyəsinin idarə edilməsi. Kanalları idarə edən protokolun əsas vəzifəsi kanal səviyyəli protokol vahidlərinə-kadrlara rabitə kanalları ilə xidmət etməkdir. Şəbəkə səviyyəli protokolun vəzifəsi digər protokol vahidinin-paketləri idarə etmək və rabitə kanalları ilə xidmət göstərməkdir. Bu nöqteyi nəzərdən çox vaxt paket kommutasiyalı şəbəkə səviyyəsi sadəcə paket səviyyəsi adlandırılır və onlar üçün xüsusi üç səviyyəli X.25 tövsiyyəsi protokol işlənilmişdir. Bu protokolda səviyyələr bir-birindən asılı deyildir. İki səviyyəli X.21 və ya HDLC tövsiyyəli protokollar istənilən fiziki və kanal səviyyəsinin protokolları ilə əvəz edilə bilər. Bu isə paket kommutasiya verliş sisteminin mahiyyətini dəyişməyəcəkdir. Həmin tövsiyyələrin üçüncü səviyyəsi şəbəkə səviyyəsinin göstərir və onu dəyişməklə paket kommutasiyalı şəbəkələrin qurulması prinsipi də dəyişəcəgdir. İxtiyari paketin minimum tutumu üç oktedə bərabər olur. Okted dedikdə uzunlu]u 24 bitlik kod sözü başa düşülür. İxtiyari okded özünəməxsus identifikatoru olur. Paketin başlığının formatını təyin edən identifikator məntiqi kanalın identifikatoru adlanır və virtual birləşmələr protokolunda onun üçün 15 müvvəqqəti və 11 daimi paket tipləri tədbiq edilir. Hər iki halda ancaq üç paket verilənlər selinə xidmət etmək üçün , qalanları isə şəbəkə səviyyəsini idarə etmək üçün nəzərdə tutulur. HDLC kadrının ümümi uzunluğu 320 bitdir. IP tipli kanalda uzunluğu 16 bit olan xidməti sahə nəzərdə tutulmuşdur. Baza kadrının “B” sahəsində bitlərin (simvolların) paylanması şəkil3.16 göstərilən kimidir. Mühafizə edilən kanalla informasiyanın veriliş sürəti 16 Kbit/san. baza
Sinxronlaşma
sahəsi
|
A sahəsi
|
B sahəsi
|
Ehtiyat sahəsi
4
|
Xidməti sahə
|
Şəkil 3.16 HDLS kadrının formatında Ip kanalının paketinin strukturu
kanalını əsasında iki zaman kanalını qoşalaşdlırmaqla sürəti 40 Kbit/san. almaq mümkündür. Əgər daha yüksək verliş sürəti tələb edilərsə, onda bir ədəd informasiya kanalı üçün bir neçə baza və ya qoşalaşdırılmış IN və ya IP adlı kanallarından istifadə edilir. Onlar 3 və daha çox zaman kanalından istifadə etməklə təşkil edilir. İstifadəçi kanalları simmetrik və asimmetrik ola bilər. Simmetrik dupleks rejimli kanalların təşkili üçün ( iki tərəfli rabitənin təşkili üçün) düzünə və əks istiqamətdə ayrılan zaman kanallarının sayı və veriliş sürəti eyni olur. Asimmetrik kanallar üçün ayrılan zaman kanallarının sayı düzünə və əks istiqamətdə müxtəlif olur. Asimmetrik kanalda bir istiqamətdə verliş sürəti 552 Kbit/san. ola bilər. Verliş sürəti 32Kbit/san olan IN adlı baza kanalından savayı bütün hallarda verlişdən əvvəl iki kanal da ehtiyata saxlanılır.DECT standartında mükəmməl işlənilmiş HDLC kanal səviyyəli protokoldan istifadə edilir. Kanal səviyyəli protokolun formatında olan “A” sahəsi ilə veriliş prosesi “B” sahəsindəki informasiya seli ilə izlənilir. Həmin formatla ancaq siqnallaşma sellərinin (kod sözünün) verilməsi nəzərdə tutularsa, onda uzunluğu 96 bit (12 bayt) olan sinxronlaşma və “A” sahəli formatdan istifadə edilir(Şəkil 2.13.).Təsvir edilən formatda siqnallaşma selinə xidmət etmək üçün bir ədəd zaman kanalı istifadə edilir. Həmin kanallarla ancaq qrup siqnallaşma selləri translyasiya edilir. Ümumiyyətlə, DECT standartlı rabitə sistemli avadanlığın tədbiqi üçün 5 tip xidməti kanaldan istifadə edilməsi nəzərdə tutulmuşdur.Bunlar aşağıdakılardır;
• Şəbəkənin identifikasiya kanalı - N tipli kanal;
• Səs yayım kanalı - Q tipli kanal;
• İstifadəçi hissəsinin çağırış kanalı- P tipli kanal;
• İnformasiya selinə xidmət edən kanal – Fiziki kanalın təşkili üçün istifadə edilir;
• C tipli kanal- Şəbəkə səviyyəsində informasiya selinə xidmət edən kanaldır ;
C tipli kanalın iki növü mövcuddur; CS- gecikmə ilə təşkil edilən kanal və CP- sürətli veriliş kanalı.Həmin kanallar birlikdə multikadr adlanır. Adları sadalanan zaman kanallarının hər biri multikadrın tərkibində müəyyən qaydada yerləşdirilir. Avadanlığın qrup hissəsi üçün xidməti kanalın strukturu aşağıda təsvir edilmişdir. Burada, absis oxunda- üfüqi istiqamətdə isə kadrların nömrəsi ordinat oxunda - şaquli istiqamətdə prioritetlik qeyd edilmişdir (1-ci kadr yüksək prioritetə malikdır). Multikadrın tərkibində siqnallaşma sellərinə xidmət etmək üçün azad kanal ayrılarsa, bu kanallarla ancaq N,Q və P tipli kanallara xidmət etmək üçün istifadə edilə bilər. N və C tipli kanallar isə konkret istifadəçilərə xidmət üçün nəzərdə tutulmuşdur.
3.9 Q adlı kanalın strukturu
8 saylı kanalla məcburi olaraq Q adlı kanal təşkil edilir, çünki avadanlığın istifadəçi
hissəsi bu kanallarla sistemli məlumatlar alır. Şəkil 3.17 – də İstifadəçi hissəsnin idarə
Şəkil 3.17 İstifadəçi hissəsnin idarə olunma kanalının multikadrının strukturu
olunma kanalının multikadrının strukturu təsvir edilmişdir.Son iki şəkildən görünür ki,rabitə sistemində IH kanalı məşğul etmək üçün sorğuya çıxır (Multi kanal) və bu məqsədlə istənilən cüt nömrəli kanalı “istifadəçinin cavabı” zummer
Başlıq
|
Məlumat
|
Xidməti sahə
|
Şəkil 3.18 İstifadəçi hissəsnin idarəedici kadrının formatının strukturu
siqnalı isə tək saylı kanalı məşğul edir. Kadrın formatındakı idarəedici strukturu aşağıdakı kimidir (3.18). A sahəsinin başlıq hissəsinə aid kod sözündəki 0,1,2 və 7-ci bitlər sahənin tərkibini təyin edir (o cümlədən siqnallaşma kanalının tipi). Sahənin 3÷6-cı bitləri D sahəsi ilə verilən məlumatın növünü (rabitənin növünü) təyin edir. Bundan sonra məlumat və nəhayət 16 bitlik xidməti sahə (yoxlama sahəsi) təyin edilir. Bu əməliyyatlar əsasında uzunluğu 48 bit olan paket alınır. Deməli, DECT standartında. siqnallaşma həmişə xidməti (mühafizə) sahə ilə birlikdə verilir(Şəkil3.19). N tipli kanal avadanlığı istifadəçi hissəsinin rabitə sistemə qoşulmasını təmin edir. DECT standartlı rabitə sisteminin qrup hissəsinin idarə olunmasının multikadrlarının strukturu aşağıdakı kimidir.
Şəkil3.19 . Qrup hissəsinin idarə olunmasının multikadrının strukturu.
A sahəsinin 40 bitlik hissəsi avadanlığın istifadəçi hissəsini təyin edən identifikator kimi istifadə edilir. İdentifikator öz növbəsində E, PARI və RPN alt sahələrindən ibarətdir. Burada əsas sistemli informasiya Q adlı yayım kanalı ilə verilir. Q kanalının formatı aşağıdakı kimidir(Şəkil 3.20):
A sahəsinin bitləri: 8-11 12-15...... 19,20 22-31......34-39......42-47
a) 0000 KI KQ-ver. fver. fqəb.
b) 0011 12_________________ 31
mümkün olan xidmətlər
c) 0110 . . . . . . . . . . . . . . . 24______________47
multikadrın nömrəsi
d) 0101 17 ___________________47
SARI-nın ötürülməsi
Şəkil 3.20 Q adlı kanalı ilə verilən məlumatın formatının variantı
Burada multikadrlarla müxtəlif təyinatlı məlumatların verilişi təşkil edilir . Ən azı hər dəfə 8 multikadrdan bir dəfə sistemli informasiya verilir. Q adlı kanalın kodu 000X-dır və X bitləri, A sahəsinin 8-11-ci bitləri ilə təyin edilir (X həm 0 həm də 1 ola bilər). 12-13-14-15-ci bitlərlə veriliş təşkil edilən impuls kanalının nömrəsi verilir. Sahənin 19 və 20-ci bitləri ilə baza stansiyasının sıra nömrəsi (adətən 3-dən çox olmayaraq), 22-31-ci multikadrları arasında yerləşən 10 simvolları ilə baza stansiyasının aparıcı tezlikləri, 34-39-cu bitlərlə Q adlı ötürücü kanalın aparıcı tezlikləri, 42-47-ci bitlərlə isə növbəti kadrın azad impuls kanallarında işləyəcək qəbuledici baza stansiyasının (BS) aparıcı tezlikləri verilir. İstifadə olunmayan sahənin kod sözü məntiqi sıfırlardan təşkil edilir .
3.10 DECT standartında autentifikasiya və informasiyanin mühafizəsi
DECT standartlı rabitə sisteminin tərkibində abunəçilərin informasiya təhlükəsizliyi yüksək səviyyədə mühafizə edilir. Bu ilk növbədə avadanlığın istifadəçi və qrup hissəsində həyata keçirilən informasiyanın həqiqiliyi autentifikasiya prosesi ilə əlaqədardır. Hər iki hissədə proses eyni alqoritm əsasında aparılır.Bu məqsədlə istifadəçi hissəsi üzərində dayanaq. DECT standartı ümumi istifadəli (abunəçi qoşulmaları da içində olmaqla) şəbəkələr üçün məcburidir. Belə ki, ixtiyari istifadəçi hissəsi UAK (User Authenticationıley) adlı autentifikasiya açarı ilə təmin edilir. Autentifikasiya kodu şəbəkə operatoru tərəfindən onun enerji yaddaşına və ya onun tərkibinə sökülə bilən aytentifikasiya modulu(sadıcə SİM kartı) kimi daxil edilir (Bu modul DECT DAM adlanır). Eyni açar qrup hissəsinə də daxil edilir. UAK adlı elektron tipli autentifikasiya açarının uzunluğu 128 bit qəbul edilmişdir. UAK açarından başqa uzunluğu 16/32bit olan UPI (User Perconal Identifıer) adlı açar da istifadə edilir. Mobil abunəçi stansiyası (MAS) UPI açarına klaviaturadan daxil edilir. Autentifikasiya kriptoqrafik alqoritm əsasında
Şəkil 3.21 DECT standartında audentifikasiya(SİM kart) prosesinin alqoritmi
“sorğu-cavab” tipli əməliyyatla həyata keçirilir (şəkil3.21). UAK və UPI uzunluğu 128 bit olan autentifikasiya kod açarını açır. Bundan sonra qrup hissəsi 64 bitlik (sinvollu) təsadüfi kod sözlərini (təsadüfi simvollar toplusu) qenerasiya edir. 64 bitlik kod sözü, 128 bitlik kod sözü ilə birlikdə eyni vaxtda A11 alqoritminə daxil edilir. A11-in çıxışında Ks (seans vaxtı autentifikasiya açarı) açarına qoşulur. Ks açarı hərəkətli DECT standartlı rabitə sistemində Poumınq vaxtı istifadə edilir. Bundan sonra hər dəfə qrup hissəsinə qoşulmaqla, A12 alqoritminin girişinə kodlanmış açara, uzunluğu 64 bitlik RAND təsadüfi kod sözü daxil edilir.Təsvir edilən proseslər nəticəsində, qrup hissəsində uzunluğu 32 bit olan XRESI (Etpected Resolt) kodu alınır. Analoji əməliyyatlar avadanlığın qrup hissəsində də aparılır. Bu əməliyyat nəticəsində qrup hissəsindən istifadəçi hissəsinə RAND (əsas) və RS (təsadüfi) kod sözlər toplusu daxil edilir. Əks istiqamətdə RESI cavabı verilir. XRESI və RESI adlı kod sözləri üst-üstə düşən anda, naqilsiz şəbəkə abunəçinin şəbəkəyə daxilolması (qoşulması) prosesi baş verir. Autentifikasiya prosesi üçün Ks=64 simvollu kod sözü işlənir və informasiya şifrələnir (kodlanır). DECT standartında kodlama prosesi vacib deyildir. Bu proses abunəçinin təşəbbüsü ilə baş tutur və bu məqsədlə müəyyən kod sözlərindən istifadə edilir. Kod sözləri paketin B sahəsinə, bir hissəsi isə A sahəsində yerləşən komanda kodunun tərkibinə daxil edilir. Bu isə çağırış (hazırlıq zummeri) siqnalı ilə əlaqədardır. A və B sahəsi ilə verilən xidməti (yoxlayıcı) simvollar kodlanmır.İstifadəçi və qrup avadanlığının kod simvollar generatoru, ixtiyari kadrda iki kodlayıcı <<1> və <<2> rəqəmini hasil edir. Onların biri veriliş, digəri isə qəbul istiqamətlərini seçmək üçün nəzərdə tutulmuşdur. <<1> və <<2> kod simvolları kadrdan koda keçdikdə strukturu dəyişir. Bu məqsədlə kod generatorunun girişinə kodlama Kc kod sözü ilə, kadrın sıra nömrəsi əlavə edilərək, verilir. Həmin kod sözü uzunluğu 23 bit olan super kadrın içərisindən seçilir. Kadrın sıra nömrələrini göstərən kodlar 0-15 saylı super kadırda yerləşir və uzunluğu 4 bitdir. Kodlayıcı <<1> və <<2> kod sözlərinin hər birinin uzunluğu 360 bitdir. Onlardan 40 biti DECT standartında A sahəsinin komandasını kodlamaq, yerdə qalan 320 bit isə B sahəsini kodlamaq üçün istifadə edilir. Bu isə o deməkdir ki, radiokanalın verici hissəsində 2 moduluna görə toplama əməliyyatı aparılır. .və həmin nəticə radio kanalla verilir. Qəbul tərəfində analoji olaraq əməliyya bir daha təkrar edilir. Sonra qəbul edilən məlumatlar kodlanmış hesab edilir.
3.11 DECT standartının proqram təminatı
DECT standartının proqram təminatı (PT) iki səviyyə arasında bölünmüşdür(şəkil 3.19). Üçüncü (şəbəkə) səviyyəsində çağırışlar selinin xidməti protokolda autentifikasiyası və s. nəzərdə tutulur. İkinci səviyyə (birləşmə-kanal səviyyəsi) iki alt səviyyəyə bölünmüşdür.
• Aşağı alt səviyyə; 2. Yuxarı alt səviyyə.
Aşağı -alt səviyyə MAC (Medıum Access Control) ilə radio kanalın sıra nömrəsinin və avadanlığın istifadəçi hissəsinin seçilməsi, radio kanallarının xidmət keyfiyyətinin qiymətləndirilməsi, səhvlərdən mühafizə və məlumatın estafet üsulla ötürülməsini təmin edilir.Verici tərəfdə yuxarı alt səviyyə DLC (Data lınk Control) aid məlumatlar hazırlanır, 70 bitlik informasiyanı HDLC formatlı kadrı tərkibində yerləşdirilməsi əməliyyatı aparılır
Bundan sonra ixtiyari kadra MAC səviyyəsində xidmət göstərilir. Burada, MAC adlı alt səviyyə uzunluğu 5 bayt olmaqla ayrı-ayrı elementar seqmentlərə (kadrlara ) bölünür və uyğun təyinatlı kanalların biri ilə (idarəedici IN və IP kanalları, Q adlı kanal) ötürülür. Baxılan halda MAC üzrə radio telefon (RT) verilişinin doğruluğu təmin edilir. Belə ki, kadrı təşkil edən kod sözlərinin tərkibindəki səhv simvollar aşkar edilən kimi, 5 baytlıq uzunluqlu kadrlar verilişi təkrarlanır. Qəbul tərəfində DLC çıxış kadrını bərpa etməklə qəbul edilən həmin kadrlar 3-cü səviyyəyə yönəldir.DECT strukturunda, təyinatına görə
istifadə edilən protokollar ailəsi iki yerə bölünür:
• Siqnallaşma proqram təminatlı protokol – C- plane;
• İstifadəçi proqram təminatlı protokol – U- plane.
C- plane protokolu siqnallaşma sellərinə xidmət etmək üçün, U – plane- birbaşa kanalların təşkili üçün nəzərdə tutulmuşdur. Bu protokollarla veriliş sürətinin təminatı, paket kommutasiyalı şəbəkəyə qoşulma (Frame Relay və s.) prosesləri həyata keçirilir.
İstifadəçi hissəsinin şəbəkəyə qoşulması zamanı MAC adlı alt səviyyənin işini, onun məşğulluq prosesi nümunəsi əsasında nəzərdən keçirək. Yuxarıda qeyd edilmişdir ki, avadanlığın istifadəçi hissəsi abunəçi tərəfindən daxil olan çağırış siqnalını gözləyən vaxt, istifadəçi hissəsi (İh) Q adlı kanalı ilə sistemli informasiyanı eşidir. Radio kanal məşğul edildikdə (məsələn, istifadəçi “stansiyanın cavabı” siqnalını göndərəndə) İh-nin MAC-ı maneə xarakteristikalarına görə ən yaxşı vəziyyətdə olan radio kanalı seçir. Tezliyə
Başlıq
|
Komanda
|
Şəbəkə indentifikatoru
|
İstifadəçi hissəsinin identifikatoru
|
4
|
4
|
12
|
20
|
Şək.3.22 Sorğu paketinin formatının struktur sxemi
köklənmiş və seçilmiş kanalın yerləşdiyi kadrla xidmət edilən baza stansiyasının təyin edilməsi prosesi başlanır, İH -yə məxsus radio kanalını məşğul etmək üçün sorğu siqnalının paketi göndərilir. Sorğu paketinin formatı aşağıdakı kimidir.(Şək.3.22).
Bu protokolla birinci seriyada rabitənin növü (0000 kodu ilə telefon kanalı, 0001kodu ilə diskret məlumat kanalı), ikinci seriyada verilən komandanın təyinatı (0000- kodu ilə kanalın məşğulluq komandası) müəyyən edilir. Sonrakı 12 bitlik kod sözü ilə şəbəkənin identifikasiyası (FPS+RNN) və nəhayət sonuncu 20 bitlik kod sözü ilə istifadəçi hissəsinin qeydiyyatı (TPUL sahəsi) aparılır. Bu halda qrup hissəsinin cavablarında analoji proses təkrar edilir. Fərq ancaq verilən komandanın təyinatı üçündür (0100 kodu ilə -icazə, 0101- kodu ilə gözləmə komandaları).3-cü şəbəkə səviyyəsindəki protokolun strukturunda istifadəçi və qrup hissəsindən ÜITŞ-nə sorğu göndərən variant üzərində izahi aşağıda verilmişdir.(Şəkil 3.23): İxtiyari məlumat seli elementar məlumatlar toplusundan təşkil edilir;burada birinci elementar məlumat CALL SETUP olub çağırış göndərmə siqnalı adlanır. O protokolun diskriminatorunu (Protokol Dıscriminator) təyin etmək üçündür.(şəkil 3.24).3-cü səviyyələrin protokolları təyinatına görə aşağıdakı kimi siniflərə ayrılır:
Protokol Dıscrımınator
|
|
Transaction Identifier
|
Messaqe Type
|
Portable Identity
|
Fıxed Identity
|
Bassi Service
|
Called Part Number
|
CALL Setup Setup SSetup Setup SETUP
QH İH
CALL Proceedinq
Alertinq
Connect
Connectin təsdiqi
Şəkil3.23Qrup hissə abunəçisindən Şəkil 3.24 CALL Setup sorğu paketinin
daxil olan çağırış komandalarının adı strukturu
burada:
• CC- çağırışların idarə edilməsi;
• MM – hərəkətin idarə edilməsi (İh-nin söndürülməsi və autentifikasiyası);
• LCE – Birləşmənin təşkili, məlumatın marşrutlaşdırılması, peycerin qoşulması.
Baxılan nümünədə CC-in kodu 0011 simvollarıdır.
İkinci elementar məlumatın identifikatoru TI (Transaction Identifıer) İH ilə QH arasındakı birləşmənin nömrəsini təyin etmək üçün nəzərdə tutulmuşdur (İH-nin CC protokoluna görə QH ilə 7 birləşmə növü ola bilər).
• Messaqe Type- məlumatın identifikasiyası olub məlumatın tipini göstərir. Baxılan halda bu CALL Setup məlumatı olub kod sözü OSH-dır.
• Portable Identity – İh-nin identifikatoru olub uzunluğu 5-20 oktetdir. Burada TPUI və ya IPOL alt-sahələrinin nömrəsini göstərir.
• Fixed Part Identity – OH-nun identifikatorudur. Onun uzunluğu 5-20 oktetdir. Onun
tərkibində ARC və ARD alt sahələri vardır. Yəni ARI identifikatorunun və PARK elektron açarının sahələrinin uzunluğunu göstərir.
• Basic Service. Təqdim edilən xidmət növünü göstərir. Bu elementar məlumatın uzunluğu
2 oktetdir (2.24=48bit). Baxılan nümunədə baza kanalı əsasında təşkil edilən telefon çağırış siqnalının təyinatını göstərir.Digər hallarda məsələn, diskret məlumat selini verdikdə, CALL Setup məlumatının tərkibində sistemdə radio kanalı hazırlamaq üçün əlavə atributlar nəzətdə tutulur.
• Called Part Number. Korrespondentin çağırış nömrəsi olub,uzunluğu 4 oktetdən başlayır. Bu çoxelementli kod sözündən təşkil edilən paket olub, ilkin üç elementə malikdir. Onun digər elementləri aşağıdakılarını göstərir:
• CALL Proseedinc. Bu element onu göstərir ki, qrup avadanlıq hissəsi korrespondentin çağrılması üçün çağırış göndərməyə hazırlaşır. Bundan sonra istifadəçi protokolları (iki istifadəçi arasında rabitənin təşkili üçün istifadə edilir) arasında razılaşdırma prosesi və xidməti təqdim edən radio kanalın məşğulluq prosesi başlanır.
• ALERTİNG. Bu elementi onu göstərir ki, korrespondent ilə artıq rabitə təşkil edilmişdir. Bu halda qrup hissəsi akustik siqnalları generasiya edir və ya displeydə məlumatlar yazılır.
•Connect . Bu elementi onu göstərir ki, çağırış siqnalının göndərilməsi prosesi başa çatmışdır. Baxılan halda istifadəçi hissəsi təsdiq olunma “Connect “siqnalını göndərir. Bundan sonra seans vaxtının taymeri isə düşür və danışıq prosesi başlanır.
IV Fəsil. DECT STANDARTLI ŞƏBƏKƏLƏRİN LAYİHƏ EDİLMƏSİ
4.1 Baza stansiyasının gücünün hesabatı
DECT standartlı mobil rabitə sistemində tezliklərin planlaşdırılması nəzərdə tutulmur.Əksinə, əsas kəmiyyət göstərici verliş məsafəsindən və istifadıçilərin yerləşmə nöqtəsindən asılı olaraq, baza stansiyasının uğurlu təsir zonasının təyin edilməsidir. DECT standartı mikroşanvari və pikoşanvari mobil rabitə sistemlərinə aiddir. Ona görə də şəhər ərazisində şanın təsir radiusu dedikdə 300-500 metrlik bir məsafə nəzərdə tutulur. Binadaxili baza stansiyasının təsir radiusu daha az və adətən bir neçə metr olur (koridorun uzunluğü boyunca). Kənd yerlərində radiodalğaların yayılma istiqaməti daha az maneəyə məruz qaldığı üçün təsir radiusu bir neçə kilometr ola bilər.
DECT standartlı mobil rabitə sisteminin avadanlığını yerləşdirdikdə ən vacib göstəricilər baza stansiyalarının sayı və onların optimal bir ərazidə yerləşməsi, yəni abunəçi xətlərinin təşkili üçün tələb edilən ilkin invistisiya nəzərə alınmaqla,sistemin optimal tutumunun(kanalların sayı) və abunəçi sıxlığıdır. DECT standartlı mobil rabitə sisteminin avadanlığının alınmasına sərf edilən ilkin invistisiyanın həcmi xidməti ərazinin radio yayımla əlatə olunma radiusu və sistemin tələb edilən trafikə xidmət olunma qabiliyyəti arasında əlaqə ilə birbaşa əlaqədardır. İki son parametrləri təhlil etməklə, baza stansiyalarının və radiokanalların optimal sayını hesablamaq olur. Amma bu halda əsas parametr kimi bir dəfə radiotelefon rabitəsi ilə ərazinin xidməti radiusu, digər bir halda isə ərazinin trafiklə təmin edilməsi imkanı qiymətləndirilməlidir.Xüsusi tövsiyyələrdə bəzi fərqlərə baxmayaraq, onları aşağıdakı kimi ümumiləşdirmək olar. Baza stansiyası və avadanlığının istifadəçi hissəsinin standart şüalandırma gücü Pver.=250 Mikrovatt və ya 24 desibellik sönmə səviyyəsi qəbul edilmişdir. Bu şərtlə avadanlığın həssaslığı Pver.=-87........ – 89dB intervalında dəyişir.
4.2 Yol verilən işçi sönmələrin hesablanması
DECT standartlı mobil rabitə sistemini layihələndirmə prosesində xidməti təsir radiusunu (metrlərlə) hesablamaq üçün aşağıdakı riyazi model tövsiyyə edilir:
(4.1)
4.1.) ifadəsində Ga- verici və qəbuledici antenaların ümumi güclənmə əmsalını göstərir. Birbaşa şüalanma şəraitində trass boyu itkilər (sönmə və ya zəifləmələr) və digər maneə mənbələrii olmazsa, onda (4.1) ifadəsi xeyli sadələşib aşağıdakı şəklə düşür:
(4.2)
(4.2) ifadəsində - trasın uzunluğu olub, DECT standartında şüalandırılan antenin orta
uzunluğunu göstərir. =0,159 metr qəbul edilmişdir. Bu şərtlə (4.2) ifadəsi daha da sadələşir: cədvəl 4.l
Meşənin dərinliyi (M)
|
4
|
6
|
8
|
10
|
20
|
40
|
60
|
L (sönmə), dB.
|
2,1
|
3,2
|
4,3
|
5,4
|
9,2
|
13,9
|
17,2
|
(4.3)
Baxılan halda birbaşa şüalanma prosesində şüalar ətraf mühitdə müxtəlif maneələr və çoxşüalılıq şəraitində “sükunət sönməsi” yaradır. Qəbul edilən siqnalların təsadüfi xarakterə malik olması onunla nəticələnir ki, qəbul nöqtəsində siqnalın səviyyəsi kifayət qədər böyük intervallı güc ehtiyatı nəzərdə tutulur ki, bu halda qəbul tərəfində gücün azalma ehtimalının minimal səviyyəyə qədər enməsi ( 2,5-5%-dən çox olmur) şəraitində belə, normal rabitənin təşkilinə mane olmur. Bu ehtiyat sönmə norması 10÷ 13 desibel arasında dəyişir. Bütün şərtləri nəzərə almaqla, trasda yol verilən sönmələr aşağıdakı kimi hesablanır:
(4.4)
(4.4) ifadəsində üş toplanan - sükunət sönməsini, ətraf mühütin yaratdığı maneələri və texnoloji ehtiyatdan yaranan sönmələrin (zəifləmələrin) cəmini göstərir.Ətraf mühit maneələri dedikdə, ayr- ayrı yerlərdə bitmiş tək- tək ağaclar, meşə zolaqları, müxtəlif binalar, qurğular, keçidlər, dağlar,yamaclar, yarğanlar,dərələr, xəndəklər, çalalar, sulu sahələr(vadilər, göllər, çaylar) və s. başa düşülməlidir. Bina daxilində maneə mənbələri
divarlar, qapılar, mərtəbələrarası keçidlər və s. ola bilər. Məsələn meşəlik sahə üçün
sönmə normaları aşağıdakı cədvəldə göstərilmişdir.(cədvəl 4.l ).Binadaxili maneələr
nəzərə almaqla sönmə normaları aşağıdakı kimidr:
Pəncərəli binanın orta tərkibi L=5-10 dB
Pəncərəsiz divarlar L=13-15 dB
Binadaxili keçidlər (döşəmə, tavan, zirzəmi və s) L=20-
İnsan bədəni də sönmə yaradır və onun qiyməti L=4,5dB qəbul edilmişdir.
Qeyd edtmək lazımdır ki, birinci zonanın olması nəticəsində bir çox traslar yarımçıq vəziyyətdə olur.Bu halda frenel sönmələri ( işıq sayrışmaları) əmələ gəlir və qəbul edilən zonada güc itkilər artır. Belə ki, “V” parametrindən asılı olaraq baş verən sönmələr (zəifləmələr) aşağıdakı düsturla hesablanır:
(4.1)
burada
burada, r1,r2, hp parametrləri təsvir edilən şəkildən seçilir.
Şəkil4.3 Açıq və yarımməhdud trassa nümunələri
Adı çəkilən sönməni nəzərə almaq üçün trasın maksimal kəsişmə nöqtəsində yerləşməsi təmin edilməlidir. Bu nöqtənin yeri aşağıdakı düsturla hesablanır:
(4.2)
Məsələn trasın uzunluğu R=r1+r2=200 m və r1=r2=100 m olan vəziyyətlərə hp=GK =3 m olur. DECT standartı əsasında binadaxili mobil rabitə stansiayasını qurduqda kolidorun eni və uzunluğunun məhdudluğu şəraitində özünü kəskin göstərir. Belə ki, kməsafəsində
(4.3)(kalidorun uzunluğudur) məsafədən asılı olaraq, şüanınfiziki mühitdə şərt sınması nəticəsində, sönmələr artır. Deyilən faktlar əsasında açıq trassada güclərin sönmə səviyyələrini müqayisə edək. Hərəkətli obyektlərə xidmət etdikdə dairəvi şüalanma diaqramlı baza stansiyasının antenaları üçün G=5dB qəbul edilmişdir. Bu halda abunəçi (mobil) stansiyanın sönməsi 0 dB olur. 3.1 düsturuna əsasən ümumi sönmə 116 dB olacaqdır. Çoxşüalılıq şəraitində yaranan sönmələr Reley-Hays qanunu əsasında hesablanır və qiyməti 7 dB təşkil edir. Ağac və insan bədənini nəzərə almaqla baş verən sönmə norması 10 dB, siqnalın ehtiyat yol verilən sönməsini 12 dB qəbul etməklə, yol verilən ümumi sönmə aşağıdakı kimi olacaqdır:
(4.4)
burada =300 metr qəbul olunmuçdur. Birbaşa səpələnən şüanın yolunu kəsən maneə olarsa, LM və Leht.parametrləri kəskin artır. Bağlı traslarda yaranan sönmələr aşağıdakı
kimi hesablanır:
(4.6)
4.3 Radio kanallarının sayının təyini
Nəzəri və praktiki hesablamalar göstərmişdir ki, radio kanalların sayının təyini üçün əsas kriteriya trafikin həcmidir. Bu halda qonşu xidməti zonaların təsir radiusu qismən kəsişir.DECT standartında rabitə kanallarının dinamik üsulla paylanmasında və mobil rabitənin təşkilində maneə əsas deyildir, çünki abunəçi (mobil) stansiyalarında real maneələrin dinamik səviyyələrini ölçməklə optimal parametrli kanallar seçilir.Maneələrin (sönmələrin) səviyyələrini ölçməkdə məqsəd hərəkətli istifadəçiləri olan vəziyyətləri qiymətləndirməkdir. Mobil rabitənin təşkilində isə, məlum olduğu kimi, bir neçə antenadan istifadə edilir. Baza stansiyası üçün şanlar tərkibində qurulmş antenalardən istifadə edilir. Şanlar ayrılmış antenalarda şüalanma diaqramı 600, 900 və 1200 bucaq altında təşkil edilir. Bu antenalar qəbul edilən siqnalları 6-17 dB intervalında gücləndirmək imkanına malikdirlər. Konstruktiv olaraq həndəsi forması dairəvi şanların əhatə etdiyi xidməti ərazilərdə yerləşən istifadəçilərə xidmət etmək üçün bir dayaq üzərində 3, 4 və hətta bəzən 6 anten dayağı belə yerləşdirilə bilər. Təsvir edilən arxitekturalı şəbəkə yüksək abunəçi sıxlıqlı trafikə malik şanlarda təşkil edilir. Belə şanlarda verici və qəbuledici stansiyalardan istifadə etdikdə, yol verilən ehtiyat sönmə əmsalı 20÷25 dB artır. Ehtiyat sönmənin bu qədər artırılması bir çox hallarda veriliş məsafəsini xeyli artırmağa imkan verir. Xüsusi ilə, kənd yerlərində veriliş məsafəsi 3-5 km-ə qədər artırmağa imkan verir. DECT standartlı mobil rabitə şəbəkələrdə istifadəçiləri yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin etmək üçün (hərəkətli və naqilsiz) (kanalların sayı məhdud olduğu üçün) rabitə sisteminə itkili kütləvi xidmət sistemi kimi baxılır. Ona görə də tələb edilən radio kanallarının sayını müəyyət etməkdən ötrü itkili xidmət sistemlər üçün Erlanq düsturundan istifadə edilir. Bu halda əvvəlcədən xidmət keyfiyyəti P (itki ehtimalı) verilməlidir:
Pi(t)=ρS/S!• (4.6)
(4.6)ifadəsində i=S olub kanalların, a isə bir kanala düşən xüsusi telefon yükünün Erlanqla qiymətini göstərir. Bu yük y=ρ i •Ni=NiCiti/3600 kimi hesablanır. Bu ifadədə Ni i kateqoriyalı istifadəçilərin sayını, Ci bir istifadəçidən daxil olan çağırışların orta sayını və ti i kateqoriyalı abunəçi tərəfindən radio kanalın orta məşğulluq müddətini göstərir.Texniki ədəbiyyatlarda müxtəlif itki ehtimalları və telefon yükünə əsasən Erlanq cədvəli hazır formada verilir.Ona görə də DECT standartında kanalların sayını təyin etmək üçün ilkin olaraq kanallarda yaranan trafikin (yükün)həcmi təyin edilməlidir. Məsələ burasındadır ki, DECT standartlı avadanlığın ən vacib statistik xarakteristikası trafik olub verilən informasiya selinin həcmi ilə müəyyən edilir. Diskret növlü məlumat selinin trafikini(ρ) hesabladıqda əsas göstərici kimi kanalın veriliş(B) sürəti hesab edilir. Veriliş sürəti dedikdə, Erlanqla ölçülən məlumat selinin bitlə ölçülən informasiya seli ilə veriliş sürətinə cevrilməsi başa düşülür, çünki
ρi=Citi/3600= ÇL/Bx3600 Bit/san
burada B=64Kbit /san olub rəqəmli radio kanalının veriliş sürətini göstərir. Telefon
rabitəsində trafikin ölçü vahidi Erlanq olub, ən böyük yüklənmə saatında (ƏBYS) məşğul edilən telefon kanallarının məşğulluq müddəti nəzərdə tutulur. ρi – parametri i kateqoriyalı istifadəçinin (ρNT, ρIA) yaratdığı xüsusi trafikin qiymətidir(ρi=Citi/3600). Avadanlığın digər vacib göstəricisi xidmət keyfiyyətidir (itki ehtimalı). Şanvari rabitə sistemi üçün itki ehtimalı p=0,02 (2%), naqilsiz telefon rabitəsi üçün p=0,01 (1%) qəbul edilmişdir. Belə ki, kanalda yaranan yük məlum olarsa, itkinin tələb edilən qiymətində, tam imkanlı radio kanalların sayı asanlıqla Erlanq cədvəli əsasında təyin edilir. Əslində müxtəlif itkilər üçün Erlanq düsturu əsasında asanlıqla hazır cədvəldən istifadə edilir. Nəzəri olaraq bir ədəd DECT standartlı verici-qəbuledici komplekti 12 radio kanalına xidmət edə bilir, yəni verici- qəbuledicinin tutumu 12 kanala bərabərdir. Həmin kanallardan biri xidməti (ümumi kanal siqnallaşma kanalı kimi) kanal olduğu üçün, əslində 11 danışıq kanalından istifadə edilir.Trafikin sıxlığı yüksək olduğu xidməti ərazilərdə baza stansiyasında 2-3 qəbuledici-verici moduldan istifadə edilir. Bir mobiı abunəçi üçün xüsusi trafikin ρNT=0,07 Erlanq idarə-müəssisə abunəçisi üçün ρATS=0,15 Erlanq qəbul edilmişdir. DECT standartlı kanallarda yaranan trafikin həcmini 0,25 Erlanqa qədər artırmaq mümkündür. Aparılacaq hesabatı fərdi mobil telefon şəbəkəsinin planlaşdırılması iki mərhələdə təşkil edilir. Birinci mərhələdə abunəçilərin sayına görə trafik və baza stansiyasının sayı təyin edilir. Bir nümunəni nəzərdən keçirək:
Verilir: Bu qiymətlərə əsasən Erlanq cədvəlindən P=1% itki şərti ilə S=16( y=8.8 Erlanq) kanal tələb edilərsə baza stansiaysının sayı:
S= 36 kanal olarsa( 25.51Erlanq ) ρi=0,07Erl., yi= ρi.Ni=480.0,007=33,6 ERL.
İkinci nümuməni nəzərdən keçirək
S (kanal)
|
4
|
8
|
10
|
12
|
16
|
24
|
30
|
36
|
Y (Erl)
|
0,87
|
3,12
|
4,46
|
5,88
|
8,88
|
15,3
|
20,34
|
25,51
|
ρi=0,07
|
12
|
44
|
63
|
84
|
126
|
218
|
240
|
364
|
ρi=0,İ5
|
5
|
20
|
29
|
39
|
59
|
102
|
135
|
170
|
R=1km
|
0,83
|
2,97
|
4,26
|
5,61
|
8,46
|
14,6
|
19,4
|
24,3
|
|
9,26
|
33,2
|
47,4
|
62,1
|
91,4
|
183
|
216
|
271
|
R=50m
|
332
|
1190
|
1703
|
2250
|
3390
|
5840
|
2750
|
9740
|
DEST standartlı mobil rabitə şəbəkələrini abunəçilərin yığcam yaşadığı ərazilərdə--yəni telefon sıxlığı yüksək olan ərazilərdə ( məsələn çoxmərtəbəli binaların ərazilərində) qurmaq olar. Lakin elə vəziyyət ola bilər ki, istifadəçilər çox böyük bir ərazidə paylanmış vəziyyətdə və telefon sıxlığı olduqca aşağı olsun. Bu halda istifadəçilərin bir hissəsi baza stansiyasının xidməti ərazisindən kənarda qalacaqdır. Baxılan birinci hal üçün n=8 kanal tələb edilərsə G=11 BC, n=4 kanal tələb edilərsə G=40BC tələb ediləcəkdir. Layihə işlərinin ikinci mərhələsini real şəraitdə test ölçmələri təşkil edir. Bu məqsədlə avadanlıq istehsalçısı xüsusi ölçü çihazla-etalon baza stansiysından və radiotelefondan istifadə
edərək, ölçü işlərini təşkil edir. Test radiotelefonu (abunəçi stansiyası) test siqnalını nəinki qəbul edib eşitmək, hətta bəzi parametrləri ölçməyə imkan verir (qəbul edilən siqnalın səviyyəsi, səhv ehtimalı). Ölçü nəticəsində antenaların dəqiq yerləşmə nöqtələri korreksiya edilir. Planlaşdırma nəticəsində ən böyük çətinlik o vaxt yaranır ki, naqilsiz qoşulma komplekti (УБД) ilə bərabər, ərazidə hərəkətli mobil istifadəçilərə də xidmət edən abunəçi
stansiyası olsun. Bu halda tələb edilir ki, xidməti ərazi bir-birini kəsişməyən şanlarla təmin edilsin. Məqsəd rabitəsiz və etibarsız rabitə verlişinə yol verməməkdir. İlk dövrlərdə trafikin həcmindən asılı olaraq, bir neçə variant seçilir. Lakin unutmaq olmaz ki, real halda şanlar düzgün altıbucaq fiqurasına malik olmur və daha çox bulud formasını xatırladır. Şanların forması təsadüfi olur və onun sərhədləri naturadan təyin edilir. Test ölçmələri bu halda olduqca vacib olur, şanların sərhədləri siqnalın eşidilməsinə görə təyin edilir. Belə ki, rabitənin təşkilində “ölü zonalar” müəyyən edilərsə baza stansiyasının antenalarinın dönmə bucağı dəyişdirilir. Nəzərə almaq lazımdır ki, hərəkətli istifadəçilərin yaratdığı trafik ( rabitə yükü )ərazidə sutka ərzində qeyri-bərabər paylanır. Odur ki, naqilsiz hərəkətli obyektləri olan şəbəkələri istismar etdikdə, baza stansiyasında əlavə ilk növbədə verici-qəbuledici antenlər qurulur. DECT standartlı abunəçi terminalları radioyayım sahəsində sıradan çıxmaya qarşı olduqca həssasdırlar. Rabitə seansı pozulmadan bir neçə saniyə ərzində rabitə sisteminin işi tam dayana bilər. Bu halda rabitə sistemini yenidən normal vəziyyətə gətirmək üçün çağırışları təkrar etmək lazım gələcəkdir.
2>1>2>1>2>1>
Dostları ilə paylaş: |