Mühazirənin planı : Firmaya neoklassik yanaşma Firmanın institutsional nəzəriyyəsi və modelləri



Yüklə 104,21 Kb.
səhifə7/18
tarix10.05.2022
ölçüsü104,21 Kb.
#115780
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   18
firma

menecerlərin marağı: hakimiyyətini (səlahiyyətlərini) genişləndirməyə, özünün sosial statusunu artırmağa, karyera yüksəlişinə və gəlirlərin artımına cəhd edirlər;

  • səhmdarların maraqları: yüksək dividendlər almağı arzulayırlar;

  • firmanın yüksək rəhbərliyinin maraqları: şirkətin fəaliyyətinin iqtisadi göstəricilərini yaxşılaşdırmağa, firmanın nüfuzunu yüksəltməyə cəhd edirlər.

    Firmanın bir bütöv halda mövcudiyyətini saxlaması, dayanıqlı və həyat qabiliyyətli orqanizm olması üçün yüksək (ali) rəhbərlik bütün bu maraqları və firmanın strateji maraqlarını əlaqələndirməyi və uyğunlaşdırmağı bacarmalıdır. Əks təqdirdə firmada yarana biləcək maraqlar münaqişəsi son nəticədə firmaya çox böyük ziyan vura bilər.

    Bu nəzəriyyə Yaponiya firmalarında geniş tətbiqini tapıb. Yapon menecerlərinin kredosu (əqidəsi) belədir: “Uğurun rəhni – firmanın işçilərinin yüksək mənəvi ruhudur. Yüksək mənəvi ruh – işçinin maraqlarının ödənilməsinin nəticəsidir. Maraqları olan və maraqları təmin edilmiş işçi – yaxşı işçidir. Pis, yəni maraqları olmayan və maraqları təmin edilməyən işçilərin çalışdıqları firmalar yaxşı ola bilməz”. Buna görə də idarəedicilərin vəzifəsi firmanın və işçilərinin maraqlarının harmoniyasına nail olmaqdır.

    Korporasiya çərçivəsində xüsusi və ümumi maraqlaırn əlaqələndirilməsini reseptlərini təklif edən bir sıra davaranış nəzəriyyələri variantları mövcuddur.

    Belə modellərdən biri XX əsrin 60-cı illərində amerikalı iqtisadçı H.Saymon (H.A.Simon- 1978-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı) tərəfindən işlənilib. H.Saymonun təklif etdiyi davaranış üsullaırndan biri kompromis mədəniyyətidir. Onun modelində firmanın məqsədi heç də mənfəətini maksimumlaşdırmaq yox, qaneedici (qənaətbəxş) mənfəəti əldə etməkdir. H.Saymon firmanın rasional hərəkət edən subyekt olması ilə bağlı mikroiqtisadiyyatda mübahisəsiz qəbil edilən düşüncəni inkar edir. Onun fikrincə, firmalar əksər hallarda qaneedici mənfəət əldə etməyə cəhd edirlər. Onun arqumentləri belədir ki, firmaların qərar qəbul edən rəhbərləri daha mənfəətli variantın axtarışı prosesində heç də bütün mümkün variantları detallı şəkildə öyrənməyə cəhd eləmirlər. Bu, alternativlərin axtarışı prosesinin özünün çox bahalı olması, əldə olan informasiyanın qeyri-dəqiqliyi və zəruri məlumatlaırn toplanması üçün böyük zamanın sərf edilməsi ilə bağlıdır. Onun fikrincə, “Firmanın məqsədi mənfəətin maksimumlaşdırılması yox, mənfəətin müəyyən səviyyəsinə nail olmaq, müəyyən bazar payını və satışın müəyyən səviyyəsini qoruyub əldə saxlamaqdır”. H.Saymon hesab edir ki, firma – kollektiv cəhdləri planlaşdıran sistemdir və burada ümumi məqsədə nail olmaqla bağlı hər bir iştirakçı dəqiq təyin olunmuş rola, vəzifələrə və öhdəliklərə malikdir.




    Yüklə 104,21 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin