Mühazirənin planı : Firmaya neoklassik yanaşma Firmanın institutsional nəzəriyyəsi və modelləri



Yüklə 104,21 Kb.
səhifə17/18
tarix10.05.2022
ölçüsü104,21 Kb.
#115780
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
firma

Tədarükçülərin bazar gücü müəyyən edən amillər:

  • tədarükçülərin və tədarük olunan malların sayı;

  • bazarda tədarükçülərin təmərküzləşmə səviyyəsi;

  • tədarük xərcləri;

  • tədarük olunan malların əvəzedicilərinin mövcudluğu,

  • başqa tədarükçüyə keçidin məsrəfləri,

  • malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi;

Tədarükçülər müqavilələrin bağlanması zamanı qiymətlərin qaldırılması yaxud göndərilən malın keyfiyyətinin azaldılması yolu ilə bazar iştirakçılarına təzyiq göstərirlər. Tədarükçülərin gücü tədarük şərtlərinin (qiymət və keyfiyyət) dəyişdirilməsi istiqamətində istehsalçı firmalara təzyiq göstərmək qabiliyyətindən asılıdır. Tədarükçünün göndərdiyi malların əvəzediciləri az olduqda və ya heç olmadıqda, habelə alıcı şirkət üçün mühüm əhəmiyyət kəsb etdikdə (bu halda spesifik aktivə çevrilir) tədarükçünün daha güclü təzyiq göstərmək imkanı yaranır. Adətən belə hallarda əsas firma şaquli inteqrasiyaya meyl edir.

Sahə bazarında alıcıların da bazar gücü özünü göstərə bilər. Alıcıların bazar gücünü müəyyən edən amillər aşağıdakılar aid edilə bilər:



  • alıcıların ərazi strukturu;

  • alıcıların informasiya təminatı;

  • əvəzedici məhsulların mövcudluğu, qiyməti və əlçatanlığı.

Aşağıdakılar alıcıların qiymət həssaslığı amilləri hesab edilir:

  • ticarət markasının (brendin) tanınası;

  • rəqiblərin mallarında olan fərqlər;

  • məhsulların istehlak xarakteristikaları;

  • alıcıların gəlirləri və ödəmə qabiliyyəti;

  • alıcıların qərarlarının qəbul edilməsi motivləri və s..

Porterin “rəqabətin hərəkətverici qüvvələri” modeli firmanın bazar davranışı və inkişaf strategiyasının hazırlanmasında istifadə olunur və praktik tətbiq baxımından səmərəliliyini təsdiq etmişdir.

Yüklə 104,21 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin