Mövzu: 22. Tütünün əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Mühazirənin planı:
-
Tütünün əhəmiyyəti, yayılması tarixi və becərilməsi.
-
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
-
Sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.
-
Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
-
Əkinlərə qulluq işləri (suvarma, alaqlar, xəstəlik törədiciləri və zərərvericilərdən mühafizə).
-
Məhsulun yığılması.
Ədəbiyyat
-
B. H. Abbasov – «Tütünçülük», Bakı, 2003, s. 206.
-
H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.
-
П. П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.
-
Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.
-
Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.
Tütünün əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı. Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə edilmiş xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir.
Tütün yarpağında 1-3 % nikatin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal, 4-13 % sulu karbonlar və 13-15 % kül elementləri vardır.
Tütünün vətəni Amerikadır. Hal-hazırda dünyanın bir çox ölkələrində becərilir. Yer kürəsində əkin sahəsi 4-5 mln. hektardır. Ən çox Çin, ABŞ, Hindistan və Braziliyada becərilir. Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə , qabaqcıl təsərrüfatlarda isə 30-35 sentnerə çatır.
Azərbaycanda bu bitkinin əkin sahəsi 2,4 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı 3,6 min ton, hektardan orta məhsuldarlıq 15,2 sentner (2016-cü il) olmuşdur.
Botaniki təsviri. Tütün badımcançiçəklilər Solanaceae fəsiləsinin Nicotiana tabacum – birillik bitkidir.
Kök sistemi milşəkillidir. Torpağın 1-3 metr dərinliyinə işləyir. Əkin qatında qüvvəli şaxələnərək saçaqlı kök sistemi formasını alır.
Gövdəsi 1,2–3,0 m. hündürlüyündə olmaqla en kəsiyi dairəvi, yaxud qabırğalıdır. Gövdə yalnız yuxarı hissədə budaqlanır. Tez oduncaqlaşandır, sərt olduğu üçün yerə yatmır. Yarpaqları saplaqlı və oturaqdır. Ayasının uzunluğu 10-50 sm, eni 8-30 sm-ə qədərdir. Gövdənin orta hissəsində yerləşən tipik yarpaqlar oval, dairəvi, oval-ürəkvarı və ellips formalıdır. Bir bitkidə 12-50 yarpaq əmələ gəlir, lakin hamısı yetişmir.
Çiçəkləri gövdənin nəhayətində süpürgədə toplanır. Çiçək kasası badə formalı uzunsovdur. Çiçəyin tacı bir-birinə birləşmiş beş ləçəkdən ibarət olmaqla uzun borulu qıfa bənzəyir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı ikiyuvalı, ağızcığı ikidilimlidir. Öz-özünə tozlayan bitkidir.
Meyvəsi oval formalı, sivri yaxud küt nəhayətli, ikiyuvalı və çox toxumlu qozadır. Toxumları xırda, tünd qəhvəyi rəngli, oval formalı, səthi torlu, mikropile hissəsi azacıq əyridir. Mütləq kütləsi 35-100 mq-dır.
Bioloji xüsusiyyətləri. Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə edilmiş xammaldan papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir.
Tütün yarpağında 1-3 % nikatin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal, 4-13 % sulu karbonlar və 13-15 % kül elementləri vardır.
Tütünün vətəni Amerikadır. Hal-hazırda dünyanın bir çox ölkələrində becərilir. Yer kürəsində əkin sahəsi 4-5 mln. hektardır. Ən çox Çin, ABŞ, Hindistan və Braziliyada becərilir. Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə , qabaqcıl təsərrüfatlarda isə 30-35 sentnerə çatır.
Şitillərin formalaşaraq 5-6 yarpaq əmələ gətirməsi 45-50 gün çəkir. Tarlaya köçürülən şitillərin texniki yetişkənliyi 80-120 gün davam edir. Tarlaya köçürdükdən 10-15 gün sonra şitillərin kökləri güclənməyə başlayır.
Respublikamızda tütünçülüyün ümumi vəziyyəti – “İnter Tabako” MMC Zaqatala tütün istehsalı və emalı müəssisəsi
-
Bu MMC 2007-ci ildən Zaqatala, Balakən, Qax və Şəki rayonlarında fəaliyyət göstərir.
-
2016-cı ildə Respublikamız üzrə 2183 ha tütün əkilib, onun 1979 ha 4 rayonun payına düşür.
(Şəki – 691,3 ha; Zaqatala – 501,49 ha; Balakən – 483,2 ha və Qax – 302,8 ha)
10 rayon - Goranboy, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lerik, Masallı, Oğuz, Tovuz və Yardımlıda 204 ha (2186 – 1979 = 204) əkilmişdir.
1700 ha- da “Virciniya” (“Berley”) əkilmiş, qalan hissəsinə isə İmmunnıy-580 və digər sortlar – Samsun, Trabzon, İtiyarpaq və s.
Növbəli əkində yeri. Tütünün ən yaxşı sələfləri payızlıq taxıllar, qarğıdalı, çoxillik paxlalı və taxıl yem otları, şəkər çuğundurudur. Xəstəlik və zərərvericiləri eyni olduğuna görə tütünü bostan bitkiləri və günəbaxandan sonra növbələndirmək olmaz. Badımcançiçəklilər fəsiləsinə aid olan bitkilərdən sonra tütünü növbələndirmək olmaz. Növbəli əkində tütün eyni tarlada 2-3 ildən çox becərilməməlidir. Tütün fasiləsiz olaraq eyni tarlada əkildikdə zərərvericilər və xəstəlik törədiciləri ilə daha sürətlə yoluxur, nəticədə məhsuldarlıq aşağı düşür və keyfiyyəti pisləşir.
Növəli əkin tarlasında yaxşı olar ki, 2-3 illik paxlalı otlardan sonra 1 il dənli taxıl bitkiləri becərilsin sonra isə 2 il tütün. Belə ki, yancadan sonra (nəmlik ehtiyati olan yerlərdə) torpağın strukturu yaxşılaşır, münbirliyi artır və xəstəlik törədən göbələklərin miqdarı azalır. Şəkər çuğundurundan sonra da növbələndirmək mümkündür.
Tütün öz növbəsində dənli taxıl bitkiləri üçün yaxşı sələfdir.
Dənli taxıl bitkilərinin əsas kök kütləsi (25-30 sm) əkin qatında yerləşir (bəzən ayrı-ayrı köklər 1,5-2,0 metr dərinliyə işləyir) və yalnız üst qatdakı qida maddələrini mənimsəyir. Tütünün kökü 2 m dərinliyə işlədiyindən taxılların istifadə edə bilmədiyi qida naddələrinidən də istifadə edir.
Torpağın becərilməsi. Torpağın becərilməsi sələflərdən, torpaq-iqlim şəraitindən və tarlaların alaqlarla zibillənmə səviyyəsindən asılıdır. Tütün bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasında torpaqların qranulometrik tərkibi və münbitliyi mühüm rol oynayır. Tütün yüngül, yumşaq və dənəvər strukturlu torpaqlarda güclü kök sistemi əmələ gətirir, bitkinin böyüməsinə, kifayət qədər su və qida maddələri ilə təmin olunmasına şərait yaranır. Çınqıllı torpaqlar, meşə yerindən və kol-kosdan təmizlənmiş torpaqların da tütün əkinləri üçün istifadəsi məsləhətdir.
Qranulometrik tərkibi ağır, gilli, su və havanı pis keçirən, gec isinən torpaqlar nə qədər münbit olsalar da tütünün inkişafına pis təsir göstərir, bitki xəstəliklərə tez tutulur və nəticədə məhsulun keyfiyyəti aşağı olur.
Tütün üçün ayrılan sahələr yaxşı olar ki, gün tutan, su ilə təmin olunan, yaxşı havalanan və k/t maşın və aqreqatların hərəkəti üçün əlverişli ərazilər olsun. Torpaq diqqətlə becərilmədikdə bitkinin kökü gec inkişaf edir, boyu qısa olur və məhsulun keyfiyyəti də yaxşı olmur.
Dənli-paxlalı bitkilər yığıldıqdan sonra dərhal və ya 2-3 gündən gec olmayaraq kövşənlik 8-10 sm dərinlikdə üzlənir (alaq bitkilərini, zərərverici və xəstəlik törədicilərini məhv etmək üçün dənli taxıl bitkilərinin yığımından dərhal sonra üzləməni yerinə yetirmək zəruridir. Yığımdan sonra bir həftədən artıq ara verdikdə üzləmə öz əhəmiyyətini itirir. Üzləmə təkcə alaqların və nəmlik itkisinin qarşısını almaq deyil, torpağın becərilməsini yüngülləşdirir. Şum zamanı materiallar müqaviməti xüsusən üzləmə getməyən sahələrə nisbətən 30%-ə qədər aşağı düşür. Şumun aparılması əhəmiyyətli dərəcədə yaxşılaşır, tarlanın səthi nisbətən daha hamar olur) və payızın əvvəlində 27-30 sm dərinlikdə dondurma şumu qaldırılır. Yazlıq bitkilər altından çıxmış sahələrdə sentyabrın 15-dək dondurma şumu edilməlidir.
Tütün plantasiyaları altından çıxmış sahələrdə noyabr ayının 25-dək şum edilməlidir. Yazda şumu malalamaq (Cənubda torpaq tez yetişir, ona görə də qısa müddətdə şum malalanmalıdır ki, nəmlik itkisinin qarşısı alınsın. Tarla hamarlanmalı, torpağın üst qatı daha xırda vəziyyətə gətirilməlidir, çünki, xırda hissəciklərdən su az buxarlanır. Torpağın yumşaq qatı daha yaxşı isinir və havalanır, burada mikrobioloji proseslər fəal gedir (bildiyimiz kimi hər hektar əkin sahəsinin şum qatında torpağın münbitliyindən aılı olaraq 3 tondan 8 tona qədər mikrob kütləsi var. Onlar bitki və heyvan mənşəli qalıqları parçalayır) və qida maddələri daha tez toplanır.
Malalama şumun istiqamətinə köndələn (çəpinə) 450 bucaq altında aparıl. Nəticədə şum yaxşı xırdalanır və şırım halına düşür, torpaq az tozlaşır və səthi yaxşı hamarlanır. Bundan əlavə dartı qüvvəsi az tələb olunur və yanacaq sərfi azalır. Malalamanın keyfiyyəti torpağın nəmliyindən asılıdır. Nəmliyi çox olan torpaqları malalamaq olmaz, ona görə ki, torpaq yaxşı xırdalanmır və səthi kipləşir, hava isindikdə isə quruyur. Torpağın tarla rütubət tutumu 40-60% olduqda malalamaq daha səmərəlidir. Yalnız qumsal torpaqları nəmlik çox olduğu halda malalamaq olar) və 2-3 dəfə kultivasiya çəkmək məsləhətdir.
Qış müddətində yağan qar yağmur sularının torpaqda saxlanması məqsədilə dondurma şumu edilmiş sahələr malalanmır. Çayır və ayrıq otu kimi alaqlarla zibillənmiş sahələrdə iyul ayının ortalarında dərin qara herik şumu edilir. Dondurma şumu aparılmış sahələrdə torpaqdakı nəmliyi saxlamaq məqsədilə əmələ gəlmiş qaysağı dağıtmaq üçün yazda imkan olan kimi malalanmalıdır. Sonra sahəni alaqlardan təmizləmək və yaz yağmurları nəticəsində torpaqda toplanmış nəmlik itkisinin qarşısını almaq üçün 8-10 sm dərinlikdə pərşum edib arxasınca malalamaq lazımdır. Tütün əkininə 5-6 gün qalmış sahəni axırıncı dəfə 6-7 sm dərinlikdə kultivasiya edib malalamaq lazımdır.
Gübrələmə. Digər k/t bitkiləri kimi tütün bitkisinə də üzvi və mineral gübrələrin verilməsi keyfiyyətli məhsul əldə edilməsində mühüm rol oynayır. Tütün bitkisi bir ton yarpaqla torpaqdan 60 kq azot, 17 kq fosfor, 46 kq kalium və 67 kq kalsium elementi aparır. Buna görə də tütün mineral və üzvi gübrələrə həssasdır.
20 sentner məhsul əldə etmək üçün hektara 10-15 ton peyin, 50 kq azot, 80-120 kq fosfor və 70-100 kq kalium gübrəsi vermək lazımdır. Fosfor və kaliumun 70 %-ni şum altına, azotu, fosfor və kaliumun 25 %-ni yemləmə şəklində vermək məsləhət görülür. Bu gübrələrin vaxtında və düzgün verilməsi çiçəkləməni, yarpaqların yetişməsini tezləşdirir və bol məhsul alınmasını təmin edir.
Azot gübrəsi tütün bitkisinin məhsuldarlığını artırır, keyfiyyətini yaxşılaşdırır, azot çatışmadıqda bitkilərin boyatması dayanır, onlar gec çiçəkləyir, yarpaqları xırda və zəif, rəngi isə sarı olur. Yarpaqlar xırda olduğundan yığılmayaraq gövdələrin üzərində qalır. Azot gübrəsinin artıq verilməsi məhsulun keyfiyyətini xeyli aşağı salır, yarpaqlar kobudlaşır və tünd yaşıl rəng alır. Yarpaqlarda zülali maddələrin miqdarı artır, sulu karbonlar isə azalır. Azotun artıq olması yarpaqların texniki yetişməsini gecikdirir, xüsusən ilk dövrlərdə bitkinin inkişafına mənfi təsir göstərir.
Tütünün tərkibində 2-3% ümumi azot və 1,5-2% nikotin olduqda ondan hazırlanmış papirosun çəkim keyfiyyəti yaxşı olur.
Torpaqda kifayət qədər kalium olması tütünün keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Kalium qidası tütünün ümumi inkişafına müsbət təsir göstərir, yarpaqlarda sulu karbonların toplanmasına səbəb olur. Kalium çatışmadıqda yarpaqlar kobud olur, kənarı aşağıya doğru qıvrılır və üzərində qırmızıtəhər ləkələr əmələ gəlir.
Vegetasiyanın başlanğıcında birinci yemləməni şitilləmədən 10-12 gün sonra, ikinci yemləməni isə birincidən 10 gün sonra vermək məsləhətdir.
Şitilin becərilməsi. Tütün yalnız şitil üsulu ilə becərildiyindən, şitilliklərdə, polietilen örtük altında, günəş istixanalarında yetişdirilir. Xəstəlik və zərərvericilərdən uzaq olmaq üçün şitillər yaxşı işıq düşən ləklərdə tütün tarlasından 500 metr aralı yerlərdə becərilir. Şitil 35-65 günə tarlaya köçürmək üçün tam hazır olur.
(Toxumun səpininə 4-5 gün qalmış onu suda yaxud 0,01 %-li çaxır turşusunda və ya 1%-li kalium nitrat məhlulunda 24 saat 25 0C temperaturda islatmaq lazımdır. Bununla toxumun cücərməsi sürətlənir, şitillərin sahəyə köçürülməsi 5-7 gün tezləşir, eyni zamanda 15-20% şitil çıxımı artır. Bir qram toxuma 3 ml məhlul sərf olunur. 24 saatdan sonra toxum məhluldan çıxarılaraq yaxşı-yaxşı yuyulur, sudan təmizlənir və nəm halda 2-3 sm qalınlığında emalı olan qablara yerləşdirilir)
Bir m2-ə 0,6 qram toxum səpilir, soyuq ləklərdə isə 1 qrama çatdırılır.
Qulluq işləri suvarma, havalandırma, alaqların təmizlənməsi, yemləmə, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.
Səpindən cücərtilərin alınmasına qədər 22-28 0C temperatur, çıxışdan sonra isə 25 0C əlverişlidir.
Şitilləri 3-4 dəfə üzvi və mineral gübrələrlə yemləndirmək lazımdır. Üzvi gübrə kimi əsasən quş zılı (peyini) şirəsindən (1:20 nisbəti) istifadə edilir.
Mineral gübrələr məhlul halında 2 qr. fosfor, 2 qr. azot və 5 qr. kalium 2 litr suda həll edilərək 1 m2 –ə verilir. Şitil hazır olduqda hər m2 – də 2000-2500 ədəd olur.
Hər hektar açıq sahəyə 40-60 m2-lik ləklərdə şitil becərilməsi tələb olunur.
Şitillərin əkilməsi. Torpağın üst qatında temperatur 10-120 C olduqda şitilləri tarlaya köçürülür.
Xırda yarpaqlı tütünlər 50 x 12 sm sxemində hektara 150-200 min ədəd, orta yarpaqlılar – 60 x 20 - 24 sm 80-90 min, iriyarpaqlılar – 70 x 30 və 90 x 30 sm 45-55 min ədəd olur.
Tütün əkildikdə torpağın mailliyindən asılı olaraq şırımların dərinliyi 15-20 sm olmalıdır. Cərgələrin uzunluğu 200 metrdən az olmamalıdır.
Əkinlərə qulluq. Əsas qulluq işləri cərgə aralarının becərilməsidir. Cərgə aralarının becərilməsi 3-4 dəfə hər 8-12-15 gündən bir 6-8 və 10-12 sm dərinliyində aparılır
Suvarılan bölgələrdə 2-6 dəfə suvarma həyata keçirilir. Suvarma norması hektara 500-800 m3–dir. Aşağı şitil yarpaqları, yarpaq qoltuğundakı bicləri təmizləmək və ucunun vurulmasıdır. Çiçəkləmə başladıqdan sonra 3-4 dəfə təmizlənir və biclər vurulur. Belə qulluq məhsul artımına səbəb olur, ehtiyat qida maddəsi biclərə və çiçək süpürgəsinə yox yarpaqlara sərf olunur.
Alaq bitkilərinə qarşı şitilliklərə və sahələrə herbisidlərin çilənməsi əl ilə becərilmə işlərinin sayını azaltmağa, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə şərait yaradır.
Qönçə, çiçək və qozalar hazır qida maddələrindən istifadə edirlər. Yarpaqlarda əmələ gələn qida maddələri bu orqanlara axdığından yarpaqlar nazikləşir, keyfiyyəti aşağı düşür.
Aşağı şitil yarpaqlar təmizlənərək yandırılır. Təmizləmə işləri növbəti yaruslardakı yarpaqların yaxşı inkişaf etməsinə səbəb olur. Çiçəkləmənin başlanğıcında 3-4 dəfə qırılıb təmizlənir, eyni zamanda yan zoğlar da (biclər) təmizlənir. Bu qulluq işləri məhsulu artırır və plastik maddələr təkrarən yan zoğlara və çiçək qrupuna sərf olunmur, əksinə yarpaqlar tərəfindən istifadə olunur.
Əl ilə təmizləməkdən əlavə çiçəkləri (20% çiçəkləmə olduqda) və yan zoğları (pöhrələri) kimyəvi üsulla hidrozid malein turşusunun müxtəlif duzlarının 1,5 %-li məhlulunu çiləmək lazımdır. Bu preparat bitkinin boy artımını və pöhrələrin inkişafını dayandırır, yarpaqlarda quru maddənin çoxalmasına səbəb olur və qönçə və çiçəklərin tokülməsinə səbəb olur.
Məhsul yığımı və qurutma. Yarpaqların yetişməsi eyni vaxtda baş vermir. Əvvəlcə ən yaşlı yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir. Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfəyə dərilir. Hər dərəndə bir bitkidən 3-7 yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində çeşidlənərək 5-6 metrlik iplərdən asılaraq qurudulur.
Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən qurudulduqda nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların keyfiyyətinə mənfi təsir göstərən zülali maddələr azalır, xlorofilin parçalanması nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli məhsul alınmasında başlıca şərtdir.
İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və nəmləndirilib kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatdırılır.
Yarpaqların saralması 32-35 0C temperaturda 80-85% nisbi rütubətdə aparılır. Texniki yetişkən yarpaqlar üçün bu müddət 36-48 saat (40-45 0C), yetişməmiş yarpaqlar üçün isə 60 saatdır. Yarpağın zoğu və saplağı 50-55 0C–də quruyur.
Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla qurudulmuş yarpaqların 95%-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən yuxarı olmamalıdır.
Əlavə - Əvvəllər təkcə Şəki-Zaqatala bölgəsində hər il 17 min ha sahədə tütün əkilib və 60-65 min ton məhsul istehsal olunub. 5-6 min tonu ölkənin daxili tələbatını ödəyirdi, qalan tütün isə xaricə ixrac olunurdu. Eyni zamanda, insanlar üçün iş yeri var idi və dövlət büdcəsinə müəyyən miqdarda gəlir gətirirdi. Bundan Əlavə Rusiyanın 50 fabriki Azərbaycandan 50 min ton tütün qəbul edirdi. İndi də Rusiya, Gürcüstan və Türkmənistan tərəfindən müraciətlər olunur.
Hazırda ölkədə ancaq Zaqatalanın Tala kəndində ABŞ-ın "Inter Tobacco” şirkəti tütün istehsalı və emalı ilə məşğul olur. Şirkət kənddə 50 tütün qurutma kamerası və 7 istixana quraşdırıb. Burada artıq 50% əl əməyindən istifadə edilmir. Amerika şirkəti kənddə dünyada ən keyfiyyətli tütün növü sayılan "Vircinya"nı yetişdirir. Şirkət tütün şitillərini becərir və fermerlərə pulsuz verir. Fermerlər də daha sonra yaş tütünün hər kiloqramını şirkətə 14-18 qəpiyə satır. "Vircinya" olduqca keyfiyyətli tütün növüdür, onun əkin sahəsinin genişləndirilməsi yaxşı olardı.
Bildiyimiz kimi əksər mülkiyətçilərin torpaq sahəsi azdır (1,5-3,0 ha) onlar üçün tütün qurutma kameraları almaq, şitil becərmək üçün istixana quraşdırmaq yəqin ki, çətindir.
Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “İnter-Tobacco” MMC Zaqatala, Qax, Şəki və Balakən rayonlarında 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən MMC tərəfindən bu rayonlarda “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsi 2008-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Müəssisədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaş tütün sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Hər kamera bir dəfəyə 8 ton yaşıl tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 6-7 gün çəkir. Bir dəfəyə 480 ton tütün qurudulur. Bu proses başa çatdıqdan sonra quru tütün emal müəssisəsinə göndərilir.
Növbəli əkin. Tütünün ən yaxşı sələfləri payızlıq taxıllır, qarğıdalı, birillik taxıl və paxlalı yem otları, şəkər çuğundurudur. Eyni xəstəlik və zərərvericiləri olduğuna görə tütünü bostan bitkiləri və günəbaxandan sonra növbələndirmək olmaz.
Torpağın becərilməsi. Payızda optimal müddətdə torpağı 25-30 sm dərinliyində şumlamaq lazımdır. Yazda şumu malalamaq və 2-3 dəfə kultivasiya çəkmək məsləhətdir.
Gübrələmə. Tütün bir ton yarpaqla torpaqdan 60 kq azot, 17 kq fosfor, 46 kq kalium və 67 kq kalsium elementi aparır. Buna görə də tütün mineral və üzvi gübrələrə həssasdır.
20 sentner məhsul əldə etmək üçün hektara 10-15 ton peyin, 50 kq azot, 80-120 kq fosfor və 70-100 kq kalium gübrəsi vermək lazımdır. Fosfor və kaliumun 70 %-ni şum altına, azotu, fosfor və kaliumun 25 %-ni yemləmə şəklində vermək məsləhət görülür.
Vegetasiyanın başlanğıcında birinci yemləmə şitilləmədən 10-12 gün sonra, ikinci yemləməni isə birincidən 10 gün sonra vermək məsləhətdir.
Şitilin becərilməsi. Tütün yalnız şitil üsulu ilə becərildiyindən, şitilliklərdə, polietilen örtük altında, günəş istixanalarında yetişdirilir. Xəstəlik və zərərvericilərdən uzaq olmaq üçün şitillər yaxşı işıq düşən ləklərdə tütün tarlasından aralı yerlərdə becərilir. Şitil 35-65 günə tarlaya köçürmək üçün tam hazır olur.
Bir m2–ə 0,6 qram toxum səpilir, soyuq ləklərdə isə 1 qrama çatdırılr.
Qulluq işləri suvarma, havalanma, alaqların təmizlənməsi, yemləmə, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.
Səpindən çıxışa qədər 22-280 C temperatur, çıxışdan sonra isə 250 C əlverişlidir.
Şitilləri 3-4 dəfə üzvi və mineral gübrələrlə yemləndirmək lazımdır. Üzvi gübrə kimi əsasən quş peyni şirəsindən (1:20 nisbəti) istifadə edilir.
Mineral gübrələr məhlul halında 2 qr fosfor, 2 qr azot və 5 qr kalium 2 litr suda həll edilərək 1 m2 –ə verilir. Şitil hazır olduqda hər m2 –də 2000-2500 ədəd olur.
Hər hektar açıq sahəyə 40-60 m2-lik ləklərdə şitil becərilməsi tələb olunur.
Şitillərin əkilməsi. Torpağın üst qatında temperatur 10-120 C olduqda şitilləri tarlaya köçürürlər.
Xırda yarpaqlı tütünlər 50 x 12 sm sxemində hektara 150-200 min ədəd, orta yarpaqlılar – 60 x 20 -24 sm 80-90 min, iriyarpaqlılar – 70 x 30 və 90 x 30 sm 45-55 min ədəd olur.
Əkinlərə qulluq. Əsas qulluq işləri cərgəaralarının becərilməsidir. Cərgəaralarının becərilməsi 3-4 dəfə hər 8-12 gündən bir 6-8 və 10-12 sm dərinliyində aparılır
Suvarılan bölgələrdə 2-6 dəfə suvarma həyata keçirilir. Suvarma norması hektara 500-800 m3 – dir. Aşağı şitil yarpaqları, yarpaq qoltuğundakı bicləri təmizləmək və ucunun vurulmasıdır. Çiçəkləmə başladıqdan sonra 3-4 dəfə təmizlənir və biclər vurulur. Belə qulluq məhsul artımına səbəb olur, ehtiyat qida maddəsi biclərə və çiçək süpürgəsinə yox yarpaqlara sərf olunur.
Məhsul yığımı və qurutma. Yarpaqların yetişməsi eyni vaxtda baş vermir. Əvvəlcə ən yaşlı yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir. Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfə dərilir. Hər dərəndə bir bitkidən 3-7 yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində çeşidlənərək 5-6 metrlik iplərdən asılaraq qurudulur.
Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən qurudulduqda nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların keyfiyyətinə mənfi təsir göstərən zülali maddələr azalır, xlorofilin parçalanması nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli məhsul alınmasında başlıca şərtdir.
İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və nəmləndirilib kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatır.
Yarpaqların saralması 32-350 C temperaturda 80-85 % nisbi rütubətdə aparılır. Texniki yetişkən yarpaqlar üçün bu müddət 36-48 saat (40-450), yetişməmiş yarpaqlar üçün isə 60 saatdır. Yarpağın zoğu və saplağı 50-550 C –də quruyur.
Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla qurudulmuş yarpaqların 95 %-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən yuxarı olmamalıdır.
Dostları ilə paylaş: |