Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi


Г. С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611



Yüklə 5,86 Mb.
səhifə11/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

Г. С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611


  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.

    Darinin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi



    Əhəmiyyəti. Darı yarma istehsalı üçün becərilən əsas bitkidir. Ərzaq kimi dad keyfiyyətinə görə birinci yerlərdən birini tutur. Dəninin tərkibində 80% nişasta, 12% zülal, 3,5% yağ vardır. Orqanizm tərəfindən asan həzm olunur. Darı quşlar, heyvanlar üçün yaxşı yemdir. Küləşini iribuynuzlu mal-qara yaxşı yeyir, hər 100 kq-ı 51 yem vahidinə bərabərdir. Darı ən yaxşı təkrar və sığorta bitkisidir.

    Bitkinin tarixi. Darı buğda kimi qədim bitkidir. Bizim eradan 4-5 min il əvvəl becərilirdi. N. M. Vavilova görə vətəni Şərqi və Mərkəzi Asiya ölkələridir. Avropaya köçəri xalqlar tərəfindən gətirilmişdir. Gürcüstan ərazisində 2 min il bundan əvvəl becərildiyi müəyyən edilmişdir.

    Yayılması məhsuldarlığı. Darı bitkisi əkin sahəsinə və məhsuldarlığına görə dünyada axırıncı yerlərdən birini tutur (d.t.b. içərisində). Dünya miqyasında əkin sahəsi 45 mln. hektara yaxındır. Orta məhsuldarlığı dünya üzrə hektardan 7 sentnerə yaxındır. Əkin sahəsi Asiyada 24 mln. hektara yaxın, Afrikada isə 17 mln./ha yaxındır. Qazaxıstan, Ukrayna, Şimali Qafqazda və Rusiyanın Mərkəzi qaratorpaq bölgələrində becərilir. Yaxşı aqrotexnika tətbiq etməklə hektardan 20-35 sentner dən məhsulu götürən təsərrüfatlar çoxdur.

    Azərbaycanda bu bitkinin əkin sahəsi 0,1 min hektar və hektardan orta məhsuldarlıq (2016-cı il) 8,9 sentner olmuşdur.



    Botaniki təsviri. Darı Panicum (ing. millet, rus. просо) cinsinə aiddir, 400 növü vardır. Əsas əhəmiyyətə malik olanı iki növdür.

    Adi darı – Panicum miliaceum

    Otluq darı (İtaliya darısı)- Setaria italica

    Saçaqlı kök sisteminə aiddir. Kökü torpağın 1,5 m dərinliyinə, ətrafa isə 1m-ə qədər yayılır. Bitkinin hündürlüyü 70-100 sm, hətta 150 sm-ə çata bilir. Gövdəsi düz, içərisi boş, səthi tüklüdür. Bir bitkidə 2-5, 15-20 gövdə əmələ gəlir. Yarpaqları arpa, buğda və vələmir yarpağına nisbətən enli və üzəri tükcüklərlə örtülüdür. Çiçək qrupu 15-25 sm uzunluğunda süpürgədir. Əsas ox şaxələnərək 10-40 budaq əmələ gətirir. Sünbülcük çiçəklərindən biri saplaqlı, ikicinsli və məhsuldar, digəri oturaq (saplaqsız) və məhsulsuzdur (yalnız erkəkcik əmələ gətirdiyinə görə). 1000 ədəd dənin kütləsi 3-10 qramdır. Sünbülcük pulcuqları üç ədəddir. Süpürgənin yan budaqlarının oxa birləşdiyi yerdə yastıq olur.

    Adi darı süpürgəsinin formasına, sıxlığına və yan budaqların əsas oxdan ayrılma dərəcəsinə görə beş yarımnövə bölünür (dağınıq-patentissimum, asılan-effusum, əyilən-contractum, yarımkip-ovatum və kip süpürgəli-compactum).

    Bioloji xüsusiyyətləri. Darı istilik sevən bitkidir. Toxumların cücərməsi üçün 8-10 0C temperatur lazımdır. yaxşı çıxışlar 12-15 0C-də 5-7 günə əmələ gəlir. Onun cücərtiləri –3 0C şaxtada məhv olurlar. Optimal şəraitdə bitkinin kollanması üçün 18 0C, süpürgələməsi 20 0C, çiçəkləməsi 23 0C və yetişməsi üçün isə 21 0C temperatur lazımdır. Vegetasiya müddətində tələb olunan fəal temperatur 2000-2100 0C-dir. Digər taxıllara nisbətən yüksək temperatura dözümlüdür. Nəmliyə az tələbkardır. Cücərməsi üçün öz kütləsinin 25%-i qədər nəmlik qəbul etməlidir. Transpirasiya əmsalı 200-250- dir. Süpürgələmə, süd yetişmə fazalarında nisbətən çox su tələb edirlər. Yay aylarında düşən nəmlikdən darı yaxşı istifadə edir.

    Darı işıq sevən qısa gün bitkisidir. Sıx əkinlərdə və alaq otları kölgə saldıqda inkişafı zəifləyir. Gecə uzun, gün qısa olduqda bar orqanlarının əmələ gəlməsi sürətlənir. Öz-özünü tozlayan bitkidir.

    Darı torpağa tələbkardır. Onun optimal inkişafı üçün orta qranulometrik tərkibli, neytral reaksiyalı (pH=6,5-7,5) şabalıdı və açıq-şabalıdı torpaqlar yararlıdır. Şoran torpaqları yaxşılaşdırdıqdan sonra darını becərmək mümkündür. Vegetasiya müddəti sortdan və becərmə xüsusiyyətlərindən asılı olaraq 60-100 və 80-115 gün arasında dəyişir.

    Növbəli əkində yeri. Vegetasiyanın əvvəlində darı zəif inkişaf edərək alaqlardan ziyan çəkdiyinə görə sələflərə çox tələbkardır.

    Ən yaxşı sələf qara herik tarlası, paxlalı bitkilər, kartof və çuğundur hesab edilir. Payızlıq taxıllar və çoxillik otlar altından çıxmış sahələri düzgün becərdikdə darı səpini üçün istifadə edərək yüksək məhsul götürmək mümkündür.



    Gübrələmə. Hektardan 30 sentner dən və 60 sentner küləş məhsulu əldə edildikdə darı bitkisi torpaqdan 90 kq azot, 42 kq fosfor və 106 kq kalium aparır. Azot elementinə tələbi təxminən yazlıq buğdanın tələb etdiyi miqdardadır.

    Taxıl bitkiləri içərisində vahid quru maddə əmələ gətirməsinə sərf etdiyi kalium, kalsium və fosfor qarğıdalıdan başqa digər dənli taxıl bitkilərindən üstündür. Qida maddələrinə ən çox tələbi kollanma fazasından dənin dolması dövrünə (40-50 gün) qədərdir. Buna görə də şum altına verilən gübrələrdən səmərəli istifadə edir. Əsas gübrə kimi hektara 10 ton peyin, 30 kq təsiredici maddə hesabı ilə fosfor və kalium verilir.

    Səpinqabağı kultivasiya altına hektara 10-15 kq azot və 15-20 kq fosfor verilir. Birinci yemləmə gübrəsi kollanma fazasında, ikinci yemləmə gübrəsi isə boruya çıxma fazasında verilir. Yemləmələr 6-7 sm, 10-12 sm dərinliyə verilir.

    Torpağın becərilməsi. Sahə payızda dondurma şumu edilməli və yazda yüksək səviyyədə becərilməlidir. İlk növbədə 6-7 sm dərinlikdə üzləmə aparılmalı, əgər kökümsov gövdəli alaqlar varsa üzləməni 10-12 sm dərinlikdə aparmaq lazımdır. Cərgəarası becərilən bitkilərdən sonra üzləmə aparmadan birbaşa 27-30 sm dərinliyində şum qaldırılır. Yazda sahə malalanaraq 10-12 sm dərinliyində kultivasiya çəkilir. Qaysağı dağıtmaq və alaq otlarının cücərtiləri varsa onları məhv etmək üçün sahə malalanır və 4-5 sm dərinlikdə kultivasiya aparılır. Səpinə 10-15 gün qalmış sahə arat edilir.

    Toxumun səpinə hazırlanması. Yaxşı və keyfiyyətli çıxışlar almaq üçün iri toxumlar seçilməlidir. Toxumluq material toxumtəmizləyən maşınlarda çeşidlənməlidir. Səpin üçün 1,7-2,0 mm iriliyində olan toxumlar seçilməlidir. Səpin üçün götürülmüş toxumlar termiki üsulla 100 kq toxum 25 litr suda 280C temperaturda iki sutka saxlanılır və sonra qurudulur. Toxumlar havada qurudulduqdan sonra sürmə xəstəliyinə qarşı 1 ton toxuma 1 kq hesabı ilə qranozan və merkurbenzolla dərmanlanır. Zərərvericilərdən mühafizə məqsədilə 12%-li heksaxloran işlənilir.

    Səpin müddəti, üsulu norması. Torpağın əkin qatında temperatur 14-150C olduqda aprel ayının ikinci yarısında səpin aparılır. Gec aparılan səpinlər yaxşı nəticə vermir. Belə ki, bitkinin xüsusiyyətlərinə uyğun olaraq inkişaf fazaları optimal şəraitdə keçmir.

    Səpin üsulu müxtəlifdir. Onun gencərgəli (cərgəarası 45 sm), zolaqlı (cərgəarası 7,5 sm zolaqarası 60 sm), adi cərgəvi (12-15 sm) və yuva üsulu səpinləri mövcuddur. Suvarma bölgələrində geniş istifadə olunan səpin üsulu adi cərgəvi (cərgəarası 12-15 sm), dəmyə şəraitdə isə gencərgəli cərgəarası 45 sm–dir.

    Səpin norması toxumun iriliyindən, torpaq tipindən, səpin üsulundan və s. şərtlərdən asılı olaraq dəyişir. Dəmyə şəraitdə hektara 1,5-2,0 milyon ədəd və ya 15-18 kq cücərmə qabiliyyətli toxum, suvarılan zonalarda isə 2,5-3,0 milyon ədəd və ya 25 kq toxum götürmək lazımdır. Torpaqların qranulometrik tərkibindən və toxumların iriliyindən asılı olaraq toxumları 2-5 sm dərinliyə basdırmaq lazımdır.

    Əkinlərə qulluq. Cücərtilərin alınmasına qədər sahədə qaysaq əmələ gələrsə vərdənələmək və malalamaq lazımdır. Alaqlara qarşı hektara 1 kq 2,4-D herbisidi çilənir. Birinci yemləmə kollanma, ikinci yemləmə isə borulaşma fazasında verilir. Hər bir yemləmədən sonra suvarma aparılır. Üçüncü suvarma çiçəkləmədən sonra dənə dolma dövründə aparılır. Suvarmadan sonra cərgələr arası 4-5 sm ikinci dəfə 6-8 sm dərinlikdə yumşaldılır.

    Məhsulun yığılması. Süpürgələrin uc hissəsindəki dənlər tez, aşağı hissəsindəki dənlər isə gec yetişirlər. Dən yetişən zaman gövdə yaşıl olur. Süpürgənin orta hissəsindəki dənlər yetişən zaman yığım aparılır. Məhsul başdan-başa yaxud hissə-hissə kombaynla yığılır. Hissə-hissə yığım mum-yetişmə fazasında aparılır.

    Mövzu: 8. Dənli-paxlalı bitkilərin ümumi xarakteristikası, əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
    Mühazirənin planı:


    1. Dənli-paxlalı bitkilərin əhəmiyyəti, tarixi və yayılması.

    2. Dənli-paxlalı bitkilərin botaniki quruluşu və bioloji xüsusiyyətləri.

    3. Paxlalıların əkin sahələri, məhsuldarlığı və onun artırılması yolları.

    4. Paxlalıların toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

    5. Dənli-paxlalı bitkilərin əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəlik törədicilərə qarşı mübarizə tədbirləri).

    6. Məhsulun yığılması.



    Ədəbiyyat
    S. C. Əliyev və baş. - «Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu»,

    Kirovabad, 1988, 41 s.

    M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

    texnologiyası», Bakı, 2000, 264s.

    H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

    C. Ə. Əliyev və baş. - «Azərbaycan SSR-in suvarma şəraitində soyanın



    yetişdirilməsi», Bakı, 1982, 51 s.

    • П.П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.

    • Б.В. Федесоев - «Механизированная технология возделывание и уборки бобовых культур», Москва, «Расселхозиздат», 1983, 183с.

    • Д. Гберт, И. Фокке, В. Клейн - «Вырашивание зернобобовых культур на промышленной основе», Москва, «Колос»,1981, 159 с.

    • Д. Шпаар и др. - «Зернобобовые культуры»., Минск, 2000, 264 с.

    • Г.Т. Лавриенко и др. - «Соя», Москва 1978, 187 с.

    • Д.А.Aлиев, З. И. Акперов - «Фотосинтез и урооай сои», Москва-Баку,1995,

    116 s.

    • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 с.

    • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 с.

    • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356

    s.

    Yüklə 5,86 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   26




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin