Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə21/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26

Becərilməsi və məhsuldarlığı. Orta Asiya ərazisində arxeoloji qazıntılar zamanı yemişin becərilməsinin bizim eranın III əsrinə aid olduğu güman edilib. Yemlik bostan bitkiləri Çində, Hindistanda, Yaponiyada, Afrikada, Mərkəzi və Cənubi Amerikada becərilir. Avropa ölkələrində xeyli əkin sahələri Bolqariyada, Macarıstanda, Rumıniyada, İtaliyada Yuqoslaviyada, Ukraynada, Moldovada və s. vardır.


Rusiya ərazisində əsasən orta və aşağı Volqaboyunda, Şimali Qafqazda, Mərkəzi qaratorpaq, Qaratorpaq olmayan bölgələrdə, qarpız, Sibirdə balqabağı becərilir.

Yemiş Orta Asiya respublikaları və Zaqavqaziyada becərilir. Qarpızın məhsuldarlığı hektardan dəmyə şəraitində 250-300 sentner, suvarılan zonalarda 400-500 sentnerə, yemişinki 160-180 və 500 sentnerə, qabağınkı isə 350-700 sentnerə çatırdı.



Botaniki təsviri və bioloji xüsusiyyətləri. Qabaqkimilər ailəsinin – Cucurbitaceae 3 cinsi qarpız (citrullus), yemiş (melo) və qabaq (cucurbita). Bu cinslər birillikdir.

Qarpız – 2 növü var, süfrə qarpızı – Citrullus edulus, yem qarpızı – Citrullus scolocynthoide. Qarpızın mil kökü var, torpağın 3-5 m dərinliyinə, 7 m ətrafa yayılır. Gövdəsi sürünəndir, uzunluğu 2-5 m, budaqları 5-10 ədəd olur. Qarpız cinsi birillik və çoxillikdir. Tağı (4-5m) qabırğalı və çox şaxələnəndir. Yarpaqları biri digərinin üzərinə yatan, yaxud toxunan iri dilimlərə bölünür. Tipik yarpaqları kök boğazından etibarən 15-20 ədədi hesab edilir. Özünü torpaqda bərkitmək üçün gövdədə mürəkkəb bığcıqlar əmələ gəlir.

Çiçəkləri küləşi sarı rənglidir. Meyvəsi iri 14-60 sm uzunluğunda kürə formalı, yaxud uzunsov-oval, səthi hamar, qabığı tünd-yaşıl, açıq-yaşıl, zolaqlıdır. Meyvənin ətli hissəsi sarı, qırmızı, çəhrayı və narıncı rənglidir.

Toxumları yastı, oval-yumurtavarı, 1,0-1.5 sm uzunluğunda, ağ, qara, qırmızı və darçını rəngdədir. Bir meyvədə 30-1000-ə qədər toxum olur. 1000 ədədinin kütləsi 80-150 qramdır. Qarpızın qabığının qalınlığı 0,5-2 sm-dir. Meyvənin ətli hissəsində 5-7,3% şəkər vardır. Meyvənin kütləsi 2-20 kq-a qədərdir. Yem qarpızında 1,2-2,6% şəkər olur.

Qarpız istisevən quraqlığa davamlı bitkidir. Nəm torpaqda toxumları +16+17 0C temperaturda cücərməyə başlayır. Çıxışlar 8-10 günə əmələ gəlir. -1 0C şaxtalarda məhv olurlar. Gövdənin inkişafı üçün 20-22 0C, meyvənin inkişafı üçün isə 25-30 0C optimal hesab olunur. Qarpız işıqsevən qısa gün bitkisidir. Qarpız üçün ən yaxşı torpaqlar qumlu və qumsal torpaqlardır.



Yemiş (qovun)melo cinsinə daxildir. Bitkisinin quruluşuna görə balqabağa oxşayır. Gövdəsi qısa, nazik, yarpaqları və çiçəkləri xırdadır. Kökü torpağın 3-4 metr dərinliyinə işləyir. Gövdəsi silindrşəkilli, sürünəndir. Yarpaqları uzun saplaqlı ürəkşəkilli və böyrəkşəkillidir. Çiçəyinin tacı sarımtıl-yaşıl rəngdədir. Meyvəsi iri oval, yumurtavarı, uzunsov, kürəşəkillidir. Rəngi müxtəlifdir. Meyvənin səthi hamar yaxud cadarlıdır. Ətli hissəsində 12% şəkər var. Toxumu yumurtavarı, iriliyi 0,5-2,5 sm, tərkibində 25-30% yağ var. 1000 ədədinin kütləsi 35-50 q-dır.

Qovun bioloji xüsusiyyətlərinə görə qarpıza oxşardır, lakin, ona nisbətən istilik sevəndir, quraqlığa davamı isə azdır.



Qabaq – üç növü var: Süfrə, yemlik və muskat qabağı. Çoxillik və birillik formaları vardır. Normal becərmə şəraitində yoğun, uzun və şaxələnən tağ əmələ gətirir. Kökü torpağın 3-4 m dərinliyinə işləyə bilir. Yarpaqları uzun saplaqlı, tamkənarlı, az hallarda dilimlənmiş olur (10-15ədəd). Çiçəkləri narıncı-sarı rəngdədir. Erkəkcik çiçəkləri, dişicik çiçəklərindən fərqli olaraq uzun saplaqlıdır. Meyvəsi kürəşəkilli oval, yastı, ellips formalı, müxtəlif rənglidir. Meyvəsinin ətli hissəsi sarı, narıncı və ağ rənglidir. Tərkibində 4-8% şəkər vardır. Toxumları ürəkvarı, oval, xırda və müxtəlif rənglidir. Toxumun tərkibində 50-52% yağ var. 1000 ədədinin kütləsi 200-230 q-dır. Qabaq, qarpıza və qovuna nisbətən istiliyə, quraqlığa az tələbkardır. Toxumları 12-13 0C–də cücərməyə başlayır. Qabaq gillicəli torpaqda yaxşı bitir.

Becərilməsi və məhsulun yığılması. Bostan bitkiləri alaq otlarından təmiz münbit torpaqlara tələbkardır. Onlar xam və dincə qalmış torpaqlarda, eyni zamanda çoxillik otlar altından çıxmış tarlalarda yaxşı inkişaf edirlər.

Növbəli əkində bostan bitkiləri payızlıq taxıllardan, qarğıdalı və birillik otlardan sonra becərilir.

Üzvi və mineral gübrələrin düzgün tətbiqi məhsuldarlığı artırmaqla onun yetişməsini sürətləndirir və keyfiyyətini yaxşılaşdırır. Qarpız altına hər hektara 15-20, qabaq altına 30-40 ton peyin verilir. Mineral gübrələri hektara N90P130 K60 əsas şum altına, cərgələrə isə N10P15 K10 kq verilir. Mineral gübrələr məhsuldarlığı 25-30% artırır.

Torpağın becərilməsi 8-10 sm üzləmə, 25-30 sm dərinliyində şum aparmaqdır. Yaz becərmə işləri 2 dəfə kultivasiya çəkmə və malalamadır.

Səpin üçün dolğun və sağlam toxumlar seçilir. Cücərmə qabiliyyəti 90%- dən aşağı olmamalıdır. Səpinqabağı toxumları havada günəş altında 3-5 gün qızdırdıqdan sonra 50-60 0C-də 4 saat saxlayırlar. Səpinə 1-2 gün qalmış toxumları 24 saat müddətində otaq temperaturunda isladırlar.

Toxumları səpməzdən qabaq, hər kq-a 5 qram hesabı ilə 80%-li TMTD və 4 qram 65%-li fenturamla işləyirlər.

Səpin müddəti qarpız və qovun üçün torpağın 10 sm qatında temperatur 12-14 0C və qabaq üçün 9-10 0C-dir. Bu temperaturda qarpız 9-10, yemiş 8-9, qabaq 6-7 gündən sonra çıxışlar verir. Səpinin gecikdirilməsi məhsuldarlığa mənfi təsir göstərir.

Bostan bitkilərinin səpinləri SBN-3, CUB-2,4 markalı toxum səpən maşınlarla aparılır. Punktir üsulu ilə səpin üçün SPÇ- 6M-dən istifadə edilir. Səpin üçün pambıq və qarğıdalı toxumu səpən maşınlarından istifadə olunur.


Səpin sxemləri

Qarpız - 2,5 x 1,5 – 1,7 2,1x 2,1 – 1,4


Qovun - 2,5 x 0,8 – 1,0 2,1 x 0,8 - 1,2

Qabaq - 2,5 x 1,8 – 2,0 2,8 x 1,5 – 1,8


Səpin norması hər hektara qarpız 1,5-3,0 kq, qabaq 3-5 kq, yemiş 2-4 kq-dır. Toxumun basdırılma dərinliyi qarpız və qabaq 6-8 sm, yemiş 4-6 sm.

Əkinlərə qulluq malalama rotasiya toxaları ilə yumşaltmadır. Bu zaman həm qaysaq dağıdılır, həm də alaq cücərtiləri məhv edilmiş olur. Cərgəarası becərmə 12-15 sm, sonra isə 8-10 sm dərinliyində aparılır.

Cərgəarası becərmədə KRN-4,2, KRN-5,6, KNB-5,4 markalı kultivatorlardan istifadə olunur. Məhsul yığımına 15 gün qalana qədər əkinləri unlu şeh və antraknoz xəstəliklərinə qarşı hektara 600 litr 1% -li Bordo mayesi və 10- 15- 20 kq kükürd tozu ilə işləyirlər.

Vegetasiya müddətində bostan bitkiləri 3-5 dəfə suvarılır (10-15 gündən bir). Çiçəkləməyə qədər, çiçəkləmədə suvarma dayandırılır və meyvə əmələ gəldikdə yenidən suvarılır, suvarma norma hektara 600-800 m3–dir.

1-ci suvarma çıxışdan 20 gün sonra, 2-ci suvarma bundan 10-15 gün sonra aparılır. Yığıma 15 gün qalmış suvarma dayandırılır. Bostan bitkilərinin meyvələri eyni vaxtda yetişmirlər. Ona görə də qarpız və yemişi 2-3 dəfəyə yığırlar. Qabaq və yem qarpızını bir dəfəyə yığırlar. Yetişərkən qarpızın qabığı kobudlaşır, saplağı quruyur, yemiş və qabaq sarı rəng alırlar.

Saxlamaq üçün zədələnməmiş meyvələri seçirlər. Qarpız 2-30C, yemiş 0-20C temperatur və 75-85% nəmlikdə (hava) saxlanılır. Balqabaq isə müvafiq olaraq 100C və 70-75% nəm havada saxlanılır.


Birillik taxıl paxlalı yem bitkiləri
Azərbaycanda heyvandarlığı inkişaf etdirmək üçün möhkəm və sabit yem bazasının yaradılmasında çoxillik ot bitkilərinin də rolu böyükdür. Çünki, birillik yem bitkiləri qrupuna daxil olan dənli, dənli-paxlalı, şirəli, bostan və yem bitkiləri yalnız yüksək keyfiyyətinə görə deyil, eyni zamanda bir sıra müsbət bioloji, təsərrüfat xüsusiyyəti keyfiyyətlərinə görə respublikamızın kənd təsərrüfatında müvəffəqiyyətlə becərilir.
Birillik paxlalı yem bitkiləri:

Şabdar, Çöl lərgəsi

Şənbəllə, Kürüşnə

Yem noxudu, Yazlıq gülül

Çöl noxudu, Pırpızlı gülül
Birillik taxıl otları:

Sudan otu

Afrika darısı

Çumiza


Moqar

Sudan otu

Taxıllar fəsiləsinə aiddir. Respublikamızda Çernamorka sortu becərilir. Sudan otu məhsuldar və quraqlığadavamlıdır. Yaşıl və quru ot, habelə silos üçün becərilir. Yüksək aqrotexnika fonunda 2-3 dəfə biçin verir. Hektardan 200-500 sentner yaşıl kütlə məhsulu alınır. İstisevən bitkidir. Toxumların cücərməsi üçün 18-200C temperatur lazımdır. Aran rayonlarda aprel, dağlıq zonalarda may ayında əkilir. Səpin norması hektara 15-20 kq-dır. Vegetasiya müddətində 4-5 dəfə suvarılır. Süpürgə açmazdan əvvəl boyu 50-60 sm-ə çatdıqda biçilir. Çalımdan sonra dərhal suvarılır. Suvarmadan 45-50 gün sonra biçilir. Sudan otu çalındıqdan və otarıldıqdan sonra sürətlə böyüyür. Mal-qara yaşıl kütləsini iştahla yeyir. Torpağa az tələbkardır. Qara və şabalıdı torpaqlarda sıx bitki örtüyü yaradır.

Kök sistemi saçaqlıdır. Torpağın 2,5 m dərinliyinə işləyir. Əsas kök kütləsi şum qatında olur. Gövdəsi silindir şəkilli, hamar və bol yarpaqlı olur. Gövdəsinin hündürlüyü 1,5-3,0 m-ə çatır. Bir bitkidə 4-dən 120-yə qədər zoğ əmələ gəlir. Yarpağı çılpaqdır, eni 2-4 sm, uzunluğu isə 40-60 sm-ə çatır. Süpürgəsinin uzunluğu 40 sm, vegetasiya müddəti isə 100-120 günə yaxındır.
Afrika darısı

Quraqlığa davamlı, məhsuldar birillik ot bitkisidir. Güclü inkişaf edən saçaqlı kök sistemi torpağın dərinliyinə işləyir. Gövdəsi uzun dikdayanandır, uzunluğu 2-3 m-ə çatır. Bir bitkidə 18-ə qədər zoğ və 12-yə qədər yarpaq olur. Yarpağın uzunluğu 70 sm, eni 4-5 sm-ə bərabərdir. Çiçəyin uzunluğu 50 sm-ə çatır. Hektardan 10-30 sentnerə qədər toxum verir. Vegetasiya müddəti 95-100 gün arasında dəyişir.

Quraqlığa davamlı istisevən bitkidir. Suya da tələbkardır. Torpaqda temperatur 10-120C olduqda toxumlar cücərir.

Əsas becərmə işləri səpindən qabaq torpağın yaxşı hazırlanması, səpinin təşkili və qulluq işləridir. Darı əkiləcək sahələrdə sələf bitkisinin məhsulu yığılan kimi sahə 8-10 sm dərinlikdə üzlənir, hektara 50 kq fosfor verilir və 25-27 sm dərinlikdə şumlanır. Səpindən qabaq 10-12 sm dərinliyində kultivasiya çəkilərək sahə malalanır.

Yem üçün darcərgəli 15 sm, dən üçün isə enli, gencərgəli 30 sm üsulla səpilir. Hektara səpin norması 15-20, 10-12 kq toxumdur. Toxumlar 4-6 sm dərinliyə basdırılır.

Səpindən sonra darı əkinlərinin cərgəarası becərilir, suvarılır, gübrələnir, alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılır. Təsiredici maddə hesabı ilə hektara 50-60 kq azot gübrəsi verilir. 1-ci suvarma cücərtilər alındıqda, 2-ci süpürgələmədən əvvəl, 3-cü süpürgələmədən sonra hektara 350-400 m3 norma ilə aparılır.

Yaşıl kütləsindən keyfiyyətli silos alınır. Dəni də qüvvəli yemdir. Silos üçün çiçəkləmə dövründə biçilir. Bu dövrdə gövdə və yarpaqlar zərif olur, tərkibi isə karbohidratlarla zəngin olur. Dəni kombaynla yığılır.
Çumiza

Quraqlığa davamlı istisevən bitkidir. Yaşıl kütləsi, quru otu və dəni istifadə olunur. Dəninin tərkibində 14% zülal vardır. Quru otun tərkibində 15-17% zülal olur. Məhsuldarlığı hektardan 180-370 sentnerə çatır. Toxumları 5-100C-də cücərir. Torpaqda temperatur 15-200C-yə çatdıqda səpinə başlanılır. Səpin norması hektara 15-20 kq toxumdur. Yaşıl yem üçün süpürgələmədən qabaq biçilir. Saçaqlı kök sisteminə aiddir, kökü torpağın 1metr dərinliyinə işləyir. Gövdəsi düzdür 50 sm-dən 2 m-ə qədər uzanır. Yarpaqları lansetşəkilli, kənarları girintili-çıxıntılı, uzunluğu 25-65 sm, eni 2-4 sm olur. Süpürgəsinin uzunluğu 20-30 sm-dir.

Qulluq işləri alaq otlarını təmizləməkdən və vaxtında suvarmaqdan ibarətdir. Bataqlı və şorakət torpaqlardan başqa bütün torpaqlarda becərilir.
Moqar

Azərbaycanda 1956-cı ildən sonra becərilməyə başlanmışdır.

Quraqlığa davamlı, torpağa az tələbkar və istisevən bitkidir. Torpaqda temperatur 10-12 dərəcə olduqda toxumlar cücərir. Səpin cərgəvi üsulla hektara 10-15 kq normada səpilir. Cücərtidən 50-60 gün sonra biçilir. Boruya çıxmadan süpürgə əmələ gələnə qədər biçini qurtarmaq lazımdır. Hektardan 150-300 sentner yaşıl kütlə məhsulu verir.

Kökləri saçaqlıdır, torpağın 1metr dərinliyinə işləyir. Bitkinin gövdəsində çoxlu yarpaqlar olur, yarpaqların uzunluğu 50 sm, eni 3 sm-ə çatır. Gövdənin hündürlüyü 1,5 metrə çatır. Vegetasiya müddəti 90-120 günə bərabərdir. Son illərdə Sudan otu, sorqo, moqarla yanaşı çumiza və Afrika darısı da az da olsa becərilir. Lakin, bunlar Azərbaycanda əsas yem bitkisi ola bilməz.


PaxlalılarŞabdar

Şabdar (İran yoncası) 1 və 2 illik paxlalı ot bitkisidir. Yaşıl və quru ot üçün becərilir. Köklərində fır bakteriyaları tez əmələ gəlir və torpağı azotla zənginləşdirir. Çiçəklərində çoxlu nektar olduğundan arıçılıq üçün əlverişlidir.

Yazda və payızda səpilir. Səpin norması hektara 15-20 kq-dır. Suvarma şəraitində ildə 2-3 dəfə biçilir. Hektardan 200-300 sentner yaşıl kütlə verir. Yemin tərkibində 14-16% zülal olur. Hündürlüyü 20-100 sm-ə çatır. Kök, gövdə və yarpaqlarının quruluşuna, rənginə və yumşaqlığına görə yoncaya oxşayır. Yarpaqları nazik tərs yumurtavarıdır. Çiçəkləri çəhrayıdır. Xoşagələn iyi vardır. Çox tez çiçəkləyərək toxum verir.

Şabdar respublikamızın suvarılan aran rayonlarında çox qədimdən becərilir. Şabdarın bir sıra üstün cəhətləri vardır: Biçindən sonra güclü inkişaf edir, şoran və az şorlaşmış sahələrdə biçənək və otlaq bitkisi kimi istifadə olunur, suvarılan zonalarda pambıq üçün ən yaxşı sələf bitkisi sayılır, növbəli əkin üçün faydalıdır.


Şənbəllə

Birillik paxlalı bitkidir. Kökü milşəkilli, nazik və azacıq şaxələnmiş olur. Kökünün rəngi ağımtıl, boz, boğaz hissəsində qalınlığı 1,0-1,8 sm-dir. Kökləri bərk, kövrək, tez sınandır. Köklərində fırlar əmələ gəlir. Kökü torpağın dərinliyinə 60-90 sm, ətrafa isə 12-25 sm yayılır.

Xarici görünüşünə görə şənbəllə yoncaya daha çox oxşayır. Bitkinin boyu 70-160 sm-ə çatır. Gövdəsinin içi boş, üzü tüklü, yarımzərif açıq yaşıl rənglidir. Yarpağı üçər, tərs yumurtavarı, oval formada olub uzunluğu 2,4-3,6 sm, eni 1,2-1,7 sm-dir. Bozumtul-yaşıl rəngdə olub alt tərəfi xırda tüklüdür, əsasən gövdənin ucunda yerləşir.

Çiçəkləri açıq-sarı və ya sarıdır, uzunluğu 1,0-1,5 sm, paxlaları əyri buynuz uzunluğu 7,5 sm, eni 0,5 sm-dir. Bir paxlada 3- 20 ədəd toxum olur, bəzən 40-a çatır. Toxumların uzunluğu 3-4 mm, eni 2,0-2,5 mm, dənin mütləq kütləsi 15-20 q-dır. Bir bitkidə 3-6 qr. toxum olur.



Quraqlığa davamlı yüksək məhsuldar bitkidir, cücərdikdən sonra 1m2-də orta hesabla 200-ə qədər bitki alınır. Torpağa az tələbkar, istiliyə, soyuğa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tez cücərəndir. Məhsuldarlığı yoncaya yaxındır. Torpağı azotla zənginləşdirir. Çiçəklərindən arılar bal çəkir. Vegetasiya dövrü 70-100 gündür. Səpindən 6-8 gün sonra cücərir, cücərdikdən 30-42 gün sonra toxum yetişir və vegetasiya müddəti başa çatır. Hektardan 60-70 sentner quru ot məhsulu verir. Tənbəllənin tərkibində 18% həzmə gedən zülal, 14,8% xam zülal, 2,16% yağ, 21,41% sellüloza vardır. Suvarılan torpaqların hər hektarına 60-80 kq toxum səpilir.


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin