Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə23/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26

Kök sistemi yaxşı inkişaf edərək şaquli istiqamətdə 20-40 sm dərinə gedir. Rəngi boz, açıq-boz olur. Bitkinin gövdəsinin hündürlüyü 30-60 sm-ə çatır. Gövdələr nisbətən düz, çılpaq, dördkünclü, azacıq əyilmişdir. Yarpaqları lələkvarı olub, cüt-cüt yarpaqcıqdan ibarətdir. Çiçəklərin rəngi , qırmızı, çəhrayı bənövşəyi olur. Paxlasında toxumların sayı 24-ə çatır.

Yem noxudu


Birillik dənli-paxlalı, payızlıq yaxud qışlayan yem bitkisidir. Yüksək təsərrüfat əhəmiyyətinə malikdir. Yaşıl kütləsini heyvanlar iştahla yeyirlər.

Yem noxudunun tərkibində 50%-ə yaxın zülal, 30%-ə qədər yağ, 20%-ə qədər sulu karbonlar, başqa mineral maddələr, vitaminlər, kül elementləri və s. vardır. Tez yetişir, əlverişli şəraitdə 25-30 günə cücərtilərin boyu 55-65 sm-ə çatır. Hər hektardan 300-450 sentner yaşıl kütlə verir. Suvarma şəraitində 1 ildə 2 dəfə məhsul verir. Vegetasiya müddəti qısa olduğu üçün aralıq bitki kimi də becərilir. Erkən yazda, həm də kövşən yerinə əkmək mümkündür.



Payızda, sentyabr-noyabr aylarında yem noxudunun səpilməsi, yem qıtlığını mart-aprel aylarında (yazda) aradan qaldırır. Yazda hər hektardan 200-300 sentner yaşıl kütlə məhsulu götürmək mümkündür.

Taxıl bitkiləri ilə qarışıq səpdikdə yaxşı nəticə verir. Şaxtaya davamlıdır. 20 0Cdək şaxtalara dözür. Quraqlığa davamlıdır. Toxumları +2 0C- cücərir. Müxtəlif bitkilər üçün yaxşı sələfdir. Hektara 100 kq-a qədər azot toplayır ki, bu da 20 ton çürümüş peyini əvəz edir. Özündən sonra becərilən bitkilərin məhsuldarlığını 30% artırır.

Dənin tərkibində zülal 28%-ə, nişasta isə 50%-ə yaxındır.




Çöl noxudu


Birillik paxlalı yem bitkisidir. Kökü torpağın 50-70 sm dərinliyinə, 20-30 sm ətrafa yayılır. Bitkinin hündürlüyü 100 smə çatır. Gövdəsi nazik qaba olur. Gövdənin orta boyu 50-90 sm-dir. Diametri 1,2-1,8 sm-dir. Bir bitkidə 8-11 gövdə, hər gövdədə 8-26 buğumarası olur. Yarpaqları tək lələkvarı, uzunsov lentşəkilli, eni 0,5-1,3 sm-dir. Yarpaqlar tünd yaşıl rəngli, aşağı səthi qısa tüklərlə örtülüdür. Paxlası ip şəklində, uzunluğu 4,5 sm, eni 0,4-1,0 sm-dir. Əsasən yazlıq çölnoxudu, ensizyarpaq çölnoxudu, tüklü çölnoxudu becərilir.

Çiçəkləri buğumlar arasında dik dayanır. Çiçəklərin uzunluğu 1,4-4,0 sm-dir. Toxumları oval, tutqun-çəhrayı rənglidir. Dənləri qonur ləkələrlə örtülü, məxməri rəngə çalır. Hər paxlanın içərisində 2-6 toxum yerləşir.

Toxumun uzunluğu 0,3-0,4 sm, eni 0,2-0,3 sm-dir. Mütləq kütləsi 60-80 q-dır.

Quraqlığa, soyuğa və xəstəliklərə davamlıdır. Səpindən 8-10 gün sonra cücərir, cücərdikdən 32-45 gün sonra çiçəkləyir. Çiçəklədikdən 32-36 gün sonra toxum yetişir və vegetasiya müddəti başa çatır. Azərbaycanda vegetasiya dövrü 65-80 gündür.



Çoxillik taxıl və paxlalı yem otları



Çobantoxmağı

Taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. El arasında çobantoppuzu, çobantoxmağı, şeytançomağı, çəməntoxmağı və s. adlanır. Soyuğa və quraqlığa davamlıdır. İlk yazda tez inkişaf etdiyindən quzuların və ana qoyunların otarılması üçün əlverişlidir. Qışda yaşıl hissəsini itirmir, ona görə də mal-qaranın otarılması üçün böyük əhəmiyyət kəsb edir. Torpağın strukturunu yaxşılaşdıran, münbitliyini artıran, qışı sərt keçən dağlıq dəmyə zonalar və quraqlıq rayonlar üçün son dərəcə əhəmiyyətli olan çobantoxmağı, təəssüf ki, əkinçilərimizin diqqət mərkəzindən yayınmışdır. Seyrək kollu bitkidir. Dik dayanır, gövdənin hündürlüyü 105 sm-ə çatır. Hamar, bol yarpaq verir. Hər gövdədə 4-8 buğum olur. Silindrşəkilli yarpaqları əmələ gəldikdə uzununa iki qat bükülür. Yarpağın rəngi əvvəlcə açıq yaşıl, sonra boz-yaşıl olur. Yarpaq qınları örtülü, dilləri uzunsov yumurtavarı, yuxarıdan parçalanmış və saçaqlı olur. Mürəkkəbçiçəklidir, çiçəkləri sünbülcükdən ibarət olub, yığcam və dağınıq süpürgə əmələ gətirir. Bir neçə çiçəkdən ibarət sünbülcüklər süpürgənin oxu, yaxud budaqların üzərində yerləşir. Toxumu yastı, uzunsovdur. Mütləq kütləsi 0,8-1,3 q-dır. Kökü saçaqlıdır. Yonca ilə qarışıq əkini yaxşı nəticə verir. Suvarıldıqda bol məhsul verir. İşıqda və kölgədə bitir (meşə, kolluq).

Çəmən yulafı

Taxıllar fəsiləsinin çoxillik yem bitkisidir. Yerüstü hissəsi seyrəkləşmiş kolu xatırladır. Hündür gövdəlidir. Kökünün ətrafında güclü budaqlar və yarpaqlar əmələ gətirir. Yerüstü hissəsi yaxşı inkişaf edir. Bitkinin hündürlüyü 130-160 sm-ə çatır. Quru yemin tərkibində 12%-ə qədər zülal olur. Hektardan 30-40 sentner quru ot götürülür. Respublikamızda dağlıq və dağətəyi zonalarda yaxşı inkişaf edərək güclü yaşıl kütlə əmələ gətirirlər. Suvarılan zonalarda çoxillik paxlalı yem bitkiləri ilə qarışıq əkdikdə yüksək məhsuldar əkmə otlaqların yaradılması üçün əvəzsiz yem bitkisidir.
Çəmən pişikquyruğu

Yarpaqları açıq yaşıl rəngli, gövdəsi düz, nisbətən yoğundur. Bitkisinin hündürlüyü 1m-ə çatır. Kökü koma halındadır və çoxlu miqdarda kökcüklər olur. Torpağın 80-100 sm dərinliyinə işləyir. Yemlik keyfiyyəti yüksəkdir. Yemin tərkibində 10-12% zülal olur. Heyvanlar iştaha ilə yeyirlər. Dağlıq və dağətəyi zonalarda çəmənçiliyi inkişaf etdirmək və dəmyə şəraitdə biçənək yaradıb yem istehsalını artırmaq üçün böyük əhəmiyyətə malikdir.

Çəmən pişikquyruğunun hər hektarından orta hesabla 15-50 sentner quru ot tədarük olunur.
Qılçıqsız tonqalotu

Kökümsov gövdəyə malik, çoxillik taxıl bitkilərinin ən qiymətli nümayəndəsidir. Gövdəsi çox yarpaqlı olması ilə digər taxıl otlarından fərqlənir. Yarpaqları enli, lentvarı və parlaqdır. Hündürlüyü 100-150 sm-ə çatır. Güclü kök sistemi torpağın 1-2 m dərinliyinə işləyir. Quraqlığa davamlıdır.

Yüksək yem keyfiyyətinə malikdir. Hər sentnerinin yem vahidi 50-yə yaxındır. Tərkibində 14-16% zülal vardır. Otlaq və biçənəklər yaratmaq üçün faydalıdır. Heyvanlar yaxşı yeyirlər. Dağlıq zonalarda yüksək məhsul verir. Əkmə otları yaradılmasında qarışıq ot səpini aparmaq üçün əvəzsiz bitkidir. Güclü saçaq əmələ gətirdiyindən, yamaclarda torpağın aşınmasının qarşısını alır. Orta hesabla hər hektardan 30-50-60 sentner quru ot məhsulu verir.

Otlaq qaramuqu

Taxıllar fəsiləsinin çoxillik qiymətli yem bitkisidir. Otlaqların yaradılması və dağətəyi zonalarda yamacların aşınmasının qarşısını almaq üçün əvəzsizdir. Güclü inkişaf edən uca gövdələri olur. Kök ətrafında küllü miqdarda yarpaq əmələ gətirdiyindən güclü ot örtüyü yaranır. Mal-qara iştaha ilə yeyir. Yüksək yemlik keyfiyyətinə malikdir. Yemin tərkibində 10-12% zülal olur. Yaxşı becərildikdə və əlverişli şəraitdə hər hektardan 40-65 sentner quru ot istehsal olunur. Haqqında danışdığımız yem bitkilərindən başqa çəmənqırtıcı, ayrıqotu və s. bir sıra qiymətli çəmən otları da vardır ki, onların təsərrüfat əhəmiyyəti böyükdür. Şübhəsiz ki, bu bitkilərin toxumçuluğunun tədricən inkişaf etdirilməsi gələcəkdə respublikamızda onların əkin sahəsinin genişləndirilməsinə və müvəffəqiyyətlə becərilməsinə geniş imkanlar yaradacaqlar.



Yonca

Yonca otunun tərkibində çoxlu zülal, fosfor, kalsium və əvəzsiz amin turşuları olduğundan yüksək yem keyfiyyətinə malikdir. Hər sentner quru otda 50-60 yem vahidi vardır. Yonca taxıllar və pambıq bitkisi üçün gözəl sələfdir. Torpağın strukturunu yaxşılaşdırır, münbitləşdirir, duzlaşmanı və göbələk xəstəliyini azaldır.

Rüşeymin inkişafı 2-3 0C-də başlayır. Çıxış üçün optimal temperatur 18-20 0C-dir. Çıxışlar 6 0C şaxtada, bitkisi isə qar örtüyü altında – 40 0C-yə qədər dözürlər. Faydalı temperatur 800 0C-dir, quraqlığa davamlı eyni zamanda nəmliyə tələbkardır. Öz kütləsi qədər toxum nəmlik qəbul etdikdən sonra cücərir. Tarla rütubət tutumu 80% olmalı və hər biçimdən sonra suvarılmalıdır. Yonca uzun gün bitkisidir.

Münbit torpaqlarda daha yaxşı inkişaf edir. Torpağın çox turşuluğuna pH=5,0 dözmür, pH=6,5-7.0 yaxşı inkişaf edir (fır bakteriyaları – rhizobium əmələ gəlir).

Suvarma zonalarında bütün bitkilərdən sonra növbələndirmək olar. Ən yaxşı sələfləri dənli taxıl bitkiləri, qarğıdalı, Sudan otu, darı və s.-dir. Öz yerinə 3-4 ildən sonra qaytarılır.

Torpağın becərilməsi üzləmədən 2-3 həftə sonra 25-30 sm dərinlikdə ön kötancıqlı kotanla şumlamaqdır. Səpinə qədər 2-3 dəfə malalama və kultivasiya aparılır.

Yonca torpaqdan çoxlu azot, fosfor, kalium, kalsium və maqnezium aparır. Hektara 20-40 ton peyin verilməsi məhsuldarlığı (quru ot) 11-12% artırır. Hektara 2-3 sentner superfosfat, 1 sentner kalium və 100 qram molibden verilməsi yaxşı norma hesab edilir.
Xaşa

Respublikanın əsasən dəmyə, dağlıq və dağətəyi rayonlarında becərilir. Xaşa bütün kənd təsərrüfatı heyvanları tərəfindən yaşıl kütlə, quru ot kimi yeyilir və otlaq yemi kimi istifadə olunur. Yonca və üçyarpağa nisbətən xaşanın üstünlüyü ondan ibarətdir ki, heyvanlar yaşıl halda yemləndirildikdə timpanit (köp) xəstəliyinə tutulmurlar.

Xaşanın yaşıl kütləsinin hər sentnerində 17,2, quru otunda 53,5 yem vahidi var. Yaşıl otun tərkibində 70% su, 18,2% zülal, 4,3% yağ, 23,2% sellüloza, 8,3% kül və 46,1% azotsuz ekstraktiv maddələr vardır. Quru otunda müvafiq olaraq 16%, 16%, 2,8%, 27,1%, 6,6% və 46,9%-dir.

Bal arıları xaşa əkininin hər hektarında 120-170 kq-a qədər bal toplaya bilir.

Xaşa torpağı azotla zənginləşdirir. Hər hektara 140-200 kq-a qədər azot toplayır və torpağın strukturunu xeyli yaxşılaşdırır. Hər çalımda hektardan 28-75 sentnerə qədər quru ot məhsulu alınır.

Zaqafqaziya xaşasının əsas fərqləndirici cəhətləri: cavan zoğları və yarpaqları sıx tüklərlə örtülmüşdür və boz-yaşıl rənglidir. Gövdəsinin içərisi adətən boş olub, daha zərifdir, çiçək salxımı uzun, silindrik formalı təpəsi kütdür, çiçəyin ləçəkləri nisbətən qısadır. Paxlaları qısa tüklərlə örtülüdür (çılpaq da olur). Toxumlarının mütləq kütləsi 10-20 q- dır.



Becərilməsi. Xaşanı təmiz halda payızlıq, yazlıq taxıllardan sonra səpirlər. Özü qarğıdalı, kartof payızlıq buğdadan ötrü yaxşı sələfdir. Əsas şum zamanı şum qatının dərinləşdirilməsi xaşanın inkişafına yaxşı təsir göstərir.

Yüksək məhsul götürmək üçün ən təsirli tədbirlərdən biri dondurma şumunun aparılması, malalama və səpinqabağı kultivasiyasıdır.

Xaşa erkən yazda və payızda səpilir. Payızda səpilən əkinlərdən yaz–yay mövsümündə 2 dəfə quru ot məhsulu yığılır.

Taxılsəpən maşınlarla xaşanın başdan-başa cərgəvi yaxud, darcərgəli üsulla səpirlər.

Xaşanın səpin norması hektara 80-100 kq-dır. Toxumların iri olması onların 4-5 sm dərinlikdə basdırmağa imkan verir.

Xaşanı quru ot üçün çiçəkləmə fazasının başlanğıcında yığmaq lazımdır. Tam çiçəkləmə dövründə yığılan zaman bitki qabalaşır və quru otda 20%-ə qədər zülal itirilir.




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin