Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə3/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26

Əhəmiyyəti. Əhalini ərzaqla, heyvandarlığı yemlə sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, yer kürəsində taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacıb problemlərdən biridir. Payızlıq buğda məhsuldar yüksək keyfiyyətli dənli taxıl bitkisidir. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, yağ, vitaminlər, karbohidratlar mineral maddələr vardır. Buna görə ərzaq məqsədi üçün çörək bişirmədə qənnadı sanəyesində, yarma istehsalında, makaron, vermişel başqa ərzaqların hazırlanmasında geniş istifadə olunur.

Buğda dəninin tərkibində orta hesabla 12-19% zülal, 65-75% nişasta, 2% yağ, 1,2% sellüloza, 2,1% kül var.

Buğda dənində fosfor, qiymətli kalium birləşmələri, dəmir çoxlu vitaminlər vardır. Dəndə olan zülallar sulu karbonlar insan orqanizmi tərəfindən çox asan mənimsənilir. Buğda dəni çörək bişirmədə, makaron, yarma, vermişel, qənnadı s. ərzaqların hazırlanmasında geniş istifadə edilir. Ərzaq kimi istifadədən başqa payızlıq buğda spirt nişasta sənayesində, eyni zamanda onun sənaye tullantısı (kəpəyi) küləşi heyvandarlıqda yem kimi istifadə edilir.

Buğda çörəyinin zülalı orqanizmdə asan həll olunub mənimsənilir. 100 qram çörək orqanizmdə yanarkən 245-255 kalori istilik verir. Buğda ununun çörəkbişmə keyfiyyəti kleykovinanın (özlülük) miqdarı keyfiyyətindən asılıdır. Kleykovinanı təşkil edən qliadin qlütein zülalları 1:1 nisbətində olduqda çörək yaxşı şişir keyfiyyətli olur. ızı dənli qüvvəli buğdalarda şüşəvarilik 70%-dən, dənlilərdə isə 60%-dən az olmur. Dənin tərkibində zülalın miqdarı 14%-dən çox olur. 100 qram unun çörəkçıxma həcmi 550 sm3 olmalıdır. Qüvvəli büğda sortları ununun çörəkbişmə qüvvəsi 28 erq-dən aşağı olmur.


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin