Mühazirənin planı Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər


Balaxanı məişət tullantıları poliqonunda tullantıların idarə olunması



Yüklə 93,8 Kb.
səhifə3/3
tarix19.09.2023
ölçüsü93,8 Kb.
#129125
növüMühazirə
1   2   3
36659Mühazirə 14

Balaxanı məişət tullantıları poliqonunda tullantıların idarə olunması


Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sə- rəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011– 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqti- sadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində bey- nəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün po- liqonlar yaradılmışdır. Belə poliqonlardan biri Balaxanı məişət tul- lantıları poliqonudur.


Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Sabunçu rayonunda Balaxanı məişət tullantıları poliqonu 2009-cu ildə İqtisadiyyat Nazir- liyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. İndidə çeşidləməyə və yandırılmaya yararlı olmayan qalıq tullan- tılar basdırılmaq üçün Balaxanı tullantılar poliqonuna göndərilir. “Tə- miz Şəhər” ASC fəaliyyətə başlayanadək, yəni 2009-cu ilədək hazırda təkrar emal üçün xammal və ya enerji kimi istifadə etdiyimiz həmin tullantıların hamısı Balaxanı tullantılar poliqonuna atılırdı.
İnsanlar arasında “Balaxanı zibilliyi” kimi tanınan Balaxanı Tul- lantı Poliqonunun vəziyyəti əvvəllər olduqca acınacaqlı idi. Poliqonda ekoloji qayda və normalara riayət olunmurdu. İllərlə Balaxanı Poliqo- nunda toplanan tullantılar çürüyərək alışır, əmələ gələn ziyanlı mad- dələr ətrafa yayılır, tüstü isə bütün şəhəri bürüyürdü. Müəssisənin fəa- liyyətə başladığı ilk gündən indiyədək görülmüş işlər nəticəsində buradakı vəziyyət tamamilə dəyişib.
Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mü- hafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparı- lıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantı- larının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdi- rilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzəri- nə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. IDEA İctimai Birli- yinin, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşları bu- rada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsiz- ləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib. Ağac- lar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub.
Tullantılardan ayrılan çirkab suları xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tul- lantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.
Hazırda “Təmiz Şəhər” ASC Bakı şəhərində bərk məişət tullantı- larının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər və həyata keçirdiyi layihələrlə paytaxtda və ətraf ərazilərdə ekoloji problemlərin həllinə öz töhfəsini verməkdədir.
Qeyd edək ki, respublikanın regionlarında məişət tullantıları po- liqonları müvafiq norma və standartlara cavab vermir. Belə ki, əra- zilər perimetri boyu hasarlanmır, ətraf mühitdən təcrid olunmur, nə- zarət və mühafizə səthi xarakter daşıyır, tullantıların uçot və hesabatı demək olar ki, aparılmır və s.. Tullantıların ətraf mühitdən təcrid olun- maması səbəbindən əsən küləklər zamanı bəzi tullantıların (məsələn, polietilen torbalar və s.) sovrularaq ətraf torpaq sahələrinə, dəniz və göllərə, çaylara düşməsi halları baş verir ki, bu da qeyd olunan əra- zilərin davamlı olaraq çirklənməsinə gətirib çıxarır. Bu cür hal daha çox dəniz sahili və sahilyanı ərazilərdə müşahidə olunur.
Məişət tullantılarının yerlərdə uçot və hesabatının aparılmasında da problemlər az deyil. Əsasən də regionlarda bu problem daha qaba- rıqdır və əksər hallarda məlumatlar dəqiqlikdən uzaqdır. Əvvəl qeyd olunduğu kimi, bəzi regionlarda, əsasən də kənd yerlərində tullantı- ların müvəqqəti yığım və uçot sistemlərinin olmaması tullantıların uçotunun aparılmasında çətinliklər yaradır.


Yüklə 93,8 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin