Mövzu . Fənnin əhatə etdiyi sahələr, yer kürəsinin su ehtiyatları, planetdə su dövranı və su balansı.
Hidrоlоgiyа fənni təbiətdəki yеrüstü sulаrı, axının formalaşdığı dövrdə bаş vеrən prоsеsləri, planetdə su dövrаnlаrını, çayların su rеjimlərini, hidrometriya işlərini, axının nizamlanmasını və s. amilləri öyrənən еlmdir.
Hidrоlоgiyа еlmi mеtеоrоlоgiyа, gеоlоgiyа, hidrоgеоlоgiyа, hidrаvlikа, mеliоrаsiyа, tоrpаqşünаslıq, hidrotexniki qurğular, cоğrаfiyа və digər elmlərlə bağlı sahədir.
Su insanların həyat və fəaliyyətində mühüm əhəmiyyət kəsb edən planetimizin ən qiymətli sərvətidir. Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən bütün proseslər suyun iştirakı ilə həyata keçir. Bütün varlıqların yaradıcısı sudur. Canlı orqanizmlərin və bitkilərin əsas hissəsinin su olduğu bütün insanlara məlumdur.
Yer kürəsinin ümumi sahəsinin 71 faizi su altındadır. Su ehtiyatlarına: əsasən okeanlar, dənizlər, təbii göllər, süni su anbarları, çay suları, buzlaqlar və yer kürəsinin üst bir kilometrlik qalınlığındakı yeraltı sular daxildir.
İ.A.Fedosevə görə yer kürəsindəki, su həcmləri haqqında olan məlumatlar cədvəl 1-də olduğu kimidir; (1967)
Cədvəldən göründüyü kimi planetimizdə 1454193 milyard kub kilometr həcmində su vardır.
Yerin quru hissəsindəki fauna və flora aləmində demək olar ki, şirin sudan istifadə olunur. Bir litr suda duz bir qramdan az olduqda belə sular şirin su adlanır. Yerin şirin su ehtiyatı ümumi su ehtiyatının çox az bir hissəsini təşkil edir.
M.İ.Lvoviçə görə yer kürəsindəki şirin su ehtiyatı haqqında məlumatlar cədvəl 2-də olduğu kimidir (1974).
Cədvəldəki rəqəmlərdən məlum olur ki, yer kürəsinin quru hissəsində insanların istifadə edə biləcəyi əsas şirin su ehtiyatı çaylardakı 1,2 min kub
kilometr və yeraltı 1,0 kilometrlik qatda olan 4,0 mln kub kilometr həcmindəki sudur.
Yer səthinin üçdə iki hissəsini tutan suyun 2,5 faizi şirin su ehtiyatının payına düşür.
Təəssüflə qeyd etmək lazımdır ki, şirin su ehtiyatı dövlətlər arasında qeyri-bərabər paylanıb. Ifrat nəmliyə malik, quraqlıq və yarım quraqlıq zonalarda yerləşmiş dövlətlər var.
Dostları ilə paylaş: |