Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli



Yüklə 0,85 Mb.
səhifə10/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Şəkil 7.7. Çemberlin modeli

Bazara daxil olan ikinci firma AD1 həcmində məhsul buraxa bilər. İkinci firmanın maksimum mənfəətli istehsal həcmini müəyyən etmək üçün onun son hədd gəlir əyrisini çəkək: bu, E nöqtəsindən başlayaraq MR1-ə paralel çəkilən MR2 əyrisidir. Deməli, ikinci firmanın istehsal həcmi AB miqdarda (1-ci firmanın istehsalının yarısı qədər), onun təyin edəcəyi qiymət PC (1-ci firmanın qiymətinin yarısı qədər), əldə edə biləcəyi maksimum mənfəət isə ABCF düzbucaqlısının sahəsinə bərabər (1-ci firmanın əvvəlki mənfəətinin ¼-i qədər) olacaq. Göründüyü kimi, 2-ci firma özünü qalıq tələb sahəsində inhisarçı kimi aparır:



İkinci firma işə başladıqdan sonra bazarda təklif edilən məhsulun miqdarı OB qədər olacaq ki, nəticədə qiymət PC-yə düşəcək.



Nəticədə birinci firmanın mənfəəti OPEEA-dan OPCFA-ya azalacaq (bu halda ikinci firmanın mənfəəti artıq 1-ci firmanın mənfəətinin yarısı qədər olacaq). Lakin bu halda artıq birinci firmanın istehsal həcmi optimal olmur: yeni qiymətlə bu qədər məhsul istehsal etmək ona sərf eləmir. Optimal istehsal həcminə düşmək üçün 1-ci firma istehsalını 2 dəfə azaldır ki, əvvəlki kimi inhisar buraxılış həcminə nail olunsun. Bu halda 2-ci firma öz istehsal həcmini 1-ci firmanın imtina etdiyi istehsal həcminin yarısı qədər artıra bilər. Və bu proses sonsuza qədər davam edə bilər.

Bu halda hər bir firmanın tuta biləcəyi bazar payı:


    • birinci firma:1 – 1/2 – 1/8 – 1/32 = 1/3 ОD1;

    • ikinci firma: 1/4 + 1/16 + 1/64 = 1/3 ОD1.

İki firma birlikdə bazardakı ümumi OD1 tələb miqdarının 2/3-sini təmin edəcək, yəni bazar tələbinin 2/3-si təmin ediləcək.

Deməli, oliqopol bazarlarda hər bir firmanın bazar payı 1/(n+1)-ə bərabər olur, burada n – firmaların sayıdır. Buradan belə bir nəticəyə gəlinir ki, bazarda iştirak edən firmaların sayı artdıqca bazar tələbi daha dolğun ödənilir; firmaların sayı kifayət qədər çox olduqda təkmil rəqabət bazarına yaxınlaşır.



Teorem 2. Əgər hər bir firma güman edərsə ki, rəqibin qiyməti dəyişməz qalacaq, onda tarazlıq qiyməti (satıcıların sayı birdən çox olduqda) xalis rəqabət qiymətinə barabərdir:

  • əgər hər bir firma hesab edirsə ki, rəqibin qiyməti dəyişməz olacaq, onda o, öz məhsulunun qiymətini rəqibin qiymətindən aşağı təyin edəcək və onun alıcılarını əlindən almağa (özünə çəkməyə) çalışacaq;

  • digər firma da,  böyük ehtimalla, eyni hərəkəti edəcək: o da rəqibi ilə müqayisədə qiyməti aşağı salıb alıcıları özünə çəkməyə çalışacaq.

Qiymət rəqabəti firmaların öz məhsullarını bütünlüklə bazara çıxaranadək və rəqabətli qiymət formalaşanadək davam edəcək.

Bu 2 teorem əsasında E.Çemberlin 2 vacib qənaətə gəlir:



  • əgər firmalardan biri özünün istehsal (təklif) həcmini dəyişməz saxlayarsa, onda digər firma öz manevrləri ilə onun qiymətini dəyişmək imkanındadır;

  • əgər birinci firma özünün təyin etdiyi qiyməti dəyişməz saxlayarsa, onda onun satış həcmləri təhlükə ilə üzləşər.

Teorem 3. Əgər firmalar özlərinin qiymətə ümumi təsirini nəzərə alırlarsa, onda qiymət inhisar səviyyəsində olacaq: bu halda qiymət PE səviyyəsində təyin ediləcək və bazarda OA qədər məhsul reallaşdırılacaq (şəkil 7.7). Bu halda firmalar istehsal/satış həcminə münasibətdə bir-birinə uyum saxlayırlar (uyğunlaşırlar).

Yuxarıda qeyd etdiyimiz kimi, fərz edək ki, 1-ci firma istehsala OA miqdarı ilə başlamış, 2-ci firma isə AB miqdarında istehsal etmişdir. Bu halda 1-ci firma istehsalını 2 dəfə azaldır və iki firmanın birgə istehsalı OA miqdarında olur ki, bu da inhisar qiyməti təyin etməyə imkan verir. Bu halda belə qiymət sabit olur, çünki ondan kənarlaşmaqla hər bir firma nəinki rəqibinə ziyan vurur, həm də özü zərərə düşür. Beləliklə, bu halda duopolist firmalar, öz aralarında açıq sövdələşməyə getmədən, bazarı öz aralarında bölmüş olurlar. Bu halda duopolist firmalar bütün münasibətlərdə simmetrik olurlar: onların həm buraxılış həcmləri, həm də mənfəəti bir-birinə bərabər olur.

B u halda tarazlı buraxılış miqdarı:

,
firmaların mənfəəti isə: = olur.

Əgər bazarda firmaların sayı artarsa, amma onların hər biri digər firmalara özünün dolayısı təsirini nəzərə alarsa, onda qiymət aşağı düşməyəcək və ümumi istehsal miqdarı da artmayacaq. Lakin istehsalçı firmaların sayı lap çox artarsa və onlar bir-birindən asılılıqlarını nəzərə almazlarsa, onda ümumi istehsalın həcmi OD1 miqdarı doğru artacaq və qiymət də düşəcək.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin