Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


İstehsal gücləri üzrə məhdudiyyətlər



Yüklə 0,85 Mb.
səhifə19/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

İstehsal gücləri üzrə məhdudiyyətlər. Bertran modelindəki duopolist firma qiyməti aşağı salmaqla bütün bazar tələbini öz əlinə keçirir. Lakin, əgər firma həmin tələbi ödəyə bilmək üçün kifayət qədər istehsal gücünə malik deyilsə, bunun nə əhəmiyyəti ola bilər ki?! Başqa sözlə, Bertra modelinin daha bir şərti belə idi ki, firmalar istehsal gücü üzrə məhdudiyyətə malik deyillər. Halbuki real həyatda belə bir vəziyyəti təsəvvür etmək çətindir.

Ecuort modeli. Bertran modelinin çatışmazlıqlarını görən Britaniyalı iqtisadçı Frensis Ecuort (Francis Edgeworth) duopolistlərə istehsal gücü üzrə məhdudiyyətin daxil edildiyi qiymət duopoliyası modelini təklif etdi. Şəkil 7.12-də bu məhdudiyyət MC əyrisinin şaquli yuxarı çıxan seqmentinin absisi ilə təqdim olunub. Bu o deməkdir ki, firmanın malik olduğu istehsal gücünün məhdud səviyyəsinin (qk) üstündə (yəni çox) buraxılan hər əlavə məhsul vahidinə çəkilən xərclər son dərəcə yüksəkdir. Şəkildən göründüyü kimi, hər bir duopolistin istehsal gücü, son hədd xərclərə bərabər qiymət şəraitində, bazar tələbinin yarısı ilə məhdudlaşdırılıb: qk = Q (P = MC)/2

Buna görə də, əgər onların hər biri ilkin qiyməti son hədd xərclərinə bərabər səviyyədə (Р1 = Р2 = МС) təyin edərsə, onların birgə istehsallarının miqdarı məcmu bazar tələbini tam örtə bilər Q(P = МС).

Əgər 1-ci firma qiyməti bir qədər qaldırarsa, 2-ci firma isə qiyməti dəyişməzsə, onda bütün alıcılar onun mallarını almaq istərlər. Lakin o, bazar tələbinin yarısından çoxunu ödəyə bilməz, çünki onun istehsal gücü bu miqdarla məhdudlaşır. 2-ci firmanın nisbətən aşağı qiymətlə bu tələbləri ödəyə bilməməsi üzündən həmin alıcılar təzədən 1-ci firmaya üz tutmağa məcburdurlar. Bu zaman qalıq tələblə (Q(P = МС) - qk) üzləşən 1-ci firma həmin qalıq tələbə münasibətdə inhisarçı kimi hərəkət etməklə öz mənfəətini maksimumlaşdıra bilər. Onun son hədd xərcləri son hədd gəlirlərlə A nöqtəsində bərabərləşir və burada o, mənfəətini maksimumlaşdıran P1 qiymətini təyin edir. Bu halda onun buraxılış miqdarı isə = Q(P = MC)/4 qədər olacaq.




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin