Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli



Yüklə 0,85 Mb.
səhifə21/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

P = MC + (P1 – MC)

səviyyəsinə çatanadək davam edəcək. Lakin qiymət bu səviyyəyə düşəndən sonra firmalar onu yenidən qaldırmağa cəhd edəcəklər və bütün qiymət tsikli yenidən davam edəcək. Beləliklə, Ecuort modelində hər-hansı statik tarazlıq nəzərdə tutulmur. Bu, sanki bir “qiymət tələsi”dir: bu “tələ”yə düşüən firmalar sonu görünməyən qiymət savaşına girmiş olurlar.


5. Oliqopoliya modellərinin praktik tətbiqi

Gördüyümüz kimi, duopoliya rəqabətinin əsas 2 modeli olan Kurno və Bertran modelləri oxşar ilkin zəminlərə malik olmalarına rəğmən, nəticələr bir-biri ilə ziddiyyətlidir. Kurno modelinə əsasən, duopoliya şəraitində qiymət xalis inhisarda olduğundan aşağı, amma təkmil rəqabət bazarlarında olduğundan yüksəkdir. Bertran modelinə görə isə, qiymətin son hədd xərclərinədək azaldılması üçün elə duopolistik rəqabət də kifayət edə bilər. Bu belə bir sual doğurur ki, bu modellərdən hansı daha reallığa uyğundur? Bu qədər müxtəlif modelləri öyrənməkdənsə, onların arasından “ən yaxşısı” üzərində dayanmaq olmazmı? Hər iki sualın cavabı belədir: bu, sahə bazarları arasında olan fərqlərlə bağlıdır. Bəzi sahə bazarlarındakı durumu Kurno modeli, digərlərindəkini isə Bertran modeli daha yaxşı izah edir.

Məsələn, fərz edək ki, firmalar qiymət qərarı ilə birlikdə həm də istehsal gücü (yaxud buraxılış miqdarı) ilə bağlı qərar verməlidir. Bu zaman müvafiq qərarların qəbulu xronologiyası Kurno yaxud Bertran modelləri arasında seçim üçün əsas təşkil edir. Belə ki, hələ 6-cı mövzuda qeyd etmişdik ki, 2 strateji qərarlı oyunları ikimərhələli oyunlar kimi modelləşdirmək lazımdır. Həm də bu zaman uzunmüddətli qərarlar birinci mərhələdə, qısamüddətli qərarlar isə ikinci mərhələdə qəbul ounur. Yəni, faktiki olaraq, qısamüddətli qərarın qəbul edilməsi məhz uzunmüddətli qərarın nəticələrindən asılı olaraq baş verir.

Fərz edək ki, qiymət qərarından fərqli olaraq, istehsal güclərinin artırılması ilə bağlı qərarlar uzunmüddətli hesab olunur. Başqa sözlə, qiymətin dəyişdirilməsi ilə müqayisədə istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi daha mürəkkəbdir. Bu halda firmalar əvvəlcə Kurno modelinə istinad etməli olurlar.

Əgər hər-hansı bir sahədə istehsal gücünün dəyişdirilməsi ilə bağlı qərarlar qısamüddətli, qiymətə dair qərarlar isə uzunmüddətli xarakter daşıyarsa, yəni istehsal gücünü dəyişmək qiyməti dəyişməkdən daha asan başa gəlirsə, onda Bertran modelinə üstünlük verilə bilər.

Lakin sahələrin böyük əksəriyyətində məhz istehsal gücünü dəyişmək daha mürəkkəbdir. Yəni istehsal gücünün dəyişdirilməsi ilə bağlı qərarlar, biq qayda olaraq, uzunmüddətli hesab olunur, qiymətlər isə qısamüddətli perspektivə hesablanır. Belə bazarlara misal olaraq buğda, sement, polad, avtomobil, kompüter və s. bazarlarını göstərmək olar. Misal: 1999-cu ilin yayında Sony şirkəti özünün videooyunlarının qiymətini 129 dollardan 99-a endirdi. Sony şirkətinin bunu elan etməsindən 1 saat sonra Nintendo şirkəti də özünün videooyunlarının qiymətinə münasibətdə oxşar addım atdığını bəyan etdi. Nəticədə hər iki şirkətin məhsullarına tələb kəskin artdı. Hətta Nintendo şirkəti onun məhsuluna artan tələbi ödəmək iqtidarında olmadı.

Bununla belə, elə hallara da rast gəlinir ki, qiymətlə müqayisədə istehsal miqdarını dəyişmək daha asan olur. Belə sahələrə misal kimi proqram təminatı bazarını, sığorta bazarını və bank sferasını göstərmək olar. Məsələn, proqram təminatı ilə məşğul olan şirkət əlavə tələbə uyğun olaraq öz məhsulunun əlavə surətlərini çoxaldıb elektron poçtla göndərə bilər. Kitab, jurnal və qəzetlərin elektron versiyası ilə bağlı durum da oxşardır.

Aydındır ki, modellər reallığın sadələşdirilmiş formada təqdim edilməsi, habelə bu və ya digər situasiyanın anlaşılması vasitəsidir. Hər-hansı bir bazarın necə işlədiyi aydın olan kimi, ayrı-ayrı ekzogen amillərin (məsələn, istehsal amillərinin yaxud əvəzedici malların qiymətinin) dəyişilməsi halında bazarın necə reaksiya verəcəyini modellərdən istifadə edərək proqnozlaşdıra bilərik. Bu prosedur iqtisadiyyatda müqayisəli statika kimi tanınır. Həmin ifadənin mahiyyəti budur: hər biri özünəməxsus xarici amillər dəstinə malik 2 tarazlıq halı müqayisə olunur və dəyişənlərdən birində baş verən dəyişikliyin digər dəyişənlərə necə təsir etməsi proqnozlaşdırılır. “Statika” sözü isə göstərir ki, biz bu zaman bir tarazlıq halından başqasına aparan dinamik dəyişiklik trayektoriyasını tapmağa cəhd etmirik, sadəcə olaraq belə bir suala cavab axtarırıq: “bütün dəyişikliklər baş verdikdə və yeni tarazlıq halı yarandıqda real vəziyyət necə olacaq?” Bunun üçün Kurno və Bertran modellərindən necə istifadə olunmasına baxaq.



Resurs xərclərinin artması. Fərz edək ki, London və Nyu-York arasında transatlantik aviadaşımalar bazarında 2 şirkət – American Airlines (AA)British Airways (BA) – iştirak edir. Hər iki şirkətin son hədd xərcləri, bərabər olmaqla, 2 hissədən ibarətdir: əmək xərcləri (50%) və yanacaq xərcləri (50%). İndi fərz edək ki, neftin qiyməti 10 dollar/barrel artdı və bunun nəticəsi olaraq yanacağın qiyməti 80% yüksəldi. Bu halda Londonla Nyu-York arasında transatlantik uçuşların tarifləri necə dəyişəcək?

Fərz edək ki, AA və BA Kurno modeli çərçivəsində rəqabət aparırlar. Modelin izahı ilə bağlı yuxarıda gəldiyimiz qənaətlərə görə, bu halda firmalar malik olduqları istehsal gücünün (yəni təyyarələrin) nə qədərini bu bazara yönləndirəcəkləri barədə qərar verməlidirlər.

Yanacaq xərcləri son hədd xərclərinin yarısını təşkil etdiyindən, yanacağın qiymətinin 80%-lik artımı son hədd xərclərinin 40%-lik artımına gətirib çıxaracaq (80% x 50% = 40%). Hər iki firmanın son hədd xərcləri artır.

Kurno tarazlığının qrafik təsvirindən məlum olduğu kimi, hər bir firmanın reaksiya funksiyası onun özünün son hədd xərclərindən asılıdır. Son hədd xərcləri artdığından firmaların yeni şəraitə uyğun reaksiya əyrilərini tapmaq zıruridir. Son hədd xərclərinin artması şəraitində mənfəəti və buraxılış miqdarını maksimumlaşdıran 2 kənar hədd uyğun dəyişikliyə məruz qalır: şəkil 7.13-də uyğun olaraq, nöqtəsi (yəni (0)) və nöqtəsi (yəni ( ) = 0).





Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin