Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Şəkil 7.17. Valyuta kursu azalandan sonra Kurno tarazlığı



Yüklə 0,85 Mb.
səhifə25/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Şəkil 7.17. Valyuta kursu azalandan sonra Kurno tarazlığı
İstehsalın məcmu həcmini yeni tarazlıq nöqtəsindən -1 meylli xətt çəkməklə şaquli oxun üzərində hesablamaq olar. Göründüyü kimi, əvvəlki tarazlıq halı ( ) ilə müqayisədə yeni tarazlıq halında ( ) məhsul istehsalının məcmu həcmi daha çoxdur.

Məsələnin riyazi həlli ilə belə bir nəticə əldə olunur ki, ienin 50%-lik dəyərsizləşməsi yapon firmasınn bazar payının 50%-dən 71%-ə yüksəlməsinə gətirib çıxarır.



Yeni texnologiyalar və mənfəət. Müəyyən bir kimyəvi məhsul buraxan iki firmadan ibarət sahəyə diqqət yetirək. Fərz edək ki, Firma1 köhnə texnologiyadan istifadə edir və onun son hədd xərcləri 15 dollardır. Daha mütərəqqi texnologiya tətbiq edən Firma2-nin son hədd xərcləri isə 10 dollardır. Mövcud tarazlıq vəziyyətində qiymət 16.66 dollara bərabərdir. Firma1-in müasir texnologiyanıəldə etmək üçün hazırlıq səviyyəsi nə qədər yüksəkdir?

Aydındır ki, müasir texnologiyanın alınması üçün Firma1-in sərf etməyə hazır olduğu vəsaitin məbləği həmin texnologiyanın tətbiqindən yaranan daha aşağı son hədd xərcləri hesabına əldə ediləcək mənfəət miqdarı ilə onun hazırda əldə etdiyi mənfəət miqdarının fərqinə bərabərdir. Buna görə də biz Firma1-in 2 mümkün tarazlıq halında əldə edəcəyi tarazlıq mənfəətini tapmalı və onların fərqini hesablamalıyıq. Bu, valyuta kursu ilə bağlı yuxarıda baxdığımız misalın bir qədər tərsi olan misaldır. Lakin o zaman biz, əvvəlcə, simmetrik duopoliyanı nəzərdən keçirib sonra asimmetrik duopoliyaya keçdik, indiki halda isə, əksinə, əvvəlcə asimmetrik duopoliyanı qiymətləndirib, sonra simmetrik duopoliyaya keçəcəyik.

Müvafiq riyazi hesablamalar nəticəsində məlum olur ki, Firma1 yeni texnologiyaya təqribən 22.22 məbləği ödəməyə hazırdır.

Əslində, yeni texnologiyanın tətbiqindən Firma1-in əldə edəcəyi mənfəəti daha sadə üsulla da hesablamaq olar: bu zaman Firma1-in ilkin istehsal həcmini verilmiş kimi qəbul etməklə, son hədd xərclərinin azalmasından əldə ediləcək faydanı hesablaya bilərik. İstehsalın ilkin həcmi 1.66 olduğundan, yeni texnologiya tətbiqindən əldə ediləcək fayda 1.66 x (15-10) = 8.3 olacaq. Bu rəqəm real faydadan xeyli dərəcədə azdır. Bunun əsas səbəbi odur ki, son hədd xərclərinin azaldılması halında Firma1 daha rəqabətqabiliyyətli olur: onun yalnız orta mənfəəti yox, həm də istehsal həcmi artır.

İndi başqa bir sadə hesablamanı aparaq. Yeni texnologiya tətbiq etdikdən sonra Firma1-in son hədd xərcləri Firma2-nin son hədd xərcləri ilə eyni olduğundan, biz faydanı elə Firma2 və Firma1-in ilkin mənfəətləri arasındakı fərq kimi də hesablaya bilərik. Firma2-nin ilkin tarazlıq halında istehsal həcmi 6.66, qiymət isə 16.66 olduğundan, onun mənfəəti 6.66-ya (16.66 – 10) bərabər olub. Bu məlumatlar əsasında yeni texnologiyanın tətbiqindən faydanı Firma2 və Firma1-in mənfəətlərinin fərqi kimi hesablayaq: 6.66 x (16.66 – 10) – 1.66 x (16.66 - 15) = 41.6. Bu halda əldə etdiyimiz nəticə real faydadan xeyli dərəcədə çoxdur. Bu onunla bağlıdır ki, Firma1-in aqressivliyi artdıqca, Firma2 istehsal həcmlərini aşağı salır. Başqa sözlə, ilkin tarazlıq halında Firma2, daha səmərəsiz firma ilə rəqabət apardığından, onun həm istehsal həcmi. həm də mənfəəti belə yüksəkdir. Firma1 son hədd xərclərini azaltdıqda, bazar daha rəqabətli olur, yəni qiymət aşağı düşür, buna görə də ilkin tarazlıq halında olan göstəricilərə istinadən aparılan hesablamalarda yanlışlıqlar artır.

Müqayisəli statikanın, yəni tarazlıq təhlilinin üstünlüyü ondadır ki, istənilən ekzogen dəyişikliyin bütün nəticələri hesaba alınır. Lakin, əgər bu zaman ilkin tarazlıq halının parametrləri sabit qəbul olunarsa, onda ekzogen dəyişikliklərin nəticələrinin qiymətləndirilməsində çox ciddi səhvlərə yol verilə bilər.




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin