Təhsilin meydana gəlməsi və inkişafı haqqında, eyni zamanda Azərbaycanda məktəb tarixini şərh edir;
Təhsildə yaranan yeni anlayışları izah edir;
Müasir dövrün innovativ tələblərinə cavab verəcək sinif, müəllim, şagird, valideyn münasibətlərinin yaradılması haqqında məsələləri şərh edir;
Təhsildə baş verən islahat xarakterli prosesləri müəyyənləşdirir;
Azərbaycan təhsil sistemini dünya təhsil sistemi ilə müqayisə edir.
Təhsildə müəllimin rolunu müəyyən edir.
Qaydalar (Tədris siyasəti və davranış)
Tələbələrin fəallığını qiymətləndirmək üçün qrup işləri, təqdimatların hazırlanması kimi fərqli üsullardan istifadə olunur.
Tələbələrə verilən təqdimat hazırlanması tapşırığında fərqli aspektlərdən bir sıra ölkələrin təhsil sistemlərinin araşdırılması və 15 dəq təqdimat hazılanması ( 5 bal- burada təhsil, müəllim, şagird xüsusiyyətləri öz əksini tapmalıdır) veriləcəkdir.
Hər bir modulun sonunda tələbələrə bu modul daxilində keçirilən mövzularla bağlı quiz (test) keçiriləcək və hər biri 3 bal olmaq şərtilə ümumi 15 bal veriləcəkdir.
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmək olmaz. Buna baxmayaraq tələbə ikinci dərs saatına buraxıla bilər.
Dərsi pozmaq, dərsdən icazə istəmək, qrup işlərinin hazırlanması xaricinsə cib telefonundan istifadə etmək kimi davranışlar arzu olunmazdır.
Tələbələrin hazırladıqları təqdimatlarda mənbələrin göstərilməsi vacib şərtdir.
Tələbənin imtahanda iştirakı və ya imtahana buraxılması ilə bağlı məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) balla qiymətləndirilir.
Universitet qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il götürə bilər.
Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefondan istifadə qadağandır.
Cədvəl (dəyişdiriləbilər)
Modul 1 – Təhsilvəonuninkişafı
Modul 2 – Təhsildətədqiqat
Modul 3- Təhsilindigər elm sahələriiləəlaqəsi
Modul 4 – Təhsildə İKT
Modul 5 –Təhsilinidarəolunması
İlkincədvəl
Həftə
Tarix/Gün
Mövzular
Dərsliklər/Tapşırıqlar
Modul 1
1
12.02.2016
Syllabus – Kursunməqsədi, məzmunu, qiymətləndirməmetodlarıvə s. Təhsilvəonunəsasanlayışları