56. Əməyin səmərəlilik səviyyəsi nə ilə müəyyən olunur:
A)) əmək məhsuldarlığı ilə;
B) əmək tutumu ilə;
C) əmək haqqı ilə;
D) əməyin keyfiyyəti ilə;
E) əməyin mürəkkəbliyi ilə.
57.Əmək normalarının müəyyən edilməsinin analitik-tədqiqat metodunun müşahidə yoluna aid deyil:
A)) iş gününün gərginləşdirilməsi yolu;
B) xronometraj yolu;
C) iş gününün fotoqrafiyası yolu;
D) ani müşahidə yolu;
E) birdəfəlik müşahidə yolu.
58. İşçilərin tələbatlarını ödəmək üçün iş qüvvəsinin dəyəri və keyfiyyəti müqabilində müəssisənin gəlirlərindən işçilərə verilən hissə belə adlanır:
A)) əmək haqqı;
B) əmək tutumu;
C) əmək məhsuldarlığı;
D) əmək rejimi;
E) əmək günü.
59. Əməyin normalaşdırılması nədir:
A)) normal iş şəraitində konkret işə və ya əməliyyata müəyyən olunmuş vaxtdır;
B) işin yerinə yetirilməsinə işçinin sərf etdiyi vaxtdır;
C) menecerin fəhlələri işlətdiyi ümumi vaxtdır;
D) məhsul vahidinin gün ərzində hazırlanma vaxtıdır;
E) müəssisə işçilərinin il ərzində içlədiyi saatların miqdarıdır.
Dostları ilə paylaş: |