110. İstehsal gücü nədir:
A)) müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir;
B) müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı;
C) müəssisə məhsullarının satıla biləcək maksimum həcmi;
D) müəssisənin ilk istehsal həcmi;
E) bazarın yerli məhsul tutumu.
111. İstehsal gücündən istifadənin ekstensiv göstəricisi hansıdır:
A)) növbəlilik əmsalı;
B) istehsal güclərindən istifadə əmsalı;
C) fondverimi;
D) avadanlıqlardan istifadə əmsalı;
E) əsas fondların rentabelliyi.
112. Müəssisənin istehsal gücünü müəyyən edən amil hansıdır:
A)) avadanlıqların məhsuldarlığı;
B) amortizasiya ayırmaları normaları;
C) dövretmə əmsalı;
D) məhsulun əmək tutumu;
E) ümumzavod xərcləri.
113. Müəssisənin istehsal gücünü müəyyən edən amillərə aid deyil:
A)) avadanlıqlardan istifadə səviyyəsi;
B) qurulmuş avadanlıqların sayı;
C) istehsal meydançalarının sahəsi;
D) avadanlığın texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması;
E) avadanlığın vaxt fondu.
Dostları ilə paylaş: |