237.Əsas fondların ilkin dəyəri ilə qalıq dəyərinin arasındakı fərqin əmələ
gətirdiyi kəmiyyət belə adlanır:
A)) köhnəlmə məbləği;
B) köhnəlmə əmsalı;
C) köhnəlmə faizi;
D) köhnəlmə səviyyəsi;
E) köhnəlmə tutumu.
238.Əsas fondların fiziki cəhətdən qismən köhnəlməsini aradan qaldırmağın
yolları bunlardır:
A)) cari və əsaslı təmir;
B) satışa çıxarmaq;
C) daimi nəzarətdə saxlamaq;
D) avadanlıqları dəyişdirməklə;
E) xarici mütəxəssislər dəvət etməklə.
239.Əsas fondların yeniləşdirilməsi üçün maliyyə mənbəyi belə adlanır:
A)) amortizasiya fondu;
B) müəssisənin gəliri;
C) borc vəsaiti;
D) müəssisə rəhbərinin xüsusi fondu;
E) sosial müdafiə fondu.
240.İllik amortizasiya norması illik amortizasiya məbləğinin nəyə %-lə
ifadəsi hesablanır:
A)) əsas fondların ilkin dəyərinə;
B) əsas fondların qalıq dəyərinə;
C) əsas fondların sayına;
D) müəssisənin ümumi gəlirinə;
E) müəssisənin istehsal xərclərinə.
Dostları ilə paylaş: |