88. Dövriyyə vəsaitlərinin tərkibini müəyyən edin:
A)) dövriyyə fondları, tədavül fondları;
B) istehsal əsas fondları, ticarət fondları;
C) əsas fondlar, kapital qoyuluşu;
D) investisiya fondları,alınmış fondlar;
E) cari fondlar,gələcək fondlar.
89. İstehsal prosesinə buraxılmaq üçün hazırlanmış əmək predmetləri belə adlanır:
A)) istehsal ehtiyatları;
B) bitməmiş istehsal;
C) satlıq məhsul;
D) fond ehtiyyatları;
E) gələcək dövrün xərcləri.
90. İstehsal ehtiyatlarının tərkibinə aid deyil:
A)) istehsal olunmuş hazır məhsul;
B) xammal və yarımfabrikatlar;
C) əsas və köməkçi materiallar;
D) yanacaq;
E) tara materiallar.
91. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlara aiddir:
A)) istehsal prosesinə daxil olmuş əmək predmetləri;
B) istehsal prosesindən çıxmış əmək predmetləri;
C) istehsal prosesində iştirak etmiş əmək vasitələri;
D) istehsalı başa çatmış əmək cisimləri;
E) müəssisənin anbarına daxil olmamış xammallar.
Dostları ilə paylaş: |