Bu xidmət mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları) dövriyyəsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.