1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi
1.5. Elektron xidmətin digər icraçıları:
Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
10 (on) gün müddətində
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Təqdim edilmiş sənədlər bu reqlamentdə göstərilənlərə uyğun olduğu halda müraciət etmiş şəxslərə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları) dövriyyəsinə xüsusi icazə verilməsi.