Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Multikulturalizm və gender Gender



Yüklə 55,37 Kb.
səhifə22/23
tarix02.05.2022
ölçüsü55,37 Kb.
#115637
1   ...   15   16   17   18   19   20   21   22   23
Multikulturalizm cavab Multikulturalizm giri ” f nninin predmet

29.Multikulturalizm və gender

Gender (latınca - genus «cins») - bir insanın cəmiyyətdə davranışını müəyyən edən və bu davranışın necə qəbul edildiyinı göstərən bir məfhumdur. Bu elə bir davranış formasıdır ki, bir insanın digərləri ilə (dostlar, həmkarları, sinif yoldaşları, valideynlər, təsadüfi insanlar və s.) münasibətini müəyyən edir. Psixologiyada «gender» geniş mənada istifadə edilir və kişilərə (maskulinizm) və qadınlara (feminizm) aid xüsusiyyətlərin fərqini nəzərdə tutur. İctimai elmlərdə və xüsusilə feminizmdə «gender» daha dar mənada istifadə edilir və kişilərlə qadınların sosial təyinatlı rolunu, fəaliyyət sahəsini ifadə etməyi cinsi fərqlərdə deyil, cəmiyyətin ictimai quruluşunda görür. Gender tədqiqatlarında əsas yeri kişi və qadınların sosial bərabərsizliyi problemi tutur. Müasir ictimai elm cins və gender anlayışlarını fərqləndırir. Cins (yəni, bioloji xüsusiyyətlər) qadın və kişilər arasında psixoloji və sosial fərqlərin təməli və əsas səbəbi hesab edilir. İnsanlar arasında bioloji fərqlərlə yanaşı sosial rol, fəaliyyət formaları, davranış və emosional xüsusiyyətləri olmaqla digər fərqlər də var. Antropologlar, etnoqraflar və tarixçilər «tipik kişi» və ya «tipik qadın» anlayışlarının nisbiliyiini coxdan müəyyən etmişlər: bir cəmiyyətdə ancaq kişiyə aid olan davranış və ya xüsusiyyət başqa birində qadına aid edilə bilər. Dünyada qadınların və kişilərin sosial xüsusiyyətlərinin müxtəlifliyi onu göstərir ki, cinsi (bioloji) fərq müxtəlif cəmiyyətlərdə mövcud olan sosial rollardakı fərqlərin izahı ola bilməz. Beləliklə, cəmiyyətin bioliji cinsindən asılı olaraq insanlara aid etdiyi ictimai və mədəni normalar toplusunu özündə əks etdirən “gender” anlayışı yarandı.

Qadın və kişilərin psixoloji xüsusiyyətləri, davranış nümunələri, fəaliyyət növləri, peşələrini bioloji cins deyil, sosial-mədəni normalar müəyyən edir. Bir insanın kişi və ya qadın olması onun bu və ya digər anatomik xüsusiyyətlərə malik olması yox, cəmiyyətin müəyyənləşdirdiyi bu və ya digər gender rolunu yerinə yetirməsidir. Gender cəmiyyətdə qadın və kişinin sosial modeli kimi yaradılıb. Gender cəmiyyətdə və onun institutlarında (ailə, siyasi quruluş, iqtisadiyyat, mədəniyyət, təhsil və s.) qadınların və kişilərin mövqeyini və rolunu müəyyənləşdirir. Gender sistemləri fərqli cəmiyyətlərdə fərqlidir, lakin hər bir cəmiyyətdə bu sistemlər assimmetrikdir və kişilər və bütün kişilərə aid olunanlar (xarakter əlamətləri, davranışlar, peşələr və s.) əsas və dominant, qadınlar və bütün qadına aid edilənlər isə ikinci dərəcəli və sosial cəhətdən tabe olunan sayılır. Gender sisteminin inkişafında və saxlanmasında insanların şüuru mühüm rol oynayır. İnsanlarda gender şüurunun formalaşması ictimai və mədəni stereotiplərin, normaların və qaydaların qorunması və yayılması hesabına baş verir. Bu normaların pozulmasına görə cəmiyyət insanları cəzalandırır. Məsələn, «kişi kimi qadın» və ya «kişidır, ancaq qadın kimi davranır» yarlıkları insanlar tərəfindən çox ağrılı qəbul edilir və yalnız stressə deyil, həm də müxtəlif növ ruhi xəstəliklərə gətirib çıxara bilir.




Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin