Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Multikulturalizm daxili və xarici siyasətin tərkib hissəsi kimi



Yüklə 55,37 Kb.
səhifə23/23
tarix02.05.2022
ölçüsü55,37 Kb.
#115637
1   ...   15   16   17   18   19   20   21   22   23
Multikulturalizm cavab Multikulturalizm giri ” f nninin predmet

30.Multikulturalizm daxili və xarici siyasətin tərkib hissəsi kimi

Multikulturalizm bir siyasət modeli kimi ilk növbədə dövlətin daxili siyasətinin tərkib hissəsi, mühüm bir istiqaməti kimi çıxış edir. Çünki, o, ölkə daxilində olan etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmişdir. Daha konkret desək, multikulturalizm daxili siyasətinin mühüm bir komponenti kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına istiqamətləndirilmişdir. Multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasının 2 əsas göstəricisi vardır: 1. Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması; 2. Ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə olması. Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması dedikdə, titul xalqla bir cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur: 1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar); 2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış milli azlıqlar (alloxton xalqlar); 3. Müasir dövdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar.



Multikulturalizm daxili siyasətin tərkib hissəsi kimi ölkə daxilindəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə o, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub olan ölkələrlə qarşılıqlı əhəmiyyət daşıyan əlaqələrin inkişafını nəzərdə tutur. Lakin qeyd etmək lazımdır ki, multikulturalizm daxili siyasətin tərkib hissəsi olmadan ölkənin xarici siyasətində özünü büruzə verə bilməz. Bu, daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü və beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.

Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynamasını əsas götürərək deyə bilərik ki, əgər ölkə daxilində etnik, dini zəmində heç bir qarşıdurma yoxdursa, müxtəlif xalqların, dinlərin arasında dözümlülük, dialoq və əməkdaşlıq münasibətləri mövcuddursa, bu dövlətin xarici siyasəti sülhyönümlü olaraq dünyada dinlər və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yönələcəkdir. Dinlər və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yönələn dövlətin xarici siyasəti isə öz növbəsində onun beynəlxalq aləmdə multikulturalizm siyasətini təbliğ edən dövlət kimi nüfuzunu qaldıraraq daxili siyasətində multikulturalizm istiqamətini daha da gücləndirəcəkdir. Bu, xarici siyasətin daxili siyasətə əks təsirini nümayiş etdirməklə daxili və xarici siyasət arasındakı münasibəti qarşılıqlı xarakter daşıdığını göstərir.
Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin